YENİ TƏHLÜKƏ:Yarasalarda koronavirusun əsas növləri aşkarlandı

Fransa və Asiya tədqiqatçıları Laosdakı yarasalarda SARS-CoV-2-nin orijinal Vuhan variantı ilə demək olar ki, eyni olan koronavirus aşkar ediblər. Elm adamları bu virusların gələcəkdə insanlar üçün təhlükə yaratdığına inanırlar.

Cebhe. info xəbər verir ki, əldə edilən məlumatlar COVID-19-un təbii mənşəyi versiyasını təsdiqləyir.

Bu barədə "Nature" jurnalında məqalə dərc edilib.

Mənbə yazıb ki, ABŞ pandemiyanın Vuhan laboratoriyasından sızma səbəbilə başladığını istisna etmir. Çində isə amerikalıların özlərinin ölkəyə virus gətirə biləcəyi barədə məlumatlar yayılıb.

Fransa Pasteur Universiteti və Laos Universitetindən bir araya gələn alimlər qrupu 2019-cu ilin sonunda COVID-19 pandemiyasına səbəb olan SARS-CoV-2 koronavirusunun təbii mənşəyinə dair sübutlar aşkarladıqlarını söyləyiblər.

Məlumata görə, fransız və laoslu alimlər yarasalarda SARS-CoV-2 domenlərinə çox oxşar ən azı üç koronavirus növü tapıblar. Bu viruslara BANAL-52, BANAL-103 və BANAL-236 adları verilib.

Qeyd edək ki, Paster Universitetinin virusoloqu Mark Elua təsdiq edib ki, bu 3 növ virus SARS-CoV-2-nin yaxın sələfləridir.

Tədqiqatçılar bildiriblər ki, aşkarlanan bu 3 növ virus insanlara yoluxmaqda eyni potensiala malikdir.

Sevinc Tapdıqqızı
Cebhe. info


Bizi Telegramda izləyin

Mənbə:
0
1807
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar