Yeni ittifaqın sıxışdırdığı FRANSA: “İngiltərə Avstraliyanı başa saldı ki…” – POLİTOLOQ

“Amerika Birləşmiş Ştatları, Böyük Britaniya bundan daha mükəmməl sualtı qayıqlar inşa edib Avstraliyaya verə bilər”.

Bu fikirləri ABŞ, Böyük Britaniya və Avstraliyanın təhlükəsizlik sahəsində ortaq əməkdaşlığa dair “AUKUS” adlı yeni müqavilə imzalaması fonunda Fransanın etirazlarına münasibət bildirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli Böyük Britaniyanın Avstraliyaya daha yaxşı təkliflə gəldiyini qeyd edib:

“Fransa düz-əməlli dövlət deyil. Hələ bir az dərinə getsək, xalq özü komplekslidir. Fransada hakimiyyətə gələn siyasilər isə Fransa xalqının maraqlarını düşünərək başlarını aşağı salıb işləmirlər.

Burada nə olub ki?! Avstraliya sənə sifariş vermişdi, sən də hələ “Bismillah” edib sifarişi yerinə yetirməyə başlamamısan və ondan pul tələb edirsən. Nüvə enerjisi ilə işləyən sualtı qayıqlar inşa edib Avstraliyaya verməliydi. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya bundan daha mükəmməl sualtı qayıqlar inşa edib Avstraliyaya verə bilər. Avstraliya İngiltərəyə yaxın xalqdır. Üstəlik, Birləşmiş Millətlər Təşkilatı xətti ilə Avstraliya İngiltərənin dominionu hesab edilir. İngiltərə dominionunu başa saldı ki, burada ziyana gedirsən, düzgün hərəkət etmirsən. Ona görə də Fransa ilə olan müqavilədən imtina etdilər”.

Aqil Bəkir

Mənbə:
0
340
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar