• Şikayət et

Yaponiyanın Keio Universitetində "Azərbaycanda multikulturalizm" fənni tədris olunub

Bu gün Yaponiyanın Keio Universitetinin Ümumi siyasət fakültəsində "Azərbaycanda multikulturalizm" fənni tədris olunub. Azerforum.com xəbər verir ki, fənni Hokkaydo Universitetində konfliktologiya elmləri üzrə PHD təhsili almış yaponşünas alim, Yaponiya hökumətinin dövlət təqaüdçüsü Əlibəy Məmmədov yapon dilində tədris edib.

Əlibəy Məmmədov dərsdə yapon tələbələrə Azərbaycanın tanıdılması, tarixi, xarici siyasəti, iqtisadiyyatı, Vətən müharibəsində qələbəsi, o cümlədən xalqımızın dini baxışları, milli-mənəvi dəyərləri haqqında məlumat verib.

Xatırladaq ki, Əlibəy Məmmədov davamlı olaraq Yaponiyanın orta və ali məktəblərində Azərbaycanla bağlı dərslər keçir.

 

Mənbə:
0
9570
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar