Xarici media nümayəndələri GƏNCƏDƏ 

Xarici jurnalistlər Gəncədə erməni cinayətləri ilə tanış olublar. 

Bizim.Media xəbər verir ki, avqustun 1-də xarici media nümayəndələri Gəncəyə gediblər. 

Səfərin məqsədi ötən il oktyabrın 11-də və 17-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər məğlubiyyətinin qisasını Gəncədən almağa çalışıb – Türk Şurası - FOTOLAR


Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara işğalçı erməni silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaları barədə məlumat verilib.  

Qeyd edək ki, Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub. Onlardan 6-sı uşaqdır. Atəş nəticəsində 142 nəfər yaralanıb. 

Bizim.Media

Mənbə:
0
134
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar