• Şikayət et

2022-ci ilin ilk “Startap” şəhadətnamələri sahibkarlara təqdim edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

KOBİA-dan bildirilib ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 32-yə çatıb. “Startap” şəhadətnaməsi “Pickpoint” MMC-nin bağlamaların çatdırılması prosesini avtomatlaşdıran onlayn platforması, “Smor” MMC-nin avtomobil ehtiyat hissələrinin satışı üçün marketpleys, “Maestro Company Limited” MMC-nin məişət xidmətləri üçün veb-platforma, “Documood” MMC-nin müqavilələrin onlayn bağlanması üçün veb-platforma və “Pay2play” MMC-nin rəqəmsal məhsullar (oyunlar) üçün marketpleys layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. Mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla KOBİA-nın saytından tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Mənbə:
0
82
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar