• Şikayət et

Ukrayna ordusu güclənib: Rusiya savaşa girərsə...

Başda ABŞ Prezidenti Co Bayden olmaqla, Qərb rəsmiləri və diplomatları Rusiyanın Ukraynaya hərbi müdaxilə ehtimalını yüksək qiymətləndirirlər. Əks halda Rusiya aylarla Ukrayna ilə sərhəddə niyə yüz minlik qoşun saxlasın ki?

Aar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya-Ukrayna gərginliyi haqda qeyd edib.

O bildirib ki, qərar Rusiya Prezidenti Vladimir Putindən asılıdır:

“O düyməyə basan kimi müdaxilə başlayacaq. Ancaq Kreml sahibi anlayır ki, Donbasın ilhaqı Krımın ilhaqına bənzəməyə də bilər. 2014-cü ildə dağılan Ukrayna ordusu Krım uğrunda savaşmadı və Kreml yarımadanın ilhaqını asanlıqla həyata keçirdi. İlhaqdan keçən 8 il ərzində Ukraynada ordu gücləndirildi, peşəkarlığı artdı, müasir silahlarla təhciz olundu”.

Politoloqun fikrincə, böyük müharibədən çəkinən Kreml Donbas separatçılarının nəzarətindəki ərazisiylə də kifayətlənib, bu bölgəni Rusiyaya birləşdirə bilər:

“Kremldə hesab edə bilərlər ki, Kiyev onsuz da itirdiyi ərazi uğrunda savaşmayacaq. Ancaq Rusiya ordusu Donbasa daxil olacağı halda atəşkəs pozulacaq, qarışılıq atışmalarda hər iki tərəfdən itkilər olacaq və bu halda müharibə qaçılmazdır.

Donbas separatçıları savaşı tezləşdirə bilərlər. Misal üçün separatçılar atəşkəsi pozub Ukrayna ordusu tərəfdə kiçik təxribat törətməklə qarşı tərəfin atəşinə tuş gələcəklər. Bu da Rusiyanın Donbasa müdaxiləsini sürətləndirəcək. Elə separatçılara da bu lazımdır. Donbas separatçıları Krım separatçıları kimi Rusiyaya birləşmək istəyirlər”.

Mənbə:
0
109
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar