Türkiyəyə 100 milyard dollarlıq Ərəb investisiyası

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd ibn-Zahid ən-Nahyan prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün bu gün Türkiyəyə gələcək.

Azerforum xəbər verir ki, Türkiyə ilə BƏƏ arasında illərlə davam edən gərginlikdən sonra əlaqələri bərpa etmək üçün yeni fürsətin yarandığı deyilir.

Belə ki, Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd ibn-Zahid ən-Nahyanın prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə rəsmi səfəri gözlənilir. İngiltərə mətbuatı Nahyanın Türkiyəyə 100 milyard dollar sərmayə yatıracağını yazır.

Bu səfərdən əvvəl BƏƏ-nin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri Dubayda keçirilən Türkiyə-Birləşmiş Ərəb Əmirlikləri Qarışıq İqtisadi Komissiyasının iclasından sonra Türkiyənin ticarət naziri Mehmet Muş ilə ikitərəfli görüş keçirmişdi. BƏƏ ilə Türkiyə arasında iqtisadi əlaqələrin güclənməyə davam etdiyini deyən Mari, bunun müxtəlif sektorlarda, xüsusilə ticarət və investisiya sahələrində yeni tərəfdaşlıqlar yaratmaq üçün böyük imkanlar yaratdığına diqqət çəkmişdi.

Həmçinin BƏƏ-nin xarici ticarət naziri Sani əz-Zuyudi və nazir Muşun iştirakı ilə keçirilən Türkiyə-BƏƏ Birgə İqtisadi Komissiyasının iclasında iki ölkə arasında qeyri-neft ticarətinin şaxələndirilməsinə və ticarət həcminin artırılmasına yönəlmiş iş planı ilə bağlı razılıq əldə olunmuşdu.

BƏƏ-nin Xarici Ticarət üzrə Dövlət Naziri Zuyudi, iki ölkənin strateji mövqeyinə diqqət çəkərək, Türkiyə məhsullarının Yaxın Şərq, Asiya və Afrika ölkələrinə çatdırılmasında BƏƏ-nin körpü rolunu oynayacağı kimi, BƏƏ məhsullarının da Avropa və bəzi Asiya ölkələrinə çatdırılması yönündə Türkiyənin əhəmiyyətli bazar olduğuna işarə etmişdi. Zuyudi ölkəsindəki iqtisadi inkişaflara və layihələrə diqqət çəkərək türk şirkətlərini bu inkişaflardan faydalanmağa çağırmışdı.

Mövzu ilə bağlı açıqlama verən siyasi analitik Turab Rzayev bildirib ki :"Birləşmiş Ərəb Əmirlikləri qlobal pandemiya dövründən sonra artıq böyük vəsait tələb edən siyasi kofliktlərdən çəkilmək, yerinə yenidən iqtisadiyyata köklənmək istəyir. Buməsələdə Amerika BirləşmişŞtatlarının bölgədən çəkilməsi və yenidən İranla yaxınlaşması da əhəmiyyətli, rol oyanyır"

0
3280
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar