Türkiyədə mağarada keçirilən əməliyyatda jandarma əməkdaşı həlak oldu

Türkiyənin Tunceli əyalətində “Eren Kış-6” əməliyyatı zamanı terrorçularla atışma olub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

O, qeyd edib ki, Ovacıq çölündə mağarada keçirilən əməliyyat zamanı başlayan atışma zamanı bir jandarma əməkdaşı ağır yaralanıb. Göstərilən tibbi yardıma baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Əməliyyat zamanı 3 terrorçu zərərsizləşdirilib, bir nəfər təslim olub.

Mağarada sıxışdırılan terrorçulara qarşı əməliyyat davam edir.

Mənbə:
0
116
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar