Türkiyə ordusu “Qətiyyət-2021” təliminə başladı

Türkiyə Silahlı Qüvvələri Egey və Şərqi Aralıq dənizlərində “Qətiyyət-2021” təlimlərinə start verib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Egey və Şərqi Aralıq dənizlərində keçiriləcək “Qətiyyət-2021” təlimləri başladı. Təlimlər çərçivəsində Türkiyənin quru, hərbi dəniz və hərbi hava qüvvələri, eləcə də Sahil Mühafizəsi Komandanlığına aid texnikanın qarşılıqlı fəaliyyətinin, qarşılıqlı dəstək imkanlarının sınaqdan keçirilməsi planlaşdırılır”, - MMN-in məlumatında qeyd olunub.

Mənbə:
0
37
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar