Titanikdə yazılan 109 illik məktub tapılıb - Foto

Kvebeka Universitetinin (UQAR) alimləri Titanik gəmisindən atıldığı ehtimal olunan şüşə butulkanın içindəki məktubu araşdırmağa başlayıblar.

Axşam.az xəbər verir ki, 13 yaşlı Matilda Lefevr tərəfindən yazılan məktubda tarix 1912-ci il 13 aprel kimi qeyd olunub. Alimlərin sözlərinə görə, gəmidə Matilda adlı qız da olub və sözügedən məktub gəmi batmadan bir gün öncə yazılıb:

"Bu şüşə butulkanı Atlantik okeanının ortasında atıram. Biz bir neçə gündən sonra Nyu-Yorka çatmalıyıq. Məktubu tapan olarsa, bu barədə Lefevrlər ailəsinə məlumat versin".

Qeyd edək ki, möhürlənmiş şüşə butulkanı Kanadanın Houpvell-Rox qayalığındakı çimərlikdə istirahət zamanı Şervux ailəsi qumun içindən tapıb.

Xatırladaq ki, Titanik gəmisi 1912-ci il aprelin 14-də Atlantik okeanında aysberqə çırpıldıqdan sonra batıb.

0
38
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar