"Azərbaycanda havanın maksimum temperaturun 35 dərəcədən yuxarı olan günlərin sayı artıb. Həmçinin, sürəti 25 m/s yuxarı küləkli günlərin də sayı çoxalıb".
TED.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, aparılan müqayisəli təhlillər göstərir ki, ilin isti dövründə ölkə ərazisində havanın temperaturunun artması baş verib:
"Temperatur artımı dağlarda çox olub. İlin ən soyuq aylarında Naxçıvan istisna olmaqla, digər ərazilərdə tempetaturun yüksəlməsi qeydə alınıb. Temperaturu 0 dərəcədən aşağı olan ərazilərin sahəsi əksər zonalarda azalır. Son 10 ildə əsas dağ çaylarımız formalaşan ərazilərdə yağıntının miqdarı orta hesabla 8,7 faiz azalıb. Ümumilikdə son 30 il ərzində yağıntıların miqdarı 10 faiz azalıb".
Xidmət rəisi qeyd edib ki, Böyük və Kiçik Qafqaz dağlarında şaxtalı və qarlı günlərin xeyli azalması tendensiyası müşahidə edilir:
"Bu da çayları qidalandıran qar ehtiyatlarının azalmasının göstəricisidir. Dənizdəki dalğaların maksimum hündürlüyü də artıb. Daşqınların dinamikasında da artım müşahidə olunur. Suyun temperaturu son 15 ildə 1,2 dərəcə artıb".
U.Tağıyeva vurğulayıb ki, Kür çayının mənsəbində sululuq son 10 ildə 45 faiz azalıb:
"Kür çayından ölkəyə daxil olan suyun miqdarı norma ilə müqayisədə son 10 ildə 27 faiz azalıb. 30 dərəcədən yüksək olan günlərin sayı isə avqustda 6 dəfə, iyulda 2,4 dəfə, iyunda 12 dəfə artıb. Ümumilikdə yay aylarında 6 dəfədən çox artım qeydə alınıb".
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycandakı Nümayəndəliyi və Azərbaycanlı Məzunlar Assosiasiyasının (KOAZ) dəstəyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin tərəfdaşlığı, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin təşkilatçılığı ilə uşaq və gənclər arasında iqlim dəyişmələri mövzusunda “Green Innovations” ekoloji startap müsabiqəsinin final mərhələsi keçirilib. Tədbirin rəsmi açılışında “EkoSfera” SEM-in rəhbəri Firuzə Sultanzadə çıxış edib.
“EkoSfera” SEM-dən TED.az-a bildirilib ki, “Green Innovations” ekoloji startap müsabiqəsinin final mərhələsində birinci yerə Ləman Bağırlı (Suların təmizlənməsi (Flusi) layihəsi), ikinci yerə Riad Hüseynzadə (RWT meteohəssas insanlar üçün layihəsi), üçüncü yerə Ayla Ağayeva, Leyla Ağayeva (Eko çanta (Maybe Bag) layihəsi) və Fatimə Əhmədova (EcoShop layihəsi) layiq görülüblər.
Müsabiqənin qaliblərini KOICA-nın Azərbaycandakı nümayəndəliyinin direktoru Moon Jong Hyun təbrik edib və mükafatları təqdim edib.
Müsabiqənin əsas məqsədi ətraf mühitin qorunması, həmçinin iqlim dəyişikliyi istiqamətində məktəblilərin sahibkarlıq bacarıqlarının formalaşdırılması, onlar arasında kiçik biznesin inkişaf etdirilməsi, liderlik potensialı və kreativ düşüncəyə malik olan yaradıcı və istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir.
Müsabiqə iki yaş qrupu üzrə (10-13; 14-16) fərdi və qrup (3 və ya 5 nəfərdən ibarət komandalar) şəklində olmaqla aparılıb.
Bu ilin iyun ayında “AvtoVAZ”ın satışları 7,48 min avtomobilə qədər azaldıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 81.3% azdır.
TED.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında şirkətin rəhbəri Maksim Sokolov deyib.
“İyun ayında satış 7484 avtomobil təşkil edib. Bu, cari ilin may ayına nisbətən 24.5% artım deməkdir”, – deyə o bildirib.
2021-ci ilin iyun ayında “Lada”nın satışı 40.1 min avtomobil təşkil edib.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Dünya Bankının (WB) və Beynəlxalq Valyuta Fondunun (IMF) Seçki Qrupunun 30 illiyinə həsr olunmuş toplantı çərçivəsində keçirilən “Rəqəmsal Maliyyə” panelində və seçki qrupunun iclasında çıxış edib.
TED.az xəbər verir ki, bu barədə AMB sədri özü məlumat verib.
"Azərbaycanda bu sahədə həyata keçirilməkdə olan layihələr və sözügedən təşkilatlarla gələcək əməkdaşlıq perspektivləri barədə fikirlərimizi bölüşdük", - deyə o, qeyd edib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədi istiqamətində qarşı tərəfin atəşə tutulması ilə bağlı Ermənistanın yaydığı məlumatlar yalandır, reallığa uyğun deyil.
Bu barədə TED.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Bu qarşı tərəfin növbəti dezinformasiyasıdır", - nazirlikdən qeyd olunub.
Azərbaycanda ən böyük yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsinə malik olan “Azpetrol” şirkətinin respublik ərazisində, o cümlədən Tovuz rayonunda yerləşən YDM-də yanacaq satışı adi qaydada davam edir.
TED.az xəbər verir ki, bunu “Azpetrol” şirkətinin mətbuat katibi Ülviyyə Hüseynova bildirib.
“Azpetrol” YDM-də yanacaq həmişə olub və hazırda da var. Yanacağın satışında məhdudiyyətlər yoxdur və limitlər tətbiq edilmir”, – deyə, Ülviyyə Hüseynova vurğulayıb.
Azərbaycan ərazisində neft məhsullarının topdan və pərakəndə satışını həyata keçirən “SOCAR Petroleum” QSC mətbuat katibi Üzeyir Həbibbəylinin sözlərinə görə, şirkətin respublika ərazisində avtomobil yanacağının həm topdan, həmdə ki pərakəndə satışında heç bir problemlər və ya məhdudiyyətlər yoxdur.
Tovuz rayonunda avtomobil yanacağının satışında yaranan problemlərlə bağlı suala cavab verən Üzeyir Həbibbəylinin qeyd etdi ki, “SOCAR Petroleum” şirkətinin qeyd olunan rayonda YDM mövcud deyil.
Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə Tovuz rayonu ərazisində “Aİ-92” markalı benzinin satışında problemlərin yarandığı barəsində məlumatlar yayılıb.
Bakı-Quba yolunda aparılan təmir işləri ilə bağlı sürücülərə xəbərdarlıq edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən TED.az-a bildirilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-110 km hissəsində nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin söküntüsü aparılır.
Bununla əlaqədar olaraq sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
®Bu gündən etibarən Xalq Bank plastik kart sahibləri üçün əməliyyatların sadə, təhlükəsiz və məxfi aparılmasına imkan verən Apple Pay təmassız ödəmə üsulunu istifadəyə verir.
Ödənişi həyata keçirmək üçün müştəri sadəcə iPhone telefonunu və ya Apple Watch saatını ödəniş terminalına yaxınlaşdırmalıdır. Apple Pay vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi onu Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq edir və bundan əlavə, bütün əməliyyatlarda unikal birdəfəlik dinamik təhlükəsizlik kodundan istifadə olunur. Apple Pay ilə siz market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödəmələr edə bilərsiniz. 
Müştərilər Apple Pay vasitəsilə iPhone, iPad və Mac cihazlarına yüklənmiş tətbiqlərdə və ya Safari internet brauzerlərində açılmış saytlarda rahat və sürətli alış-veriş edə bilərlər – artıq qeydiyyatdan keçməyə və mürəkkəb formaları doldurmağa ehtiyac qalmır. Apple Pay-dən həmçinin Apple Watch tətbiqlərində ödəmələr etmək üçün istifadə oluna bilər. 
Təhlükəsizlik və məxfilik Apple Pay-in əsasında dayanır. Siz kartınızı Apple Pay-ə əlavə etdikdə kart nömrələri nə cihazınızda, nə də Apple serverlərində saxlanılmır. Əvəzində ona unikal cihaz qeydiyyat nömrəsi verilir, şifrələnir və cihazınızın yüksək sənaye standartlarına cavab verən sertifikasiya edilmiş “Təhlükəsiz element” çipində əminliklə saxlanılır. 
Apple Pay-i sazlamaq çox asandır. Sadəcə iPhone-da Wallet (“pul kisəsi”) tətbiqinə daxil olub, + (“Əlavə et”) işarəsini sıxıb oradakı təlimatlara əsasən Xalq Bank kartını əlavə etmək kifayətdir. Kart iPhone, Apple Watch, iPad və ya Mac cihazına əlavə olunan andan müştəri həmin cihazda Apple Pay-dən istifadə edə bilər. Bununla yanaşı, müştəri Xalq Bankın öz kart sahiblərinə verdiyi bonus və endirimlərdən yararlanmağa davam edir.
Apple Pay barədə daha ətraflı www.apple.com/apple-pay saytından tanış ola bilərsiniz.
Xalq Bank haqqında daha ətraflı məlumat burada: xalqbank.az
<p style="text-align:;" justify;">“İqtisadiyyat Nazirliyinin 190 hektar ərazisi olan Ağdam Sənaye Parkının hazırda 9 rezidenti var və onların 50 milyon manatdan çox investisiya yatırması nəzərdə tutulur”.
<p style="text-align:;" justify;">TED.az xəbər verir ki, bununla bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında paylaşım edib.
<p style="text-align:;" justify;">“Bu, 1 000-dən çox daimi iş yerinin yaradılmasına imkan verəcək. Artıq rezidentlər üçün ayrılmış ərazilərdə layihələrin həyata keçirilməsinə hazırlıq işləri gedir və avqust ayından tikintiyə başlanılması planlaşdırılır”, - deyə o, qeyd edib.
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma bu gün saat 23:59-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən TED.az-a bildirilib ki, iyulun 5-i saat 09:15-ə olan məlumata əsasən, 12026 bakalavr (Azərbaycan bölməsi üzrə 11023, rus bölməsi üzrə 1003) öz ərizəsini təsdiq edib. 1250 bakalavr isə ixtisaslaşma seçimini yadda saxlasa da, hələlik ərizəsini təsdiq etməyib.
İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.
Müsabiqəyə yalnız bu gün saat 23:59-dək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.
<p style="text-align:;" justify;">Bəzi çap media vasitələri və internet informasiya resurslarında Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi” və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinin ödənişli əsaslarla fəaliyyət göstərməsi barədə həqiqətəuyğun olmayan informasiyalar yayılıb.
<p style="text-align:;" justify;">TED.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.
<p style="text-align:;" justify;">Məlumatda deyilir ki, qeyd edilən əlaqə vasitələri ödənişsizdir, vətəndaşlar istənilən mobil operatorlardan və stasionar telefonlardan zəng etməklə müraciətlərini edə bilərlər.
<p style="text-align:;" justify;">“Bir daha bütün media subyektlərinə müraciət edərək bildiririk ki, gələcəkdə bu qəbildən neqativ hallara yol verildikdə tərəfimizdən qanunamüvafiq tədbirlər görüləcək”, - qeyd edilib.
Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə fəal şəkildə minatəmizləmə əməliyyatları davam etməkdədir. İlkin mərhələdə işğaldan azad olunmuş ərazilərə gedən yolların təmizlənməsi, koridorların açılması və sonrakı mərhələdə isə hökumətimizin qarşıya qoyduğu prioritetlərə uyğun olaraq dağıdılmış, viran edilmiş iri şəhərlərimizin, kəndlərimizin partlayıcı sursatlardan təmizlənməsi əməliyyatları yerinə yetirilir. Bu əməliyyatlar zamanı Agentlik ilkin olaraq həm sosial infrastruktur layihələrinin gerçəkləşdirilməsi üçün nəzərdə tutulan ərazilərin təmizlənməsi, həm də gələcəkdə insanlarımızın repatriasiyası planlaşdırılan şəhərlərimizin, kəndlərimizin, ikinci dərəcəli yolların, su xətlərinin, kanalların, kənd təsərrüfatı təyinatlı ərazilərin minalardan təmizlənməsi işlərini həyata keçirir.
Bunu TED.az-a müsahibəsində minatəmizləmə sahəsində görülən işlər barədə danışan ANAMA-nın Əməliyyat İdarəsinin rəisi Ramil Əzizov deyib.
Bildirib ki, bütünlüklə Vətən müharibəsindən sonrakı dövrdə ANAMA-nın ələqələndirici funksiyası ilə həm dövlət, həm də kommersiya qurumları işğaldan azad olunmuş ərazilərdə aparılan minatəmizləmə əməliyyatlarında fəaliyyət göstərirlər.
Məlumat verilib ki, İkinci Qarabağ müharibəsindən sonrakı dönəmdən etibarən aparılmış əməliyyatlar nəticəsində bu günədək ümumilikdə 36 min hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. 61 mindən çox mina və partlamamış hərbi sursat, improvizə olunmuş qurğular, tələ minalar və sair sursatlar aşkarlanaraq zərərsizləşdirilib.
ANAMA-nın əməliyyatları beynəlxalq minatəmizləmə standartları əsasında apardığını söyləyən idarə rəisi deyib ki, bu standartlar hələ dünyada mina aksiyası yarandığı vaxtdan etibarən BMT və bu sahədə digər aparıcı qurumlar tərəfindən təsdiqlənmiş sənəddir. Ona görə təşkilatın əməkdaşları aparılan bütün əməliyyatlar zamanı bu sənədə istinad etməyə daim özləri üçün prioritet hesab edirlər. Çünki müxtəlif ölkələrdə aparılan əməliyyatlarda tətbiq olunan yeniliklər və istiqamətlər yoxlanılaraq dünyada müvafiq təsbitini tapdıqdan sonra bu sənədlərə əlavə olunub. Ona görə də Agentlik bu sənədlərdə qeyd olunan məsələlərə ciddi yanaşır. Prezident İlham Əliyevin ANAMA-nın təkmilləşdirilməsi ilə bağlı müvafiq Fərmanında yer alan məsələlərdən biri də məhz minatəmizləmə əməliyyatlarının beynəlxalq standartlar əsasında aparılmasıdır.
“Agentlik yerli qurumlar və operatorlarla yanaşı, həm də müxtəlif beynəlxalq qurumlarla da əməkdaşlıq edir. Bu beynəlxalq qurumlar, xüsusilə BMT-nin müxtəlif agentlikləridir. BMT-nin İnkişaf Proqramı uzun illərdir Agentliyin fəaliyyətinə müəyyən töhfəsini verir. Maarifləndirmə proqramları BMT-nin Uşaq Fondunun (UNICEF) xüsusi mandatı əsasında həyata keçirilir. Eyni zamanda, bütün bu qurumlarla yanaşı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə sıx əməkdaşlığa başlamışıq. Yaxın gələcəkdə bu əməkdaşlıq məcburi köçkünlərin yaşadığı qəsəbələrdə maarifləndirmə istiqamətində aparılacaq tədbirlərlə nəticəsini verəcək”, - deyə Ramil Əzizov vurğulayıb.
Qeyd edilib ki, Agentlik əməliyyatlarını müxtəlif üsul və vasitələrdən istifadə etməklə aparır. Bunlara həm əl, həm də mexaniki minatəmizləmə maşınları, eləcə də itlərlə aparılan minatəmizləmə əməliyyatları daxildir. Biz minaaxtaran itlərin sahələrdə istifadə olunması ilə bağlı ABŞ-ın Marşal İrsi İnstitutu ilə sıx əməkdaşlıq edirik. Bu tərəfdaşlıq müxtəlif donorların – həm bizim yerli, həm də xarici ölkələrin bu prosesə cəlb olunması ilə həmin itlərin alınması məsələlərini ehtiva edir. Belə ki, minaaxtaran itlərə müvafiq ilkin təlim verildikdən sonra onların ANAMA-ya təhvil verilməsi istiqamətində müəyyən işlər görülür. Bizim əməkdaşlıq etdiyimiz beynəlxalq qurumlar çoxdur və Agentlik hazırda dünyada tanınmış brenddir. Dünyanın hər hansı yerində artıq ANAMA-nın adı çəkilində peşəkar, xüsusi təcrübəyə malik qurum göz önünə gəlir. Biz beynəlxalq tədbirlərdə bunun şahidi oluruq. Bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm ki, ulu öndər Heydər Əliyevin 1998-ci ildə qəbul etdiyi Fərmanla təsis edilən bu Agentlik müdrik uzaqgörənliklə yaradılıb. Otuz ildən sonra biz bunu dərk edir və artıq bəhrəsini indi daha çox görürük. Bizim artıq minatəmizləmə sahəsində 30 ildə formalaşmış milli kadr potensialımız mövcuddur. Odur ki, Vətən müharibəsindən sonrakı dövrdə biz işğaldan azad olunmuş ərazilərimizdə əməliyyatları dərhal və intensiv şəkildə aparmağa başladıq.
ANAMA-nın idarə rəisi diqqətə çatdırıb ki, Agentliyin digər fəaliyyət növü tədqiqat işlərinin aparılmasıdır. Bu tədqiqat işləri 30 il ərzində işğal altında saxlanılan ərazilərdə həm Birinci, həm də İkinci Qarabağ müharibələri zamanı düşmən tərəfindən basdırılan mina sahələrində aparılır. Biz yalnız əvvəllər təmas xətti dediyimiz ərazilər boyu deyil, həm də digər ərazilərdə baş verən mina hadisələrini araşdırırıq. Belə ki, müharibədən sonra 225 nəfər minadan zərərçəkmiş insan qeydə alınıb. Bu insidentlərin 138-i əvvəllər təmas xətti dediyimiz ərazilərdən kənarlarda baş verib. Bu o deməkdir ki, bu otuz illik işğal dövründə düşmən məqsədli şəkildə ərazilərə minalar döşəmişdir. Bu minalar təkcə keçmiş təmas xətti boyunca deyil, eləcə də viran etdikləri kəndlərin, dağıtdıqları şəhərlərin ətrafında da basdırılıb. Bu baxımdan həmin ərazilərdə ANAMA tərəfindən ilkin tədqiqatların aparılması olduqca əhəmiyyətlidir.
“Biz, həmçinin süni intellekt texnologiyasından istifadə edərək uzaq məsafədən mina sahələrinin tədqiqatına başlamışıq. Dronlara quraşdırılmış geniş spektorlu, termal və yüksək dəqiqli kameralarla ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi müəyyən edilir. Bunun isə minatəmizləmə əməliyyatlarının keyfiyyətlə və səmərəli şəkildə yerinə yetirilməsində böyük əhəmiyyəti var”, - deyə Ramil Əzizov əlavə edib.
“Perseverance” roverinin Marsın səthinə enməsindən bir ildən bir qədər çox vaxt keçib.
Lakin cihaz artıq kifayət qədər ciddi problemlə üzləşib.
Qadcetin təchiz olunduğu “Mars Environmental Dynamics Analyzer” (MEDA) meteoroloji stansiyasının işinə cavabdeh olan mühəndislər külək sensorlarından birinin xarab olduğunu açıqlayıblar.
Məlumata görə, Qırmızı Planetdə güclü külək qalxıb, nəticədə roverin gövdəsinə daş dəyib.
Bildirilir ki, hazırda baş verənlərə görə sensorun imkanları kifayət qədər məhduddur.
Xatırladaq ki, “Perseverance” 18 fevral 2021-ci ildə Marsa eniş edib. O vaxtdan bəri cihaz “İngenuity” helikopteri ilə birlikdə milyardlarla il əvvəl mikroblarla zəngin ola biləcək qədim çay deltasını tədqiq edir.
Mənbə: ferra.ru
<p style="text-align:;" justify;">“WhatsApp”ın tərtibatçıları dayanmadan istifadəçilərə yeni imkanlar təklif etməkdə israrlıdırlar.
<p style="text-align:;" justify;">Bu yaxınlarda onlar emojilərdən istifadə edərək digər insanların mesajlarına cavab vermək funksiyasını təqdim ediblər. Hazırda isə messencerin texniki komandası bu məqsədlər üçün istifadə olunan işarələrin siyahısını genişləndirməyi düşünür.
<p style="text-align:;" justify;">Məlumata görə, yaxın vaxtlarda mesajlara istənilən emoji ilə cavab vermək mümkün olacaq.
<p style="text-align:;" justify;">Qeyd edək ki, hazırda yeniliyin istifadəçilər üçün nə zaman əlçatan olacağına dair dəqiq məlumat yoxdur.
<p style="text-align:;" justify;">Mənbə: ferra.ru
<p style="text-align:;" justify;">“ChinaDan” ləqəbli anonim haker “Breach Forums” forumunda 10 bitkoinə həcmi 23 TB-dən çox olan məlumatları satmaq təklifini yerləşdirib.
<p style="text-align:;" justify;">Hakerin sözlərinə görə, burada bir milyard Çin vətəndaşı haqqında məlumat var.
<p style="text-align:;" justify;">“ChinaDan” şəxsi məlumatları Şanxay Milli Polisinin məlumat bazasından əldə etdiyini iddia edib. Sızdırılan məlumatlarda Çin vətəndaşlarının adı, ünvanı, doğulduğu yer, pasport nömrələri, mobil telefon nömrəsi və cinayətləri ilə bağlı bütün təfərrüatlar var.
<p style="text-align:;" justify;">Məlumatların orijinal olub-olmadığı hələlik məlum deyil.
<p style="text-align:;" justify;">Çin hökuməti və Şanxay polisi məsələ ilə bağlı şərh verməyib.
<p style="text-align:;" justify;">Mənbə: gazeta.ru
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) televiziya, radio və mobil rabitə üzrə mütəxəssislərinin Azərbaycana səfəri başa çatıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən TED.az-a bildirilib ki, 2022-ci il iyunun 27-dən iyulun 1-dək sərhədyanı ərazilərdə televiziya, radio və mobil rabitə şəbəkələrinin beynəlxalq normalara uyğunlaşdırılması üzrə müzakirələr aparılıb. Müzakirələr çərçivəsində qonşu ölkələrin yayımlarının ölkə ərazisinə nüfuz etməsi məsələsi BTİ-nin ekspertləri ilə danışılıb. Bu yayımların beynəlxalq tələblər çərçivəsində tənzimlənməsi üçün Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən qəbul edilmiş normativ hüquqi sənədlərdəki müvafiq müddəalar və məsələnin həlli yolları BTİ-nin ekspertləri tərəfindən təklif edilib.
Səfər çərçivəsində, həmçinin BTİ-nin mütəxəssisləri tərəfindən televiziya, radio, mobil və fiksə olunmuş rabitə xidmətlərinin beynəlxalq tənzimlənməsinə dair Dövlət Radiotezliklər İdarəsi, Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi, Azərkosmos və mobil rabitə operatorlarının mütəxəssisləri üçün seminarlar təşkil olunub.
TV, radio və mobil rabitə şəbəkələrinin sərhədyanı ərazilərdə tənzimlənməsi ilə bağlı BTİ ilə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
Xatırladaq ki, Beynəlxalq Telekommunikasiya İttifaqı ilə əldə olunmuş razılaşmaya əsasən, azərbaycanlı mütəxəssislərlə müzakirələrin aparılması üçün BTİ-nin yerüstü xidmətlər üzrə iki eksperti Bakıda bir həftə müddətində səfərdə olub. Müzakirələrin məqsədi BTİ-nin ekspertlərini ölkənin efir məkanına müdaxilələrlə tanış etmək və sərhədyanı ərazilərdə yayımların beynəlxalq tələblərə uyğun tənzimlənməsi üçün dünya ölkələrində mövcud olan təcrübə nəzərə alınaraq həlli yollarını birgə müəyyənləşdirməkdir.
<p style="text-align:;" justify;">İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti “Azerfloat” QSC-nin istehsal etdiyi məhsulların ixrac coğrafiyası genişlənir.
<p style="text-align:;" justify;">İZİA-dan TED.az-a bildirilib ki, şirkət ilk dəfə olaraq İrlandiyaya ağ şəffaf şüşə vərəqələrin ixracına başlayıb. İlkin olaraq qarşı tərəfə 140 ton məhsul göndərilib. “Azerfloat” QSC İrlandiya ilə yanaşı, bir sıra ölkələrə də məhsul ixrac edir.
<p style="text-align:;" justify;">Qeyd edək ki, “Azerfloat” QSC Sumqayıt Kimya Sənaye Parkının ərazisində Almaniya texnologiyası əsasında müxtəlif çeşiddə, yüksək keyfiyyətli rəngli və şəffaf şüşə vərəqələrin istehsalını həyata keçirir. QSC-nin vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir.
<p style="text-align:;" justify;">Son zamanlar əsasən Afrika ölkələrində endemik olan meymunçiçəyi xəstəliyi hallarına digər ölkələrdə də rast gəlməsi bu xəstəliyin yayılma təhlükəsini gündəmə gətirib.
<p style="text-align:;" justify;">Səhiyyə Nazirliyindən TED.az-a verilən məlumata görə, bununla əlaqədar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sözügedən xəstəliyin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün ÜST-ə müraciət edib. Müraciətin nəticəsi olaraq, ÜST tərəfindən 3 min diaqnostik test artıq Azərbaycana gətirilərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib.
<p style="text-align:;" justify;">Beləliklə, Azərbaycanda digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün artıq bütün imkanlar mövcuddur.
<p style="text-align:;" justify;">Qeyd edək ki, şübhəli hallar müəyyən edildikdə, xəstəliyin laborator təsdiqi mütləq şərt olacaq.