Təbrizdə küçə adları farslaşdırılır-Bələdiyyədən absurd qərar

Təbriz bələdiyyəsi şəhərin “Küçə bağ” məhəlləsində yerləşən küçələrdən birinin adını farslaşdırıb.

Türkçə “Gölbaşı” küçəsi bundan sonra farsca tərcüməsi olan “Sər İstəxr” adlanacaq.

2018-ci ilin may ayında Təbrizin 8-ci bölgəsinin bələdiyyəsinin başçısı Rza Paknəhad bu cür halların baş verməsini qınayıb.

Adların tərcümə olunmadığını əsas gətirən Rza Paknəhad Təbriz şəhərinin farslaşdırılmış məhəllə, küçə adlarının bərpa edilməsini, əski türkcə adlarının qaytarılmasını təklif edib.

2019-cu ildə Muğanın “Doskəndin”də “Qırx Pillə” şəlaləsinin adı dəyişdirilərək onun farsca tərcüməsi “Çehel pelle” yazılan lövhə quraşdırılmış və bu, yerli əhalinin narazılığına səbəb olmuşdu.

Yerli əhalinin etirazlarından sonra şəhər və kənd şuralarının təşəbbüsü ilə şəlalənin türkcə adı özünə qaytarılmışdı.

Qeyd edək ki, bu cür hallar Güney Azərbaycanın müxtəlif şəhər və kəndlərində davamlı olaraq baş verir.

Son bir neçə ildə Zəngan, Urmu, Ərdəbil və b. bölgələrdə əski türkcə yer adlarının bəzilərinin bərpasına nail olunub. Lakin Azərbaycanda türkcə adların farslaşdırması və təhrif edilməsi davam edir.

0
183
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar