Şuşada Milli Musiqi Günü keçirildi - FOTO/YENİLƏNDİ

Şuşa şəhərində Milli Musiqi Günü keçirilib.

Publika.az Report-a istinadən xəbər verir ki, Üzeyir Hacıbəylinin heykəlinin ucaldığı parkda baş tutan tədbirdə Fikrət Əmirov adına Mahnı və Rəqs ansamblının Xalq Çalğı Alətləri Orkestri ifasında Üzeyir Hacıbəyli, Vasif Adıgözəlov, Süleyman Ələsgərov və digər bəstəkarların ifaları səsləndirilib.

Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Qoçaq Əsgərov, Anar Şuşalı, Nərgiz Kərimova, Arzu Əliyeva və digər ifaçılar milli musiqi sənətimizin əsrarəngiz nümunələrini təqdim ediblər.

Konsert proqramı "Qarabağ şikəstəsi" ilə başa çatıb.

xxx

Bu gün ilk dəfə Milli Musiqi Günü Şuşada keçirilir.

Publika.az xəbər verir ki, tədbirdə iştirak edən nümayəndə heyəti xalq artisti Bülbülün evini və Natəvan bulağını ziyarət ediblər, tanınmış şuşalılar Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün heykəlləri önünə gül dəstələri qoyublar.

Hər il dahi Üzeyir Hacıbəylinin ad günündə qeyd olunan tədbir bu dəfə onun heykəlinin ucaldığı parkda baş tutub.

Şuşada Milli Musiqi Günü keçirildi - FOTO/YENİLƏNDİŞuşada Milli Musiqi Günü keçirildi - FOTO/YENİLƏNDİŞuşada Milli Musiqi Günü keçirildi - FOTO/YENİLƏNDİŞuşada Milli Musiqi Günü keçirildi - FOTO/YENİLƏNDİŞuşada Milli Musiqi Günü keçirildi - FOTO/YENİLƏNDİŞuşada Milli Musiqi Günü keçirildi - FOTO/YENİLƏNDİŞuşada Milli Musiqi Günü keçirildi - FOTO/YENİLƏNDİ
Mənbə:
0
65
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar