“Sosial şəbəkələrdə müğənni Roza Zərgərlinin övladlığa götürdüyü deyilən Corc Qafarova niyə mənzil verilməsi barədə məlumat paylaşılır. Qeyd edim ki, Nazirlik həssas qruplardan olan vətəndaşlar sırasında həm də internat məzunlarını mənzillə təmin edir”.

Yeniavaz.com xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov məlumat yayıb. O qeyd edib ki, indiyə qədər də yüzlərlə internat məzunu evlə təmin edilib, proses də davam edir:

“Rəsmi olaraq da, sözügedən vətəndaşımızın övladlığa götürülməsi ilə bağlı heç bir sənədləşmə aparılmayıb. Aidiyyəti dövlət qurumundan da göndərilən məlumata (yəni, müəssisədə olduğu müddətdə qohumları ilə heç bir əlaqəsi olmadığı barədə arayışa) əsasən də, Corc Qafarovun müraciəti müsbət cavablandırılıb, mənzillə təmin edilib. Yəni, Corc Qafarova mənzil ona görə verilməyib ki, deyilən məlumata görə o müğənninin himayəsində yaşayır. Ona görə ev verilib ki, onun hüququ yaranıb və dövlətimiz də bunu təmin edib”.

Dünən “TikTok” sosial şəbəkəsi üzərindən 39 yaşlı Roman Məmmədov adlı şəxs parçaya bükülmüş halda baltaya oxşar əşyanı nümayiş etdirərək, cinsi azlıqları hədələyib.

Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində o saxlanılıb və ilkin dindirilmə zamanı törətdiyi xuliqanlıq əməlini etiraf edərək bu tip videoları sosial şəbəkələrdə məşhurlaşmaq məqsədilə çəkdiyini qeyd edib.

Həmin şəxsin kəsər alətlə metroya rahat şəkildə daxil olması müzakirələrə səbəb olub.

DİN-dən verilən açıqlamada bildirildi ki, həmin şəxs fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olur və uzun müddətdir ki, o da digər ustalar kimi təmir alətləri ilə metrodan istifadə edib:

“Bu gün insanlar ictimai nəqliyyatdan – avtobuslardan, eləcə də metrodan istifadə edərkən üzərində olan belə təsərrüfat alətləri ilə işə gedib-gəlirlər. Metrodakı müşahidə kameralarına da baxdıqda həmin şəxsin gündəlik olaraq əşyalarının polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra metroya daxil olduğu görünür”.

“Bakı Metropoliteni” QSC-də təhlükəsizlik məsələsi necə təşkil olunmalıdır?

QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, metropolitendə təhlükəsizlik geniş məfhumdur:

“Konkret bu məsələ tam aydınlaşdırıldıqdan sonra “Bakı Metropoliteni” QSC-yə aid hansısa məsələ yaranarsa, mütləq ictimailəşdiriləcək. Lakin istər DİN-lə birgə, istərsə də Səhmdar Cəmiyyət tərəfindən hər gün sərnişindaşıma təhlükəsizliyi ilə bağlı məsələlər araşdırılır. Monitorinqlər aparılır və bunun nəticəsi kimi təhlillər olunur, tədbirlər görülür”.

“Bundan başqa, istənilən məsələyə həm də fərdi qaydada yanaşılaraq, konkret və ümumi planlı fəaliyyət də təmin olunur. Belə olmasa, metropolitenin nizamlı işini qurmaq mümkün olmaz”, – deyə o əlavə edib.

Deputat Arzu Nağıyev isə bildirib ki, metro strateji əhəmiyyətli obyektlərdən biridir:

“Hər gün milyonlarla vətəndaş oradan istifadə edir. Yaranmış hər hansı təhlükəsizliyə təhdid ciddi fəsadlara gətirib çıxara bilər. Fikrimcə, metro hüquq-mühafizə orqanları tərəfindən normal şəkildə qorunur. Ötən gün baş verən hadisə bir daha onu göstərdi ki, qeyri-adekvat addımları ilə özünü reklam edən şəxslər mövcuddur.

Onun kəsər alət ilə metroya daxil olması, insanları hədələməsi müəyyən fikirlər söyləməyə əsas verir. Təbii ki, DİN-dən bildirildi ki, o, iş alətidir və daim özü ilə daşıyıb. Siqaret alışqanı və yaxud digər məişətdə istifadə edilən cihazları ikili standartlara uyğun olaraq istifadə etmək mümkündür. Bununla da vətəndaşlara təhdid yaratmaq olar.

Həmin şəxsin aləti metroya keçirdiyi zaman bunu hansı məqsədlə etdiyi dəqiq araşdırılmalıdır. Ötən gün videogörüntü yayan şəxs saxlanılıb, amma gələcəkdə belə halların qarşısının alınması istiqamətində ciddi işlər aparılmalıdır”.

Deputat əhaliyə də müraciət edib:

“Vətəndaşlar da təhlükəsizliyə təhdidin olduğunu gördükləri zaman hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər. Bu gün hüquq-mühafizə orqanları əməliyyat şəraitinə tam nəzarəti bərpa edə bilib və bu kimi problemlərin qarşısını almağa qadirdir.

Amma “Bakı Metropoliteni” QSC-nin mühafizəsində də təhlükəsizliyə daha ciddi yanaşılmalıdır. Vətəndaşlar da başa düşməlidirlər ki, sosial şəbəkələrdə özünü reklam etmək adı ilə kiminsə təhlükəsizliyini tapdalamağa onlara kimsə haqq verməyib. Bu cür addım atmamışdan əvvəl bunu düşünmək lazımdır”.

Türkiyədə Sarallar cinayət qrupuna qarşı əməliyyatda saxlanılan 119 şübhəli üçün ikinci dəfə müddətin uzadılması tələb edilib.

Kult.az xəbər verir ki, istintaqla əlaqəli bəzi türkiyəli məşhurlar polis bölməsinə çağırılıb.

Məşhur simalar arasında türkiyəli müğənni Aylin Coşqun, aktyor Necati Şaşmaz, Ərkan Petekkaya və Sinan Engin var.

Əldə edilən məlumata görə, aktyor Ərkan Petekkayaya 2 milyon TL zərər dəyib. Digər məşhur adların da oxşar şikayətləri olduğu bildirilir.

Azad Azərbaycan telekanalında yayımlanan “Bizimləsən” layihəsi və aparıcı Zaur Baxşəliyevdən şikayət var.

Bakupost.az xəbər verir ki, şikayətçi Cəfərova Rəmziyyə adlı hərbçi xanımı olub. 4 övladı olduğunu, 2 uşağının isə ürək qüsurlu doğulduğunu bildirən çarəsiz ana sözügedən verilişə kömək üçün üz tutub. Ona uşaqlarının əməliyyatı üçün 75 min manat pul lazım olub.

Lakin qadının dediyinə görə, Zaur Baxşəliyev ona efirdə 150 min lazım olduğunu deməyini tapşırıb. “Mən razı olmadım. Daha onra bizi efirə buraxdı. Bir neçə ailə üçün bir karta pul yığılmasına razılıq verdik. Karta 180 min manat pul yığıldı. Amma bizə köməklik edilmədi”,- deyə qadın Xural TV-nin efirində danışıb.

Daxili İşlər Nazirliyi mərhum Xalq artisti Səyavuş Aslanın oğlunun Bakıda mağazaların birindən eynək oğurlanması ilə bağlı iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, mağaza sahibi baş verən oğurluq barədə polisə müraciət etməyib:

“Videogörüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra obyektin sahibi Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə dəvət edilərək, hadisə barədə izahatı alınıb. Hazırda araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən sonra məsələyə hüquqi qiymət veriləcək”.

16:12

Bakıda mağazalardan birində oğurluq hadisəsi baş verib.

Bu barədə Baku.ws məlumat yayıb.

Görüntülərdə bir nəfərin mağazadan 150 AZN-lik eynəyi oğurlaması əksini tapıb.

Mağaza rəhbərliyinin iddiasına görə, eynəyi oğurlayan şəxs mərhum Xalq artisti Səyavuş Aslanın oğlu Çingizdir.

Azərbaycan Respublikası Audiovizual Şurası “ARB” televiziya kanalında yayımlanan “Həmin Zaur” proqramı müğənni Afşin Azərinin efirdən çıxarılması faktına münasibət bildirib.

Şuradan Axar.az-a bildirib ki, Şura audiovizual proqramların yayımı zamanı qanunvericiliyin pozulması hallarında hər hansı bir reaksiyanı verir.

Qeyd olunub ki, bu reaksiya açıqlama, bəyanat, xəbərdarlıq və daha sərt – hər hansı bir sanksiyanın tətbiq olunması ilə bağlı Şuranın qərarı formasında ola bilər:

“29 iyun 2022-ci il tarixdə ARB ümumölkə yerüstü televiziya yayımçısının efirində “Həmin Zaur” proqramı zamanı aparıcı Zaur Kamal ilə efirə dəvət olunan qonaq müğənni Afşin Azəri arasında ziddiyyətli dialoq baş verib, sonra isə aparıcı qonağı efirdən çıxarıb. Azərbaycan Respublikası Audiovizual Şurasının mütəxəssisləri təfindən proqramın monitorinqi həyata keçirilib, yaranan xoşagəlməz hala baxmayaraq yayım zamanı qanunvericilyin pozulması faktı qeydə alınmayıb.

Belə ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 5.4-cü maddəsinə əsasən media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir. Proqrama hansı qonağın, hansı vaxtda, hansı tərzdə dəvət olunması və ya efirdən uzaqlaşdırılması tam olaraq redaksiya müstəqilliyi müstəvisinə aid bir məsələdir. Baş vermiş insident zamanı qonağa qarşı hər hansı nalayiq ifadə istifadə olunmayıb, qonağın fikirlərinin redaksiyanın fikirləri ilə üst-üstə düşməməsi halı baş verib və nəticədə proqramın redaksiyası qonağı efirdən çıxarıb”.

Qeyd olunub ki, ictimai reaksiyanı nəzərə alaraq Şura tərəfindən ARB kanalının rəhbərliyinə müəyyən tövsiyə və izahatlar verilmiş, gələcəkdə belə ictimai qınağa səbəb olan halların təkrarlanmaması üçün xəbərdarlıq edilib.

Şuradan “Sosial şəbəkələrdə, internet televiziyalarda aparıcının bu davranışını “Media haqqında” Qanunun 14.1.7-ci maddəsinin (şərəf və ləyaqətin alçaldılması və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı tələbin) pozulması kimi qiymətləndirirlər. Buna münasibətiniz?” sualına cavab olaraq isə bildirilib:

“Elə bir hal olduğu təqdirdə qarşı tərəfin bununla bağlı birbaşa olaraq məhkəmə instansiyalarına müraciət etmək hüququ vardır. Özünü zərərçəkmiş hesab edən şəxsin əvəzinə Şuranın fikir bildirməsi doğru olmazdı”.

Əməkdar artist Vasif Məhərrəmli aparıcı Zaur Kamala dəstək olub.

Axşam.az xəbər verir ki, “Həmin Zaur” proqramında qonaq olan sənətçi bir neçə gün əvvəl Cənubi Azərbaycandan olan müğənni Afşin Azəri efirdən qovduğuna görə tənqid edilən aparıcını müdafiə edib. O, Zaur haqda bunları deyib:

“Səni 25 ildir tanıyıram. Bu müddət ərzində sənin də, mənim də müəyyən yönlərimiz var ki, xalq onu fərqinə vara bilmir. Amma bir məsələ var. Bu 25 ildə sənin bir üzünü gördüm. Sən bir üzlü insansan”.

“Ermənistan Respublikasının müntəzəm olaraq müxtəlif bəyanatlar səsləndirməsi və təxribat xarakterli fikirlər irəli sürmələri daha çox informasiya müharibəsinin tərkib hissəsi olaraq onların daxili auditoriyasını sakitləşdirmək üzərinə hesablanıb. Çünki ortada bir məğlubiyyət var, digər tərəfdən iqtisadi böhran və Ermənistanda hazırda baş verən siyasi gərginliklər təbii ki, insanların fikrini müəyyən istiqamətə çəkməyə ehtiyac yaradır”.

Ölkə.Az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında hərbi analitik, “M5 müdafiə və strategiya” jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib.

O bildirib ki, muzdlu erməni silahlı dəstələrinin Qarabağa qanunsuz gəlişinə icazə veriləcəyi təqdirdə daha sərt addımlar atılacaq:

“Mövcud vəziyyətdə muzdlu erməni dəstələrinin Azərbaycan ərazilərində hər hansı bir əməliyyat icra edə bilməsi və qarışıqlıq yaratması qeyri-mümkündür. Ona görə ki, Azərbaycan Silhalı Qüvvələri ərazi bütövlüyümüz və təhlükəsizliyimiz adına lazımlı bütün addımları atmaqdadır və tədbirlər görməkdədir.

Qaldı ki, Sülhməramlı Qüvvələrin muzdlu erməni silahlı dəstələrinə Qarabağ gəlmələrinə izin verdiyi halda Qarabağ ərazisində qalmasına, bu, özü də başqa bir məsələdir. Çünki onların da 10 noyabr bəyanatına əsasən bəlli bir öhdəlikləri var. Öhdəliklərinin də ən başında Azərbaycan ərazilərində olabiləcək erməni əsilli teroristlərin tərkisilah edilib ərazilərimizdən çıxarılması idi.

Bu olmadığı təqdirdə və buna zidd davranışlar açıq-aşkar sərgilənərsə, təbii ki, artıq sülhməramlıların Azərbaycan ərazisini tərk etməsinə ehtiyac olacaqdır. Davamlı olaraq əlbəttə ki, sülhməramlı qüvvələrin ikili standartlarda davrandıqlarının dəfələrlə şahidi olmuşuq və buna qarşıda etirazlarımız rəsmi qaydada bəyan edilib. Bundan gərəkli dərslər alındığını düşünürəm. Amma gələcəkdə təkrar olaraq muzdlu erməni silahlı dəstələrinin ərazilərimizə qanunsuz gəlişinə icazə veriləcəyi təqdirdə daha sərt addımlar atılacağı da istisna edilmir”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini Saak Saakyanın son açıqlaması zamanı bildirib ki, “Xidmətə yeni qəbul olunan çağırışçıların püşkatma mərasimi ərazi bölmələrində yayımlanır, valideynlər oturub bütün prosesi izləyirlər. Püşkatmada Qarabağ ərazisi yoxdur. Biz Qarabağa müqaviləli hərbçiləri göndəririk”.

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla İlham qızı Əliyevanın doğum günüdür.

Oxu.Az xəbər verir ki, Leyla Əliyeva 3 iyul 1985-ci ildə dünyaya gəlib.

1989-2000-ci illərdə Bakı şəhərində 160 saylı tam orta məktəbdə təhsil alıb.

2000-ci ildə orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub.

2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistratura pilləsində təhsil alıb.

10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2011-ci ildən isə Fondun vitse-prezidentidir.

Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq, qayğıya, yardıma daha çox ehtiyacı olanlara böyük diqqət yetirir. O, öz ad gününü ənənəvi olaraq qayğı göstərdiyi və yorulmadan kömək etdiyi uşaqların yanında keçirir.

O, yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə yardım göstərir.

Bundan başqa, Leyla Əliyeva təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində bir çox layihələrdə bilavasitə iştirak edir.

Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR Rusiyada ən fəal və nüfuzlu gənclər strukturuna çevrilib. Təşkilatın coğrafi məkanı daim genişlənir, onun himayəsi altında keçirilən tədbirlərin sayı artır. Leyla Əliyevanın rəhbərliyi altında AMOR Rusiya sakinlərini Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış etmək üçün fəal çalışır.

Eyni zamanda, AMOR üzvü olan gənc azərbaycanlılar öz köklərini unutmur və Vətənlə sıx bağlılığı hiss edirlər.

Leyla Əliyeva 2007-ci il dekabrın 19-da Moskvada “Baku” jurnalını təsis edib.

2008-ci il mayın 8-dən start götürmüş “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarıdır.

Artıq 13 ildən çoxdur ki, bu təşəbbüs çərçivəsində bütün dünyada – Avropadan Amerikayadək – yeni tarixin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin insanlara çatdırılmasına xidmət edən tədbirlər və aksiyalar keçirilir.

Kampaniya çərçivəsində Leyla Əliyevanın aktiv fəaliyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa edilməsinə böyük töhfə verib və işğalçıların əsl simasının üzə çıxmasına imkan yaradıb.

2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

2011-ci ilin noyabrında Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə “Key to life” fəxri mükafatına layiq görülüb.

12 sentyabr 2012-ci ildə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” medalı ilə təltif olunub.

IDEA-nın təsisçisi olan Leyla Əliyeva 5 aprel 2013-cü ildə “Ekoloji mühitin qorunmasına görə” xüsusi beynəlxalq şərəf mükafatı ilə də mükafatlandırılıb.

O, yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə yardım göstərir.

Bundan başqa, Leyla Əliyeva təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində bir çox layihələrdə bilavasitə iştirak edir.

Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR Rusiyada ən fəal və nüfuzlu gənclər strukturuna çevrilib. Təşkilatın coğrafi məkanı daim genişlənir, onun himayəsi altında keçirilən tədbirlərin sayı artır. Leyla Əliyevanın rəhbərliyi altında AMOR Rusiya sakinlərini Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış etmək üçün fəal çalışır.

Eyni zamanda, AMOR üzvü olan gənc azərbaycanlılar öz köklərini unutmur və Vətənlə sıx bağlılığı hiss edirlər.

Leyla Əliyeva 2007-ci il dekabrın 19-da Moskvada “Baku” jurnalını təsis edib.

2008-ci il mayın 8-dən start götürmüş “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarıdır.

Artıq 13 ildən çoxdur ki, bu təşəbbüs çərçivəsində bütün dünyada – Avropadan Amerikayadək – yeni tarixin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin insanlara çatdırılmasına xidmət edən tədbirlər və aksiyalar keçirilir.

Kampaniya çərçivəsində Leyla Əliyevanın aktiv fəaliyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa edilməsinə böyük töhfə verib və işğalçıların əsl simasının üzə çıxmasına imkan yaradıb.

2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

2011-ci ilin noyabrında Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə “Key to life” fəxri mükafatına layiq görülüb.

12 sentyabr 2012-ci ildə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” medalı ilə təltif olunub.

IDEA-nın təsisçisi olan Leyla Əliyeva 5 aprel 2013-cü ildə “Ekoloji mühitin qorunmasına görə” xüsusi beynəlxalq şərəf mükafatı ilə də mükafatlandırılıb.

Bundan başqa, Leyla Əliyeva 2013-cü il dekabrın 20-də III dərəcəli Müqəddəs Mələksima “Knyaginya Olqa” ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub.

2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri adına layiq görülüb.

20 oktyabr 2015-ci ildə “Puşkin” medalı ilə təltif olunub.

2016-cı il sentyabrın 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin “Xidmətlərə görə” medalına layiq görülüb.

Leyla Əliyeva həm də yaradıcı insandır. O, şeirlər yazır, rəsm çəkir. Bundan başqa, “Əli və Nino” filminin icraçı prodüseri olub, eləcə də, “Bakı, mən səni sevirəm” kinolayihəsinə rəhbərlik edib.

Məlumat üçün bildirək ki, Leyla Əliyeva iki oğul, bir qız anasıdır.

Koronavirus pandemiyası bitməmiş meymunçiçəyi virusu bütün dünyanı təhdid etməyə başlayıb. Artıq 40-dan çox ölkədə meymunçiçəyinə 4 500-ə yaxın yoluxma halı aşkar edilib. Xüsusilə də Avropa ölkələrində bu xəstəlik sürətlə yayılır.

Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmasa da, virus bir addımlığımıza çatıb. Belə ki, qonşu Türkiyə və Gürcüstanda infeksiyanın peyda olması Azərbaycanı da qabaqlayıcı tədbirlər görməyə vadar edir.

İlk addım olaraq, Azərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol hazırlayıb. Sənəddə xəstəlikdən qorunma yolları, müalicə qaydaları və digər məqamlar yer alıb. Eyni zamanda yaxın günlər ərzində ölkəmizə meymunçiçəyi virusunu müəyyən etmək üçün testlərin gətirilməsinə qərar verilib.

Təhlükənin bizə yaxınlaşdığını nəzərə alsaq, daha hansı qabaqlayıcı tədbirlərin görüləcəyi sual doğurur.

Bununla bağlı Modern.az-a danışan tibb üzrə elmlər doktoru, tanınmış həkim Adil Qeybulla bildirib ki, meymunçiçəyinə qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri əsas götürülməlidir.

“Xüsusilə xəstəliyin diaqnostikası istiqamətində unifikasiya olunmuş metodlardan istifadə olunmalıdır. Ya testlər, ya da başqa müayinə üsullarından mütləq istifadə olunmalıdır. Ümumiyyətlə, epidemioloji vəziyyətə uyğun olaraq, insanların yenidən vaksinasiyası üçün hazırlıqlar görülməlidir. Məlumdur ki, meymunçiçəyi virusu vaksinə qarşı həssaslıq göstərir”.

Həkim həmçinin vurğulayıb ki, hazırda həm qonşu ölkələrdə, həm də Azərbaycanda koronavirusa yoluxma halları artır. Bu isə ondan xəbər verir ki, epidemioloji vəziyyət hər an pisləşə bilər.

“Payıza doğru karantin qaydaları sərtləşdirilə bilər. Bu, birmənalı proqnoz olmasa da, hər halda ehtimal olunan situasiyadır. Ona görə də hesab edirəm ki, bizdə xəstəlik yoxdur deyə arxayın otura bilmərik”, – A.Qeybulla bildirib.

Onun fikrincə, xəstəliklə mübarizə tədbirləri çərçivəsində müəyyən təbliğat işləri görülməlidir:

“Əhalinin maarifləndirilməsi işi sürətlə aparılmalıdır. İkincisi, meymunçiçəyi virusunun kontakt vasitəsilə keçdiyini nəzərə alıb, təmasların məhdudlaşdırılması həyata keçirilməlidir. Hər halda virusun profilaktikası, yoluxmanın önlənməsi ilə bağlı ÜST-ün tövsiyələri əsasında təbliğat işi qurulmalıdır. Biz bunu KİV-lərdə görmürük. İlk növbədə elə etmək lazımdır ki, əhali məlumatlı və ehtiyatlı olsun”.

Qeyd edək ki, son günlər Azərbaycanda koronavirusa yoluxma sayında nisbətən artım müşahidə edilir. Səhiyyə naziri Teymur Musayev ötən gün jurnalistlərə açıqlamasında yoluxma sayının artmasına aydınlıq gətirib.

“Yay mövsümü olduğundan insanlar daha çox kütləvi tədbirlərə üz tuturlar. Bu səbəbdən koronavirusa yoluxma saylarında nisbətən artım qeydə alınır”, – nazir deyib.

T.Musayev onu da qeyd edib ki, ümumilikdə ölkədə epidemioloji vəziyyət sabitdir:

“Ağırlaşmalar, demək olar ki, yoxdur. Hospitalizasiya olunanların sayı çox azdır. Hesab edirik ki, epidemioloji vəziyyət tam nəzarətdədir. Təbii ki, hər hansı bir sıçrayış olsa, uyğun şəkildə müvafiq addımlar atılacaq”.

“Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı” təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarın qəbul edilməsi hesabına yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradılmış olub.

Bu hüquqi bazanın yaranması ölkədə yem məhsulları bazarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Belə ki, 72 növdə yem və yem əlavələrinin istehsalı və satışı ilə məşğul olan biznes subyektlərinə münasibətdə vergi inzibatçılığı asanlaşdırılmış olub.

Bununla da çoxsaylı bazar subyektləri 72 növdə məhsulun (yem və yem əlavələrinin) istehsalı və satışı üzrə tətbiq olunan vergi güzəştlərindən bəhrələnmiş olur.

Xatırladaq ki, həmçinin 2022-ci ilin may ayından yem və yem əlavələrinin idxalına görə də rüsum tətbiq edilmir.

Bütün bunlar heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir.

Məlumat üçün bildirək ki, yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70%-ə yaxın, mal əti və süd istehsalı üzrə isə 70%-dən çox təşkil edir.

Beləliklə:

– Yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradılır;

– Bu sahədə vergi inzibatçılığı asanlaşdırılır;

– Siyahıya daxil edilmiş yem və yem əlavələrinin satışı ƏDV-dən azad olunur;

– Yem və yem əlavələrinin idxalına görə rüsum tətbiq edilmir.

Qərar iyulun 1-dən qüvvəyə minir və 2024-cü il yanvarın 1-dək qüvvədədir.

Siyahı ilə buradan tanış ola bilərsiniz.

Xəbər verdiyimiz kimi, cənubi azərbaycanlı müğənni Afşin Azərinin ARB-nin efirində aparıcı Zaur Kamalla mübahisə edib.

Bu gün Afşin Azəri “Tarixin bir günü” verilişinə qatılıb və aralarında olan mübahisə ilə bağlı danışıb.

O, Zaur Kamalı yalan danışmaqda ittiham edib.

“İnsan iki dəqiqənin içində necə iyirmi dənə yalan danışdı. Dedi ki, guya söyləmişəm ki, iranlı müğənniləri efirə niyə çağırmısan. Mən heç vaxt o sözü deməmişəm. Mənə deyir ki, çıx efirdə onlardan danış. Axı mən niyə danışım? Sonra deyir ki, mən yeganə adamam İrandan gələn bütün müğənnilərə qucaq açmışam. Mən 2 nəfər dostumdan bilirəm, bu, hamıya pulla qucaq açıb”.

“Zaur Kamalın hərəkəti həm hüquqi, həm də etik baxımdan məsuliyyət yaradır. Ona görə ki, tərbiyəsiz yanaşma sərgiləyib və hüquq pozuntusudur”.

Bunu Bakupost.az -a açıqlamasında hüquqşünas Ələsgər Məmmədli aparıcı Zaur Kamalın Afşin Azəri adlı müğənni efirdən uzalaşdırması ilə bağlı danışarkən deyib.

Hüquqşünas bildirib ki, hüquq bu davranışları yolverilməz hesab edir:

“Audivizual Şura rəsmisi bildirib ki, bu, tərbiyə məsələsidir, hüquq məsələsi deyil. Amma yəqin ki, Audiovizual Şuranın təzə qanunu oxumağa hələ vaxtı olmayıb. Çünki yeni Media Haqqında Qanunun 14.1.7-ci maddəsi birbaşa tələb qoyub ki, şərəf və ləyaqətin alçaldılmasına, işguzar nüfuzun ləkələnməsinə jurnalist yol verə bilməz. Birmənalı olaraq açıq şəkildə şəxsin həmin verilişdə nüfuzu zədələnir, onun şəxsiyyətini aşağılayan bir davranış sərgilənir. Bu da konkret olaraq Media Haqqında Qanunun 14.1.7-ci maddəsi baxımından yolverilməyən hərəkətdir. Audiovizual Şura əgər bu qanunu özü də oxuyub qəbul etsəydi, böyük ehtimalla bununla bağlı yanlış fikir bildirməzdi”.

Ə.Məmmədli bu məsələdə jurnalistikanın etik prinsiplərinin pozulması faktının olduğunu diqqətə çatdırıb:

“İkinci önəmli məqam, bunun etik tərəfidir. Burada da ciddi şəkildə jurnalistikanın etik prinsiplərinin pozulması var. Azərbaycan Mətbuat Şurasının qəbul etdiyi jurnalistin peşə, əxlaq, davranış qaydalarının 3.1-ci maddəsi deyir ki, jurnalistlər hər hansı bir formada cinsinə, iqinə, peşəsinə, millətinə, dininə, ya da yaşadığı, anadan olduğu yerə görə kimisə nə pisləməli, nə də bu hissəni qabartmalıdır. Halbuki onun cənubdan olan kimi qabardılaraq təqdim olunması etik davranış deyil. Açıq şəkildə diskriminativ yanaşmadır”.

Hüquqşünas əlavə edib ki, həmin müğənni məhkəmə qaydasında aparıcıya yönəlik tədbir görə bilər:

“Üçüncü önəmli məqam, jurnalistin peşə, əxlaq, davranış qaydalarının 3.2-ci maddəsidir, orada qeyd olunur ki, jurnalist hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsiyyət toxunulmazlığı prinsiplərinə hörmətlə yanaşmalıdır. Burada hər ikisi pozulub. Ona görə də müğənni məhkəmə qaydasında Zaur Kamala yönəlik tədbir görə bilər. Amma etik baxımdan bu, yolverilməz, jurnalist prinspiplərinə ziddir. Bununla bağlı Mətbuat Şurası, Audiovizual Şura da öz mövqeyini bildirməlidir. Audiovizual Şura həm də bununla bağlı öhdəlik daşıyır ki, bu standartlarda olmayan yayımla bağlı tədbir görsün. Ona görə həmin verilişin müvəqqəti dayandırılması, yaxud buna görə kanalın cəzalandırılması məsələsinə də baxılmalıdır. Çünki hüquq bunu tələb edir. Hüququ tətbiq etməkdən qorxanlar sakit qalırsa, bu başqa məsələdir. Hüquq bu davranışları yolverilməz sayır”.

Qeyd edək ki, məsələ ilə bağlı açıqlama verən Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov burada qanun pozuntusu faktının olmadığını deyib.

Fərid

Baku Post

Azərbaycan əsgəri xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində ölüb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, iyunun 29-da Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçu, əsgər Məmmədli Fazil Məzahir oğlu xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla hazırda Hərbi Prokurorluqda istintaq aparılır.

Rusiyalı teleaparıcı Vladimir Solovyov “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” siyasi tok-şousunda Azərbaycandan üzr istəyib.

“Digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət Rusiyanın xarici siyasətinin başlıca prioritetlərindəndir. Şəxsən mən bu prioritetlə tam razıyam. Dünən mənim səhər efirimdə elə bir hadisə baş verdi ki, bu, Bakıda qəbuledilməz kimi qiymətləndirildi. Mən öz adımdan Azərbaycandan üzr istəyirəm, ona görə ki, bu, mənim şəxsi siyasi səhvimin nəticəsi idi. Çətin vaxtlarda səhvlər baş verir”, – tanınmış rusiyalı jurnalist deyib.

Qeyd edək ki, iyunun 28-də Vladimir Solovyov Rusiyanın dövlət radiosu “Vesti FM”də apardığı “Polnıy kontakt” verilişində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazisindəki separatçı rejimin nümayəndəsi David Babayanı “Artsaxın xarici işlər naziri” kimi qonaq qismində təqdim edərək Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirib.

TikTok hesabında mərhum qanuni oğru Rövşən Lənkəranskini təhqir etdiyinə görə bir nəfər üzr istəməyə məcbur edilib.

“Qafqazinfo” xəbər verir ki, yayılan videonu çəkən şəxs M.F. adlı şəxsi dediyi sözləri təkrarlamağa məcbur edir və bildirir ki, Lənkəranski ilə bağlı söylədiklərinə görə üzr istəsin. O, M.F.-ya ən ağır təhqirlərlə üzr istədir. O, həmin şəxsin təzyiqi ilə tutduğu əməldən peşman olduğunu və üzr istədiyini deyir, bir daha bu cür hallara yol verməyəcəyini söyləyir.

M.F.-nın üzr videosu da TikTokda yayılıb.

Qeyd edək ki, daha əvvəl bənzər videolara görə üzr istəməyə məcbur edən şəxslər barəsində cinayət işi başladılıb.

Prezident İlham Əliyev “Sosial müavinətlər haqqında” qanununda dəyişiklik edilməsi qanunu imzalayıb.

Sənədə əsasən, ölkədə şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin olunacaq.

Qanunun 7-ci maddəsində dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət (7.0.5.1-ci maddə istisna olmaqla), müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyinatı şərti kimi şəxsin əmək pensiyası hüququnun olmaması göstərilir.

Ailə başçısının kifayət qədər sosial sığorta stajının olması səbəbindən ailə üzvünün ailə başçısını itirməyə görə pensiya hüququ yarandığı halda həmin müavinətin ödənişi dayandırılır. Lakin sözügedən əmək pensiyasının ailə üzvünə düşən hissəsi ona təyin edilmiş, yaxud təyin ediləcək sosial müavinətin məbləğindən aşağı olduğu təqdirdə, onun maddi təminatının aşağı düşməsi ilə nəticələnir. Həmçinin əmək pensiyası təyinatının məqsədinin şəxsin, yaxud ailənin itirilmiş gəlirlərinin kompensasiyası olduğunu nəzərə alaraq, bu halda nəinki ailənin itirilmiş gəlirləri kompensasiya olunmur, əksinə azalır.

Yeni dəyişikliklə şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin olunacaq.

Son zamanlar ərzaq məhsullarının bahalaşması müğənnilərin də nəzərindən qaçmayıb. Gündəmdən düşməyən gilas qiymətinin artımı müğənnilər arasında da müzakirələrə səbəb olub.

Bu barədə Oxu.Az-a açıqlama verən müğənni Əli Mirəliyev bildirib ki, söhbət sadəcə gilasdan getmir. Ümumiyyətlə hər şeyin – yağın, pendirin, kartof-soğanın qiyməti qalxıb. Biz əvvəllər onları bir neçə qəpiyə alırdıq:

“Belə qiymətləri heç vaxt görməmişəm, od tutub yanır. Bu bahalaşmanın səbəbkarları oliqarxlardır. Qiymətlər bu minvalla artsa, narazılıq, dava-dalaş olacaq, axırda dükanlara hücum çəkib, sındırıb dağıdacaqlar. Ərzaqları yığıb, aparacaqlar. Oliqarxları həbs etmək lazımdır ki, ərzaqları o qiymətə gətirməsinlər”.

Müğənni bu fikirdədir ki, qiymətlərinin yüksək olması son nəticədə boşanmalara da təsir edir:

“Birinin maaşı 800, 900, 1000 manatdır. Bəs o biri? O axı pensiyaçıdır. Digəri də cavandır, işi yox, gücü yox. Yemək istəyir, yaşamaq istəyir. Yaxşı, bəs necə olsun? İş verin də buna. İş yerləri olmalıdır ki, cavan uşaqlar küçələrdən yığışsın, işləsinlər. Bütün gün bu cavanlar ya pul oğurlayır, ya kimdənsə borc götürürlər, o bunu aldadır, bu onu aldadır. Axı biz yaxşı millətik. Niyə bu günə qoydunuz? Hamısı evlənir, iki aydan sonra ayrılır. Belə şey olar? Buna son qoymaq lazımdır”.

“Milli Məclisin deputatlarının maaşlarını qaldırırlar. Xeyir ola? Söz verdilər ki, pensiyaçıların təqaüdlərini artıracaqlar. Cəmi doqquz manat artım olub. Utanmadınız? Ayıb olmadı sizin üçün? Belə olmur. Biz bu millət deyilik axı, biz görün kimlərin övladlarıyıq, kimlərin nəslindənik. Axı biz bunları niyə unuduruq? Biz oluruq heç kim. Bəsdir, özünüzü yığışdırın! Yığışdırmasanız, Allah yığışdıracaq”, – deyə Əli Mirəliyəv üsyan edib.

“İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb”.

“Report”un xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edərkən deyib.

“Hazırda Azərbaycan müasir tarixin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini həyata keçirir. Yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır. Kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb.

Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir”, – Prezident vurğulayıb.

“Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir”.

“Report”un xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edərkən deyib.

“Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahid olmuş və dağıntıların tam miqyasını sənədləşdirmişlər. Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib. İnanırıq ki, sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər”, – Prezident vurğulayıb.