Paşinyan İrana işgüzar səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan İran İslam Respublikasına işgüzar səfər edəcək.

Bu barədə erməni KİV məlumat yayıb.

Məlumata əsasən, avqustun 5-də baş tutacaq səfər çərçivəsində Paşinyan İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi ilə görüşəcək və onun andiçmə mərasiminə qatılacaq.

Qeyd edək ki, avqustun 3-də İmam Xomeyni məscidində İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin iştirakı ilə Rəisinin mandatının təsdiqlənməsi mərasimi keçirilib. Bununla da o, səlahiyyətlərinin icrasına başlayıb. Avqustun 5-də isə Rəisi prezident kimi üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyi barədə and içəcək.

Bizimlə əlaqə saxlayın

Mənbə:
0
392
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar