Səyyad Əlizadə ECMO cihazına qoşulub - YENİLƏNİB

Ötən gecə Mərkəzi Gömrük Hospitalına köçürülən tanınmış müğənni Səyyad Əlizadənin ağ ciyərində 70% buzlu şüşə aşkarlanıb və o, ECMO cihazına qoşulub.

 

Qeyd edək ki, ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran müalicə üsuludur.

 

***

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük Hospitalına köçürülüb.

 

Aztibb.az xəbər verir ki, bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib.

 

Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır.

 

 
 
    Mənbə:
    0
    394
    0
    0 şərh

    Ən çox oxunanlar

    • Bugün
    • Həftə
    • Ay

    Son şərhlər

    Trenddə olanlar