“Səs Azərbaycan”ın yeni münsifləri onlar olacaq

İctimai Televiziyanın efirində yayımlanacaq məşhur “Səs Azərbaycan” (The Voice) müsabiqəsinin münsiflər heyətində dəyişiklik olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yarışmanın uşaqlar versiyasının jüri kürsüsündə əyləşən Xalq artisti Zülfiyyə Xanbabayeva və müğənni Çingiz Mustafayev öz istəkləri ilə layihədən uzaqlaşıblar.

Yeni sezon üçün münsif axtarışında olan təşkilatçılar əvvəlcə Xalq artisti Röya Ayxana təklif irəli sürsələr də, tərəflər qonorar məsələsində razılığa gələ bilməyiblər.

Daha sonra keçmiş münsiflərdən Murad Arif saxlanılmaqla üç tanınmış sima müsabiqəyə cəlb edilib. Beləliklə, “Səs Azərbaycan”ın yeni münsifləri Xalq artisti Brilliant Dadaşova, layihənin AzTV-də yayımlanan versiyasının jürisi olmuş Xalq artisti Tünzalə Ağayeva, “Avroviziya- 2011” qalibi Eldar Qasımov olacaq.

Elvin Elxan

0
10
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar