• Şikayət et

Şəhid adına olan məktəbdə "İnsan hüquqları günü" qeyd olunub

"Hər bir insan onun mənsub olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir".

10-dekabr 1950-ci ildən etibarən İnsan hüquqları günü kimi qeyd olunur. Bu münasibətilə Bakı şəhəri şəhid Əliheydər Kazımov adına 228 saylı tam orta məktəbdə bir çox nümunəvi dərslər təşkil olunub. Məktəbin illik fəaliyyət planına uyğun olaraq 10.12.2021-ci il tarixində məktəbin biologiya müəllimi Elnarə Məhərrəmova nümunəvi açıq dərs təşkil edib. Dərsdə şagirdlər insan hüquqları haqqında bəhs edib. Şagirdlər “İnsan hüquqları” mövzusunda hazırladıqları təqdimatları, divar qəzeti və şəkilləri təqdim ediblər. "Açıq dərs" məktəbin UBTR Xalidə İbrahimova tərəfindən izlənilmişdir.

 

Mənbə:
0
3078
1
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar