"Səbail" Qəbələ səfərində - Yenilənir

Bu gün Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, turun ilk günündə 2 matç baş tutacaq. İlk oyun Qəbələdə keçiriləcək. Ən azı iki günlük lider olmaq imkanına malik komandalar zirvə mübarizəsində üz-üzə gələcək. Məğlubiyyətsiz irəliləyən “Qəbələ” “Səbail”i sınağa çəkəcək.

Günün ikinci matçı Zirədə baş tutacaq. Qəsəbənin eyniadlı təmsilçisi xala və qola həsrət autsayderlə – “Sabah”la görüşəcək.

Qeyd edək ki, sabah “Neftçi” “Keşlə”ni, ertəsi gün “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək.

Premyer Liqa IV tur

18 sentyabr (şənbə)

17:00. “Qəbələ” – “Səbail”

Baş hakim: Rauf Allahverdiyev

"Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 17. Yaovi Akakpo, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato

Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 10. Omar Hani, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov

Baş məşqçi: Elmar Baxşıyev

“Səbail”: 25. Elxan Əhmədov, 3. Turan Manafov, 5. Adil Nağıyev, 11. Rauf Əliyev (k), 22. Əfran İsmayılov, 6. Cabir Əmirli, 19. Ruslan Hacıyev, 33. Domantas Şimkus, 34. Yurqen Qoxa, 32. Nikolas Raysel, 77. Ədilxan Qarəhmədov

Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 31. Nail Alışov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 30. Camal Araqo, 2. Elton Əlibəyli, 88. Elmir Tağıyev, 20. Orxan Fərəcov, 38. Zeynəddin Abdurahmanov

Baş məşqçi: Aftandil Hacıyev Qəbələ şəhər stadionu

19:15. “Zirə” – “Sabah”

Baş hakim: Ömər Paşayev Zirə İdman Kompleksinin stadionu

Mənbə:
0
111
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar