Şanxay Əməkdaşlıq Təşkilatı Əfqanıstandakı vəziyyətə münasibət bildirib

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlər təşkilatın 20-ci ildönümü ilə bağlı Düşənbə Bəyannaməsini qəbul edib.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, sənəddə Əfqanıstandakı vəziyyətdən də bəhs edilib.

Bildirilib ki, Əfqanıstanda vəziyyətin tezliklə tənzimlənməsi ŞƏT məkanında təhlükəsizlik və sabitliyin qorunması, güclənməsi üçün vacib amillərdən biridir: "Təşkilat Əfqanıstanda qurulacaq yeni hökumətdə bütün etnik, dini və siyasi qrupların nümayəndələrinin iştirakını vacib sayır”.

Təşkilatın sənədində qadınların siyasət, iqtisadiyyat, sosial və başqa sahələrdə geniş şəkildə iştirakının təmin olunmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, ŞƏT 2001-ci il iyunun 15-də təsis edilib. Hindistan, Qazaxıstan, Qırğız Respublikası, Çin, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan və İran təşkilatın üzvləridir. Xatırladaq ki, İran Düşənbə toplantısında üzv qəbul olunub. Əfqanıstan, Belarus, Monqolustan isə təşkilatda müşahidəçi statusa malikdir. Rus və çincə ŞƏT-in rəsmi dilləridir.

7NEWS.Az
Mənbə:
0
92
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar