Samsung The Frame - sənət əsərinə qiymət verənlər üçün yaradılmış televizor

The Frame - yeni emosiyalar axtarışında olanlar üçün yaradılıb. Belə ki, Samsung-un təqdim etdiyi heyrətamiz televizor ilə incəsənət əsərləri və incilərindən zövq almaq üçün sərgilərə və ya qalereyalara getmək məcburiyyətində qalmayacaqsınız. Hər gün adi televizor ekranında sizlərə məşhur ustaların ən yaxşı əsərləri nümayiş olunacaq.

Samsung The Frame, kənarları qiymətli ağac növlərini xatırladan çərçivə ilə haşiyənmiş 4K formatlı televizorları özündə birləşdrirən bir neçə məhsul ilə təmsil edilmişdir. Qeyd etmək lazımdır ki, çərçivələr istəyinizdən asılı olaraq dəyişdirilə bilir, sözügedən bu proses isə maqnitli konstruksiya sayəsində çox asandır. Lakin, The Frame televizorunun sənət əsəri qismində təqdim olunmasının əsas səbəbi “Şəkil” rejimidir. Cihazdan istifadə etmədiyiniz zaman bu seçim rəqəmsal reproduksiyalardan ibarət rəsm qalereyasını nümayiş etdirməyə imkan yaradır. Burada seçiminizdən asılı olaraq, mənzərələr, rəsmlər, memarlıq inciləri və bir çox digər janrda olan əsərlər nümayiş etdirilə bilər. İndi hər gün evinizdə fərdi sənət əsərləri sərgisi keçiriləcəkdir. Belə ki, ecazkar televizor istənilən məkanı ahəngdar şəkildə tamamlamaqla yanaşı, qiymətli sənət əsəri rolunu da oynayır.

The Frame sayəsində hər gün məşhur rəsmlərin mükəmməlliyindən və görkəmli ustalara məxsus nadir fotoşəkillərin əzəmətindən zövq ala biləcəksiniz. Samsung The Frame TV ilə istifadəçilərə evlərindən çıxmadan məşhur sənət əsərlərindən zövq almaq imkanı təqdim etmək üçün yeni texnologiyalardan istifadə edir. Bu konsepsiya çərçivəsində Samsung, keçən il, İngiltərədə The Frame sahibləri üçün itirilmiş sənət incilərinin rəqəmsal reproduksiyasını özündə əks etdirən və “İtirilmiş şah əsərləri” adlanan virtual sərgi təşkil etmişdir. Sözü gedən sərgidə, muzey və şəxsi kolleksiyalarda tapa bilməyəcəyiniz və müəmmalı şəkildə itirmiş sənət əsərləri ilə tanış ola bilərsiniz. İlk dəfə idi ki, qeyd edilən əsərlər bir yerdə toplanaraq, izləyicilərin diqqətinə təqdim edilmişdir.

“Çərçivə” formalı unikal dizaynı ilə istənilən interyerə asanlıqla uyğunlaşan televizor, Art Store multimediya qalereyası sayəsində həm də incəsənət dünyasına açılan bir pəncərədir. QLED texnologiyası sayəsində isə sənət əsərləri televizor ekranında canlı görünərək, yüksək icazəli 4K formatında nümayiş olunur. The Frame-in yüksək dinamik diapazonu sayəsində ekranda ifadə olunan təsvirlər aydın və detallı şəkildə ötürülür. Belə ki, istənilən işıqlandırma şəraitində hər detalı canlı və parlaq seyr etmək mümkündür.

Samsung The Frame, özündə həm interyerin bir hissəsini , həm də televizoru birləşdirən maraqlı bir konsepsiyaya sahibdir. Görünməz quraşdırma, divara bərkidilməsi üçün xüsusi konstruksiya, ekrana rəsm görünüşü verən dəyişdirilə bilən çərçivələr, rəsm əsərlərinin nümayişi üçün xüsusi rejim - bütün bunlar özündə cəlb edərək, maraq oyadır. Bəli, The Frame-in əzəməti məhz bu kimi xırda detallarda özünü büruzə verir. Belə ki, televizorun arxa panelinin üzərində onu divara demək olar ki aralıqsız bərkitməyə imkan yaradan xüsusi kronşteyn nəzərdə tutulub. Həmçinin,

No Gap Wall-Mount bərkitməsi ekranın istiqamətini dəyişmək imkanı da yaradır. Korpusun alt hissəsində isə, bərkitməyə ehtiyacı olmayan dayaqlar üçün xüsusi dəliklər nəzərdə tutulub ki, “ayaqlar” buraya sadəcə taxılaraq istifadə edilə bilir.

Sözü gedən televizor, digər flaqman QLED modelləri kimi, özündə HDMI, USB və s. qoşulma kabellərini birləşdirən One Connect modulu ilə təchiz olunmuşdur ki, bu da öz növbəsində televizora dolaşıq kabellərin qoşulması məcburiyyətini aradan qaldırır. Bu, TV-yə səliqəli və estetik bir görünüş bəxş edən unikal həldir. Belə ki, xarici cihazların televizora bütün qoşulmaları yalnız nazik və demək olar ki, görünməyən, tək bir kabellə təmin olunur.

Samsung The Frame televizorları haqqında ətraflı məlumatı Baku Electronics, Irşad Electronics, Kontakt Home, Maxi.Az, Soliton, Optimal və World-Telecom mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

 

0
1685
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar