Rusların nəşrində erməni ekspertlər etiraf edir ki... -

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zahid müəllim, 30 il müddətində Azərbaycan haqqında əvvəldən sona qədər formalaşmış fikir axınını, dövlətlərin, mərkəzlərin mövqe ardıcıllığını hansı rakurslardan şərh etmək olar?

- Əgər biz son 30 il ərzində regionun həyatı, tarixi, onun reallıqları, xalqların həyata baxışı, siyasi mübarizələri, əzmi imkanları, resursları konteksində dəyərləndirmələrə baxsaq, müxtəlif beyin mərkəzləri, siyasi institutlar, aparıcı ekpertlər çoxlu əsərlərini ortaya qoyublar. Bizə onların böyük bir hissəsi bəllidir. Əksər dünya miqyaslı siyasətçilərin dilindən Qafqaz regionu haqqında mövqelər uzun illər ərzində dövriyyədə olub. Lakin bununla bərabər təəssüflər olsun ki, ilk dövrdə Azərbaycan ətrafında yaradılmış informasiya blokadası, bir-birinin ardınca “New York Times”dan, “Washington Post”dan, hətta məhəlli miqyaslı qəzetlər, dərgilər yaxud da kitablara qədər onun böyük əksəriyyətində xalqımız, bizim bölgədəki maraqlarımız, istəklərimiz, əsl kimliyimiz haqqında yanlış, əksər hallarda isə böhtana və ittihamalara keçən rəylərin şahidi olmuşuq. Ulu öndər Heydər Əliyevin dövründə bu mövqelər kəskin şəkildə dəyişdi. Əlbəttə ki, informasiya hər zaman silahdan daha təsirli olub. Ondan düzgün bir formada yararlanan tərəf, dövlət, dairə, mərkəz həmişə udub. Belə olan təqdirdə ölkənin iqtisadi, sosial, hərbi həyatının quruculuğu paralel şəkildə informasiya məkanından da xeyrimizə olan mövqelərin formalaşmasını tələb edib. Bu illər ərzində biz ona nail olduq.

- Bu yaxınlarda Rusiya Strategiyaların və Texnologiyaların Analizi Mərkəzi İkinci Qarabağ müharibəsindən bəhs edən “Qafqazda fırtına” adlı nəşri yayımlanıb. Kitabda Azərbaycanın yaratdığı reallıqlara olan yanaşmaları necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, Rusiya Strategiyaların və Texnologiyaların Analizi Mərkəzi İkinci Qarabağ müharibəsindən bəhs edən “Qafqazda fırtına” adlı nəşri Azərbaycanın son illər ərzində keçdiyi yolu düzgün dəyərləndirən peşəkar ekspertlərin gələcək yeni kitablarına vəsilə ola biləcək bir əsər ortaya qoyublar. Şübhəsiz ki, mərkəzin təhlükəsizlik və hərbi imkanları, resursları, gücü, potensialı və xüsusilə də müharibə amilinin orada geniş şəkildə təhlil edilməsi öz-özlüyündə sübut edir ki, bu, dünya akademik ictimai-siyasi fikrinə gələcək dövrdə daha da çox çıxacaq. Bu, həqiqətən də yeni qələm məhsulları, düşüncə mərkəzləri üçün aparıcı mövqelərdə yer alacaq. Qarabağ məsələsi təkcə Qafqazların deyil, dünyanın diqqət mərkəzinə çıxdı. Hadisələr üzərindən millətimizin azadlıq, müstəqillik, bütövlük mübarizəmizi ortaya qoya bildik. İndi Qarabağ hadisələri ətrafında Azərbaycanın lideri Prezident İlham Əliyevin son 17 ildəki siyasətinin əsas parametrləri təhlil edilir və onlara düzgün qiymət verilir. Bu, çox yaxşı hadisədir. Çünki onların hər biri resursumuz, gücümüz, imkanlarımızdır. Sistemləşmiş hansısa xarakterli hücumlara qarşı ölkəmizin imkanları, baxışı, bölgədəki əsas statusu ilə bağlı rəylərə nə qədər resurslar xərclənməli olunur. Halbuki dövlətimizin müharibəyə və bu silahlı savaşda qalibiyyətə qadir olmayacağını iddia edən ən müxtəlif dairələr var idi. Zaman sübut etdi ki, 44 gün bizim üçün həm də beynəlxalq siyasi kimliklərin, xarici siyasət reallıqlarını dərk etmək üçün də böyük meydan oldu. Belə olan təqdirdə Azərbaycanın qalibiyyəti həm tarixə, keçmişə yeni nəzərlərlə baxmaq imkanı yaratdı. Eləcə də bundan sonrakı paradiqmaları izləmək çox əhəmiyyətli bir hadisəyə çevrildi. Bu baxımdan “Qafqazda fırtına” nəşrinin müxtəlif bölmələrində Azərbaycanın müasir hərbi texnologiyalarının dünyanın ən güclü aparıcı ölkələrinin təhlükəsizlik sistemlərində kəskin kardinal dəyişikliyə nail olması mütərəqqi bir hadisə hesab olunur.

- Azərbaycanın qalibiyyətindən bəhs edən kənar bir nəşrin digər xarici mərkəzlərin də ölkəmiz haqqında reallıqlara olan münasibətlərin formalaşmasına təsiri nə dərəcədə mümkün görünür?

- Adətən biz keçmişdə yalnız məğlubiyyətimiz ətrafında hadisələrin hansısa formada dilə gəldiyindən danışırdıq. İndi isə tam əksinə, bütövlükdə “Qafzazda fırtına” kitabını oxumuşam. 130 səhifəyə qədər olar bir nəşrdə onun hər bir bölməsi qiymətli hesab olunur. Hətta erməni müəllifləri Derluqiyan və digərlərinin imzası ilə çıxan məqalələrdə Azərbaycanın xüsusilə də son 10 ildə hərbi sistemə verdiyi önəm nəticəsində əldə olunmuş kəskin dəyişikliklər Azərbaycanın Ermənistandan güclü olması geniş əksini tapıb. Orada 44 gün ərzində əməliyyatlar zamanı tətbiq olunmuş silahlar və Ermənistanla müqayisəli təhlillər verilib. Müharibənin 1 və 2-ci günləri ərzində Azərbaycanın vurduğu ildırım sürətli müharibə modelinə uyğun zərbələrdən özünə gələ bilməyən Ermənistan ordusunun sonrakı məğlubiyyətlərinin hansı amillərə dayanması təhlil edilib. Eyni zamanda qeyd etmək lazımdır ki, oradakı hər bir fikir gerçək mənbələrə, hazırda Ermənistan və Azərbaycan siyasətində və yaxud dünya siyasətində yer alan canlı insanlara istinad edilərək verilib. Bunların hamısı sənədli bir xarakter daşıyır və bu, onu ikiqat qiymətli edir. Belə olan təqdirdə Azərbaycanın Qafqazda sülh, ədalət, çiçəklənmə, rifah, xalqlar arasında normal ünsiyyətlər üçün apardığı mübaribə hələ çox akademik çevrələrin, elmi dairlərin, universitetlərin əsas hədəfində olacaq. Onlar bunu araşdıracaqlar və qiymət verəcəklər. Bütün bunların hamısı bizim üçün elmi dairələrdə müzakirəyə səbəb olmalı olan hadisələrdir. Biz bunları qiymətləndirməli, bu istiqamətdə işlər görməliyik.

- Əsas hədəfi daha çox məlumatlandırmaq prizmasında görürsünüz?..

- Çalışmalıyıq ki, ölkəmizin həyatı haqqında bu dəyişiklikləri daha çox qiymətləndirsinlər. Həm də 44 günün sonunda əldə olunan zəfər yalnız Azərbaycan xalqının, dövlətinin, dünya azərbaycanlılarına məxsus deyil. Eyni zamanda qardaş türk xalqının, bütün türk dünyasının regionda ədaləti və sülhü istəyən dövlətlərin, o cümlədən Avropa və Asiya məkanında Azərbaycanın haqq səsinə dəstək olan mərkəzlərin, yaxud hökumətlərin, hakimiyyətlərin, dünya insanlarının qələbəsidir. Bunu tarixi yaddaşda özünün düzgün və ədalətli yerini tapması üçün bundan sonrakı dövrdə də çalışmalıyıq. Diplomatik korpus təmsilçiləri, qələm adamlarımız, xaricdə təhsil alan tələbələrimiz, yaxud orada yaşayan insanlarımız çalışmalıdırlar ki, belə dərgilər, elmi məqalələr daha çox olsun. Bu kitablar mühüm yerlərdə özünə ünvan qazansın. O kitabxanalarda bundan sonrakı dövrdə bizim siyasətimizin əsas xətti, mərkəzi oradan keçsin. Çünki kitabxanalarda qalib gəlmək, özünə yer tapmaq, oxu dünyasına təsir göstərmək çox önəmli bir məsələdir. Yəni kapital yalnız neft-qaz sərvətləri və yaxud büdcə resursları, maddi və digər xarakterli sərvətlər deyil. İndi intellektual beyin məhsulları dünyada çox bahalıdır. Belə olan təqdirdə xarici müəlliflər hesabına, xüsusi ilə də bölgəni yeni mənada dərk edən, tanıyan Azərbaycana realistcə qiymət verən və bizim qələbəmizi tanıyan, onu düzgün təhlil edən, xarici məkanlarda, prizmalarda dəqiq sezən, hiss edən qüvvələrlə bundan sonrakı dövrdə işlərimizi daha da genişləndirməliyik. Bu, mənim təmsil etdiyim Sosial Tədqiqatlar Mərkəzi daxil olmaqla yeni-yeni yaradılan, formalaşan bütün mərkəzlər üçün ən önəmli bir işdir. Bu eyni zamanda universitetlərimiz üçün önəmlidir. Biz əslində Qafqazda sabitlik və əmin-amanlıq müharibəsinin kitabından asılı olmayaraq bunu belə tərcümə edə bilərik. Bundan sonrakı qələbəmizin nəticəsi olaraq bölgəyə həqiqi sülhün gəlməsi üçün yolumuzu davam etdirməliyik.

Mənbə:
0
66
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar