Ruslar "Gorus-Qafan”a alternativ yol çəkəcək

“Qraparak” qəzeti öz mənbələrinə istinadən Moskvada Azərbaycan və Ermənistan nümayəndələrinin bir müddətdir sülh sazişi ətrafında danışıqlar apardıqlarını bildirib. Nəşrin yazdığına görə, regionda kommunikasiyaların açılması müstəvisində də önəmli razılaşmalar əldə olunub. Femida.az xəbər verir ki, “Qraparak” qəzetinin yazdığına görə, tərəflər Rusiyanın və erməni sərhədçilərin nəzarətində olacaq nəqliyyat dəhlizinin yaradılması barədə razılığa gəliblər. İddia edilir ki, azərbaycanlılar sərhəd-buraxılış məntəqələrinin qurulacağı bu yoldan istifadə etmək üçün haqq ödəyəcəklər. Vəsaitin həcmi barədə hətta dəqiq rəqəmlər də səsləndirilir – ildə 150 milyon dollar.

Gorus-Qafan yolu ilə bağlı ümumi rəyə gəlinmədiyindən, tezliklə Rusiyanın maliyyə resursları hesabına alternativ Tatev-Qafan yolunun inşası barədə Moskva ilə razılıq əldə olunduğu da bildirilir. Bu yol İrandan gələn böyük yük maşınlarının keçməsini təmin edəcək.

Femida.az
Mənbə:
0
412
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar