Rusiyanın hərbi gəmiləri Bakı limanını TƏRK ETDİ 

Azərbaycanda qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri sentyabrın 20-də Bakı limanını tərk edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Qeyd edək ki, Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının hərbi gəmiləri Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçirilən “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün avqustun 17-də Bakıya gəlmişdi. 

Bizim.Media

Mənbə:
0
31
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar