"Real Madrid"in növbəti il üçün transfer hədəfləri açıqlandı

İspaniyanın "Real Madrid" klubunun 2021-ci il üçün əsas transfer hədəfləri bəlli olub.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, "kral klubu" növbəti yay 3 fransız futbolçunu heyətinə qatmaq niyyətindədir.

Bunlar Almaniya "Leyptsiq"inin müdafiəçisi Dayot Upamekano, Fransa "Renn"indən yarımmüdafiəçisi Eduardo Kamavinq və PSJ-nin hücumçusu Kilian Mbappedir.

Qeyd edək ki, "Real Madrid" 2020-ci ildə yüksək ödənişli oyunçuların transferindən imtina edib.

0
408
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar