"3 Qarabağ döyüşündə diplomatiyaya yer olmayacaq" – Ərdoğanın foto-mesajını necə "oxumalı"?

  44 günlük müharibədən cəmi 46 gün əvvəl – 11 sentyabr 2020-ci il tarixində Ərdoğan öz kabinetində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovu və Müdafiə naziri Zakir Həsənovu qəbul etmişdi. Görüşə Türkiyənin Xarici İşlər naziri və iki qardaş ölkənin Ordu rəhbərləri də qatılmışdı. Ardını özünüz bilirsiniz.
 
Üzərindən tam bir il 1 ay 3 gün keçəndən sonra yenə eyni kabinetdə Azərbaycan rəsmilərini qəbul edən Türkiyə lideri eyni duruş sərgiləyən şəkil çəkdirib, yayımlatdırıb. Bu dəfə isə onun yanında Ceyhun Bayramov və Mövlud Çavuşoğlu yoxdur. Kim var? - Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri. 
 
Sizcə, bu kiçik “düzəliş” nəyi ifadə edir? Özünüzü çox yormayın, icazənizlə, mən deyim. Bu fotodan anlaşılan mesaj belədir: Budəfəki savaşda diplomatiyaya yer olmayacaq.
 
Niyə məhz 1 il 1 ay 3 gündən sonra? Onun da cavabı var: Görünən budur ki, ermənilərə və havadarlarına 1 il vaxt verilib. Möhlət müddəti bitdikdən sonra əlavə 33 gün də gözlənilib. 
 
Bu versiyanı Ermənistanın Baş naziri Nikol Paşinyanın əsas möhlət müddəti tamamlanandan sonra verdiyi bəzi açıqlamalar da təsdiqləyir. Xatırlayırsınızsa, Paşinyan avqustun 27-də Ermənistan Nazirlər Kabinetinin iclasında Türkiyədən “müsbət siqnallar” aldığını etiraf etmiş və bu mesajlara “müsbət cavab” verəcəyini açıqlamışdı. Əslində bu çıxışıyla erməni Baş nazir Türkiyədən ona müəyyən təlqinlərin olduğunu da dolayısıyla boynuna alır.
 
 Həmin çıxışdan sonra həqiqətən də bəzi xırda addımlar da atılır. Qondarma “DQR”-in “müstəqillik günü”nə son 30 ildə ilk dəfə İrəvandan heç bir dövlət rəsmisi qatılmır, Gorus-Qafan yolunun Azərbaycana məxsus olduğu birbaşa Paşinyan tərəfindən qeyd olunur və s. Addımların ardı kəsilincə isə, Azərbaycanla Türkiyə Laçın dəhlizinin ağzında xüsusi təyinatlıların birgə təlimlərini keçirir, bir neçə gündən sonra Gorus-Qafan yolunda gömrük postu yaradılır. Nəhayət, elə həmin ərəfədə Azərbaycan hərbi rəhbərliyi Ankaraya səfər edir və haqqında danışdığımız fotolardan sonuncusu ortaya çıxır. 
 
Kim bilir, bəlkə də qarşı tərəf özünü yenidən “qanmazlığa” qoyduğundan 2-ci fotonun çəkilməsinə ehtiyac duyulub.
Mənbə:
0
72
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar