• Şikayət et

Qərb Kremli çətin vəziyyətə saldı: sıra Rusiyadadır - gərginlik artır 

Kreml Ağ Edən təhlükəsizliklə bağlı gözlədiyi təklifə cavab aldı. Düzdür, Kreml düşünürdü ki, Ağ Ev bu təklifə yazılı formada rəsmi cavab verməyəcək, amma gözlənildiyinin əksi baş verdi və çıxılmaz vəziyyətə düşdü.  Ağ Ev açıq bəyan edib ki, ABŞ və müttəfiqləri Rusiya ilə NATO-nun genişlənib-genişlənməyəcəyi mövzusunu müzakirə etməyəcək, hər bir dövlətin müstəqil xarici və təhlükəsizlik siyasəti var, Şimali Atlantika Blokunun qapıları açıqdır. İkincisi, ABŞ və NATO Rusiya ilə Şərqi Avropadakı hərbi bazalar mövzusunu müzakirə etməyəcək. Əksinə, NATO bəyanat verərək Rusiyanı Ukrayna, Moldova və Gürcüstandan hərbi bazalarını çıxarmağı tələb edib. Ağ Ev eyni zamanda “Şimal axını-2” ilə bağlı da mövqeyini açıqlayıb. Bildirib ki, Ukraynada gərginliyin davam etdiyi müddətcə bu layihənin reallaşmasından danışmağa dəyməz.

Ağ Ev ancaq Kremllə  silahlara nəzarət, şəffaflıq və risklərin azalması mövzuları istiqamətində müzakirələri və dialoqu davam etdiməyə hazır olduğunu bəyan edib.  Təhlükəsizliklə bağlı əvvəlki şərtlərin yetirilmədiyi halda silahlara nəzarət elə də ciddi önəm daşımır.  
İndi top Kremlin meydançasındadır. Ağ Evin bu cavabına Kreml hansı adekvat addımı ilə cavab verəcək. 

Düzdür, RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitriy Medvedyev Kremlin  yaranmış durumla bağlı ilkin mövqeyini açıqlayaraq Qərbin  Moskvanın bəyan etdiyi “qırmızı xətt”ə həddən artıq çox yaxınlaşdığını və Rusiyanın praktiki olaraq təhlükəsizlik üçün geri çəkiləcək yerinin olmadığını bəyan edib.

Dmirtiy Medvedyev Rusiya mediasına müsahibəsində  bildirib ki, Rusiyanın praktik olaraq bəyan etdiyi təhlükəsizlikdən geri çəkilməsi üçün sərhədləri tükənib: “Geri çəkilmək üçün heç bir yer yoxdur, gerisi Moskvanın arxasındadır”. Medvedyev onu da əlavə edib ki, NATO artıq onlara doğru irəliləyir, qırmızı xətlər çox yaxındır. O hesab edir ki, NATO-nun şərqə doğru irəliləməsi Rusiyanın milli təhlükəsizliyinə real təhlükədir və prezidentin bəyan etdiyi kimi qırmızı xətlərə çox yaxındır.

Ağ Evin Kremlə cavabından sonra hadisələrin daha da gərginləşməyə və müharibə riskini artırması istiqamətində inkişaf edəcəyi kimsədə şübhə doğrumur.  Çünki istər Qərb, istərsə də Rusiyanın öz mövqelərindən geri çəkilmək niyyəti yoxdur. 

Bu isə hadisələrin aşağıdakı formada inkişafına təkan verəcək.

Birincisi, hərbi psixoloji təzyin davam etdirilməsi və əzələ nümayişi.

İkincisi, iqtisadi və maliyyə sanksiyalarının daha da sərtləşdirilməsi.

Üçüncüsü, hücum və təhdid diplomatiyasının gücləndirilməsi.

Dördüncüsü, informasiya savaşının daha geniş miqyasda davam etdirilməsi.

Hansı ki Qərb yuxarıda sadaladığımız şərtlər üzrə Rusiyaya qarşı siyasətini son zamanlarda paralel şəkildə davam etdirməkdədir. Bundan sonra bu siyasət daha kəskin xarakter alacaq. Moskvanı irəli sürülən şərtlərin qəbul edilməsi, Ukrayna məsələsində geri otuzdurmaq üçün digər təzyiq metodlarını və mexanizmlərini işə salacaq.

Moskvanın da Qərbin bu təzyiqlərinə qarşı adekvat addım atmaq planları var. Artıq Rusiya Qərbin SWIFT sanksiyasına qarşılıq və daxili maliyyə bazarında  vololitliyini təmin etmək üçün xarici valyuta, daha çox dollar almaqdan imtina edib.  Düzdür, Kremlin bu qərarı rus rublunun daha da dəyərdən düşməsinə və ölkədə infilyasiyanın sürətləndirilməsinə gətirib çıxaracaq. 
Digər tərəfdən bu gün Rusiyanın əsas gəlir mənbəyi neft və qaz ixracındandır və bunu da daha çox Qərbə satır. Avropanın əsas valyutası Avro, dollar və funt sterlinqlədir. O baxımdan bu addımdan daha çox uduzan tərəf Rusiya özü ola bilər. Bu da sosial-iqtisadi vəziyyəti yaxşı olmayan Rusiya üçün əlavə problemlər yaratması deməkdir.

Kremlin əl atacağı digər cavab reaksiyası Avropaya neft və qaz ixracını minimuma endirmək ola bilər. Moskva hər zaman neft və qazdan geosiyasi təzyiq aləti kimi istifadə edib və  gələcəkdə də istifadə edəcəyi istisna deyil. Kreml bu vasitəyə əl atacağını artıq dilə gətirməkdədir. Lakin bu da Moskva üçün uduşlu variant deyil. Əksinə, hesab edirəm ki, bundan daha çox uduzan tərəf yenə də Rusiya olacaq. Ən azından Rusiya əsas gəlir mənbəyindən məhrum olacaq və gəlirləri minimuma enəcək. Hansı ki Rusiyanın indiki üzləşdiyi bir zamanda bu, ona lazım deyil.
Lakin Rusiyanın böhranlı vəziyyətlərdə hansı addımları atacağı proqnozlaşdırılması mümkün olmayan ölkələrdəndədir. Bununla bağlı yetərincə faktları misal çəkmək olar. Dalana dirənən Rusiya NATO ilə hərbi toqquşmalara, ən azından lokal hərbi qarşıdurmalara gedə bilər və bu istisna edilmir. Ancaq genişmiqyaslı hərbi toqquşmalara getməkdən Moskva hələ özü də ehtiyat edib və bundan çəkinir.

Moskva NATO ilə açıq hərbi toqquşmaya getməyə risk etdiyini açıq şəkildə bəyan edərək bunu fəlakət hesab edir. RF TŞ sədrinin müavini Medvedyev NATO ilə hərbi toqquşma məsələsinə aydınlıq gətirərək deyib ki, NATO ilə birbaşa toqquşma ssenarisi fəlakətli olar: “Bu, ən dramatik, sadəcə olaraq fəlakətli ssenari olardı. Mən sadəcə ümid edirəm ki, bu, heç vaxt baş verməyəcək”. Amma bununla belə o dolayısı yolla hərbi toqquşmaların baş verəcəyini də istisna etməyib. Medvedyev deyib ki, NATO, əgər Ukrayna Donbasla bağlı güc yolunu tutmağa qərar verərsə... “Baxmayaraq ki, bəzi çılğın, bəzi qaynar adamlar NATO ölkələrində və ABŞ-da bu mövzudan danışırlar. Amma mən gözləyirəm ki, bu, heç vaxt baş verməyəcək” - Medvedyev deyib.

Onu da qeyd edək ki, Qərbin özündə də Ukrayna böhranının güc yolu ilə həllində yekdil qərar yoxdur. Avropanın aparıcı ölkələri olan Almaniya və Fransa bunun qəti əleyhinədir. Xorvatiya və digər ölkələr də bu məsələdə onlarla həmrəydir. Avropada Rusiyaya yönəlik siyasətdə yekdil qərarın olmaması isə Moskvaya  revanş imkanları və tam geri çəkilməmək üçün  müəyyən şanslar yaradır. Kreml də bu imkanlardan bacardıqca faydalanmaqdadır. Kremlin geriyə çəkilməməsinin əsas səbəblərindən biri də budur. Qərbin Rusiya ilə bağlı siyasətində yekdil qərarın olmaması, Şərqi Avropada böhranın dərinləşməsinə və proqnozlaşdırılması mümkün olmayan məcraya yönəltməkdədir.

Bütün bunlara baxmayaraq Moskvanın yürütdüyü xarici siyasət, ona loyal olan ölkələrin də Rusiyadan uzaqlaşaraq özünün  təhlükəsizliyinin daha etibarlı şəkildə müdafiəsini təmin edən müttəfiq axtarışına sövq etməkdədir. Moskva bundan ciddi nəticə çıxarmalıdır. Çünki başlanan prosesin geriyə dönüşü yoxdur. Hər keçən gün Rusiyanın ziyanına işləyir. Bu isə Kremlə daha rasional düşüncə sərgiləməyi tələb edir. 

Mürtəza Bünyadlı
Ölkə.Az

Mənbə:
0
136
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar