Qarabağda bu ərazilərin bərpası ilə bağlı layihə hazırlanır

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi işğaldan azad olunan ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası ilə bağlı təklif və layihələr hazırlayır".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, həmin ərazilərdə təhlükəsizlik tədbirləri yekunlaşdıqdan sonra işlərə start veriləcək: "Xüsusi təbiət əraziləri daha əlçatan və vətəndaşlar üçün açıq olacaq. Bütün detallarla bağlı layihə hazırlanır və əhaliyə geniş məlumat veriləcək. Bir onu qeyd edə bilərəm ki, orada qoruq və yasaqlıqlar yox, daha müasir tərzdə yaradılan xüsusi mühafizə olunan təbiət əraziləri vətəndaşları gözləyir”.

0
411
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar