Qarabağa və şəhidlərə həsr olunmuş fotobank istifadəyə verildi

(®️) Qarabağ və Şəhidlərə həsr olunmuş unikal vahid fotobank yaradılıb (www.karabakhlife.az) və istifadəyə verilib.

Sözügedən platforma vasitəsilə hər bir istifadəçi şəhidlər haqqında məlumat əldə edə, eyni zamanda mövcud məlumatı yeniləyə və zənginləşdirə bilər. Bunun sayəsində platforma daim inkişaf edib təkmilləşəcək.

Əlavə olaraq fotobankda Qarabağın tarixinə, məişətinə və mədəniyyətinə aid şəkillər, eləcə də Birinci və İkinci Qarabağ müharibələrində vuruşan hərbçilərin qısa həyat hekayələri yer alacaq.

Nəzərinizə çatdıraq ki, bu layihə “PAŞA Həyat” və “PAŞA Holding” şirkətləri tərəfindən həyata keçirilir. Məqsəd Qarabağla bağlı məlumatları bir yerə toplayıb saxlamaq və yaymaq, eləcə də şəhidlərimizin xatirəsini əbədiləşdirməkdir.

fotobankPAŞA HəyatPAŞA Holding
0
87
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar