"Qarabağ" Kipr komandasını darmadağın etdi - YENİLƏNİB

Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

 

Modern.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda Kiprdə "Omoniya"nın qonağı olub. Nikosiyadakı GSP stadionunda oynanılan və şotlandiyalı FIFA referisi Bobbi Maddenin idarə etdiyi görüş "köhlən atlar"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

 

***

00:42

"Qarabağ" Kiprdə "Omoniya"ya qarşı UEFA Konfrans Liqasının qrup oyununda 3-cü qolu vurub.

 

Modern.az-ın məlumatına görə, 79-cu dəqiqədə penaltidən fərqlənən Maksim Medvedev komandasının üstünlüyünü 2 topa çatdırıb.

***

00:36

Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup oyununda hesab dəyişib.

 

Modern.az xəbər verir ki, ikinci hissədə meydana daxil olan Ramil Şeydayev 73-cü dəqiqədə Ağdam klubunu önə keçirib.

 

***

00:16

Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup oyununda hesab bərabərləşib.

 

Modern.az xəbər verir ki, 52-ci dəqiqədə Ağdam klubunun heyətində Kadi Borges baxımlı zərbə ilə tarazlığı bərpa edib.

 

***

00:05

Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup oyununda ikinci hissə başlayıb.

 

Modern.az-ın məlumatına görə, ilk yarıdan sonra Ağdam klubu rəqibinə uduzur - 0:1.

 

***

23:00

 

 

Kiprdə “Omoniya” və “Qarabağ” komandaları arasında UEFA Konfrans Liqasının qrup oyunu start götürüb.

 

Modern.az xəbər verir ki, Nikosiyadakı GSP stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

 

Görüşü şotlandiyalı FIFA referisi Bobbi Madden idarə edir.

Mənbə:
0
2865
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar