İrəvanda erməni müxalifətçilər aksiya keçirərək ölkədəki qanun səviyyəsindən narazılıqlarını bildiriblər.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, “Müqavimət” hərəkatının nümayəndələri Prezident İqamətgahının qarşısına xiyar qoyublar.

“Baxmayaraq ki, Prezident Konstitusiyanın qorunması ilə məşğul olmalıdır, lakin o Ermənistanda tərəvəz və bostan bitkilərinin nümayəndəsidir, heç bir iş görmür və bir nəfərin göstərişinə əməl edir. Biz ona bu tərəvəzi fəaliyyətsizliyinin simvolu kimi gətirmişik, jestimizdə heç bir şəxsi təhqir yoxdur”, - deyə aksiya iştirakçıları qeyd ediblər.

Deputat Tadevos Avetisyan qeyd edib ki, ölkədə qanunun aliliyi yoxdur, Konstitusiya və Konstitusiya Məhkəməsi Baş nazirin və onun komandasının maraqlarına xidmət edir.

Çempionlar Liqasının birinci təsnifat mərhələsində keçirilən “Lex” - “Qarabağ” matçının ilk hissəsində maraqlı anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, 23-cü dəqiqəsində meydana quş girib.

Bu zaman Ağdam təmsilçisinin qapıçısı Şahruddin Məhəmmədəliyev topu meydandan çıxırıb. Daha sonra meydan sahiblərinin futbolçuları həmin quşu qutuya qoyaraq meydançadan kənarlaşdırıblar.

Şahruddinin topu meydandan çıxarması isə yerli azarkeşlər tərəfindən alqışla qarşılanıb.

Rusiyada həbs edilən amerikalı qadın basketbolçu Brittni Qriner ABŞ Prezidenti Co Baydenə göndərdiyi məktubda kömək istəyib və bir daha evə dönməyəcəyindən narahat olduğunu bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Qrinerin meneceri Lindsi Kaqava verdiyi açıqlamada məktubun bazar ertəsi Baydenə göndərildiyini və əksər hissəsinin məxfi qalacağını deyib.

“Rusiyada həbsxanada olduğum müddətdə təkəm və həyat yoldaşım, ailəm, dostlarım və uğurlarımdan məhrumam. Mən əbədi burada qalacağımdan narahatam”, - məktubda qeyd olunub.

Qriner Baydendən onu xilas etmək üçün əlindən gələni etməsi üçün yalvararaq, “Məni vətənə qaytarmaq üçün əlinizdən gələni edin. Mən 2020-ci ildə ilk dəfə səs verdim və sizə səs verdim. Mən sizə inanıram. Sizin köməyinizlə geri alacağım azad həyatımda daha yaxşı uğurlar qazanacağıma inanıram. Həyat yoldaşım üçün darıxıram. Ailəm üçün darıxıram. Komanda yoldaşlarım üçün darıxıram. Onların əziyyət çəkdiyini bilmək məni öldürür” yazıb.

Amerika Qadınlar Basketbol Liqasında (WNBA) “Phoenix Mercury” və WNBA-ya fasilə verilən zaman Rusiyanın “UMMC Ekaterinburq” klubunda oynayan 31 yaşlı Qrinerin Rusiyanın Şeremetevo hava limanında aparılan axtarışda çamadanından çətənədən əldə edilən yağ tapılıb.

Sözügedən cinayətə görə ona 10 ilə qədər həbs cəzası nəzərdə tutulduğu bildirilir.

Bu gün ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” yeni mövsümdə ilk matçına çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun komandası qitənin bir nömrəli yarışının 1-ci təsnifat mərhələsində Polşa “Lex”i ilə qarşılaşacaq.

“Köhlən atlar” “Lex”lə ilk matçını Polşada keçirəcək. Qarşılaşma 22:00-da start götürəcək.

Komandaların cavab matçı bir həftə sonra Bakıda baş tutacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun
5 iyul

22:00. Lex - Qarabağ
Hakimlər: Xose Luis Munuera, Pau Sebrian Devis, Antonio Ramon Martines Moreno, Xorxe Figeroa Vaskes (hamısı İspaniya).
Polşa, Poznan.

Start heyətlər:

"Lex": 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboşu, 6. Yesper Karlström, 9. Mikael İshak, 16. Antonio Miliç, 21. Mixal Skuras, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lubomir Şatka

Ehtiyat oyunçular: 35. Filip Bednarek, 3. Barri Duqlas, 7. Afonso Souza, 10. Dani Ramires, 14. Georgi Tsitaişvili, 17. Filip Şimçak, 20. Maksimilian Pinqot, 30. Nika Kvekveskiri, 44. Alyan Çervinski, 50. Adriel Ba Lua, 90. Artur Sobeh

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev 2. Qara Qarayev 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 4. Rahil Məmmədov, 8. Marko Yankoviç, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Oyun başladı.

“KFC” və “Pizza Hut” restoranları şəbəkəsinin sahibi “Yum! Brands” Rusiyadakı biznesini satmaq niyyətindədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Dailymoscow.ru” məlumat yayıb.

Bildirilib ki, hazırda şirkət restoranların, əməliyyat sisteminin və franşiza hüququnun təhvil verilməsi ilə bağlı yerli operatorlarla danışıqlar aparır.

Qeyd edək ki, Rusiyaya qarşı beynəlxalq sanksiyalar fonunda bir çox qlobal brend və şirkətlər bu ölkə ilə əməkdaşlığı dayandırıblar. Avtomobil istehsalından tutmuş bank sahəsinə, yeyinti sənayesindən energetika sektoruna qədər hazırda Rusiya bazarını tərk etmiş 600 şirkət yer alıb.

Britaniyada 2022-ci ildə körpələrə ən çox qoyulan adlar məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” yazır.

“BabyCentre” bu il İngiltərədə yeni doğulmuş uşaqlar üçün ən çox yayılmış oğlan və qızlar üçün "Ən yaxşı 100 ad"ın siyahısını dərc edib.

7 illik liderlikdən sonra qızlar arasında Olivia adı öz yerini Lili adına verib. Oğlanlara gəlincə, Məhəmməd adı yenə birinci yerdə qalıb.

Rusiya Prezidenti Vladimir Putin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə danışıqlar aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Tərəflər Qaraqalpaqıstandakı vəziyyəti müzakirə ediblər. Putin Özbəkistan rəhbərliyinin Qaraqalpaqıstanda vəziyyəti sabitləşdirmək səylərini dəstəklədiyini bildirib.

Prezidentlər həmçinin ikitərəfli gündəliyin bir sıra digər aktual məsələlərini, o cümlədən ticarət-iqtisadi sahəni də müzakirə ediblər. Putin və Mirziyoyev Rusiya-Özbəkistan strateji tərəfdaşlığı və müttəfiqliyini daha da gücləndirmək üçün qarşılıqlı niyyətlərini təsdiqləyiblər.

Tovuzda intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, 1941-ci il təıvəllüdlü Zeynalova Asya rayonda yaşadığı evin yarımçıq tikilisində özünü iplə asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Ağdamın “Qarabağ” klubu futbolçusu Rüstəm Əhmədzadəni “Zirə”yə icarəyə verib.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisinin feysbuk səhifəsinə istinadla xəbər verir ki, 22 yaşlı hücumçu 2022/2023-cü il mövsümündə paytaxt təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü 2021-ci ilin dekabrında “Qarabağ”la müqavilə imzalayıb. R.Əhmədzadənin sözləşməsi 2026-cı il iyunun 30-dək nəzərdə tutulub.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı (OHCHR) Mişel Baçelet Özbəkistanın Nukus şəhərində ötən cümə günü keçirilən qanunsuz etiraz aksiyası ilə bağlı vəziyyətin araşdırılmasına çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə OHCHR-in saytında dərc edilmiş bəyanatda deyilir:

“Nukus şəhərində etiraz aksiyaları zamanı ciddi zorakılıq, o cümlədən qətllər barədə aldığımız xəbərlər böyük narahatlıq doğurur. Hakimiyyəti maksimum təmkinli olmağa çağırıram”.

Qeyd edək ki, iyulun 1-də Qaraqalpaqıstanın paytaxtı Nukusda Özbəkistan Konstitusiyasına dəyişikliklərlə bağlı etiraz aksiyaları keçirilib. Məlumata görə, bölgənin hakimiyyət orqanlarını ələ keçirməyə cəhd edən iğtişaşların təşkilatçıları saxlanılıb. Daha sonra iyulun 3-dən avqustun 2-dək Qaraqalpaqstanda fövqəladə vəziyyət, habelə komendant saatı tətbiq edilib.

Özbəkistan Daxili İşlər Nazirliyinin məlumatına görə, Qaraqalpaqıstanda ictimai asayiş bərpa olunub, iğtişaşlar zamanı 18 nəfər həlak olub, 243 nəfər yaralanıb, 516 nəfər saxlanılıb.

Bazar ertəsi Özbəkistan Parlamenti etirazçıların israr etdiyi kimi Qaraqalpaqıstanın suverenliyini nəzərdə tutan statusunun saxlanmasına qərar verib.

Daxili İşlər Nazirliyi metroya küt alətlə girərək insanları hədələyən şəxslə bağlı məlumat yayıb.

DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov "Qafqazinfo"ya bildirib ki, həmin şəxs müəyyən edilərək saxlanılıb və cinayət işi başladılıb:

"Bu gün “TikTok” sosial şəbəkəsi üzərindən bir nəfərin parçaya bükülmüş halda baltaya oxşar əşyanı nümayiş etdirərək insanları hədələdiyini əks etdirən görüntü paylaşılıb.

Qeyd olunan videonu paylaşan şəxsin 39 yaşlı Roman Məmmədov olması müəyyən edilmiş və saxlanılıb.

İlkin dindirilmə zamanı R.Məmmədov törətdiyi xuliqanlıq əməlini etiraf edərək bu tip videoları sosial şəbəkələrdə məşhurlaşmaq məqsədilə çəkdiyini, fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olduğunu və uzun müddətdir ki, o da digər ustalar kimi təmir alətləri ilə metrodan istifadə etdiyini bildirib.

Bu gün insanlar ictimai nəqliyyatdan-avtobuslardan, eləcə də metrodan istifadə edərkən üzərilərində olan belə təsərrüfat alətləri ilə işə gedib-gəlirlər. Metrodakı müşahidə kameralarına da baxdıqda həmin şəxsin gündəlik olaraq əşyalarının polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra metroya daxil olması görünür. Odur ki, belə əşyaların metroya keçirilməsi orada xidmətdə olan polis əməkdaşlarının nəzarətinin zəif olması anlamına gəlməməlidir. Hazırda faktla bağlı cinayət işi başlanmış, istintaq tədbirləri həyata keçirilir".

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın Qiesen Universitetinin dosenti, alim Mixael Reynhard Hessi qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə alim M.Hess “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitabını Ceyhun Bayramova təqdim edib. Alim qeyd edib ki, kitabı yazmaqda əsas məqsədi Qarabağın və Şuşanın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini geniş oxucuların diqqətinə çatdırmaqdır. O, kitabın ölkəmizlə bağlı elmi araşdırmalar aparan şəxslər üçün etibarlı mənbə qismində çıxış edəcəyini bildirib.

Ceyhun Bayramov alim Mixael Hessə təşəkkürünü ifadə edib. O, Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı xarici mütəxəssislər, elm adamları tərəfindən araşdırmaların aparılmasının vacibliyini vurğulayıb və bu mənada kitabın dəyərinin yüksək olduğunu söyləyib. Nazir, alman dilində dərc olunan kitabın gələcəkdə digər xarici dillərə də tərcümə edilməsinin əhəmiyyət kəsb etdiyini qeyd edib.

Daxili İşlər Nazirliyi metroya küt alətlə girərək insanları hədələyən şəxslə bağlı məlumat yayıb.

DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov "Qafqazinfo"ya bildirib ki, həmin şəxs müəyyən edilərək saxlanılıb və cinayət işi başladılıb:

"Bu gün “TikTok” sosial şəbəkəsi üzərindən bir nəfərin parçaya bükülmüş halda baltaya oxşar əşyanı nümayiş etdirərək insanları hədələdiyini əks etdirən görüntü paylaşılıb.

Qeyd olunan videonu paylaşan şəxsin 39 yaşlı Roman Məmmədov olması müəyyən edilmiş və saxlanılıb.

İlkin dindirilmə zamanı R.Məmmədov törətdiyi xuliqanlıq əməlini etiraf edərək bu tip videoları sosial şəbəkələrdə məşhurlaşmaq məqsədilə çəkdiyini, fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olduğunu və uzun müddətdir ki, o da digər ustalar kimi təmir alətləri ilə metrodan istifadə etdiyini bildirib.

Bu gün insanlar ictimai nəqliyyatdan-avtobuslardan, eləcə də metrodan istifadə edərkən üzərilərində olan belə təsərrüfat alətləri ilə işə gedib-gəlirlər. Metrodakı müşahidə kameralarına da baxdıqda həmin şəxsin gündəlik olaraq əşyalarının polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra metroya daxil olması görünür. Odur ki, belə əşyaların metroya keçirilməsi orada xidmətdə olan polis əməkdaşlarının nəzarətinin zəif olması anlamına gəlməməlidir. Hazırda faktla bağlı cinayət işi başlanmış, istintaq tədbirləri həyata keçirilir".

Daxili İşlər Nazirliyi metroya balta ilə girərək insanları hədələyən şəxslə bağlı məlumat yayıb.

"Qafqazinfo"ya daxil olan məlumatda deyilir:

"Bu gün “TikTok” sosial şəbəkəsi üzərindən bir nəfərin parçaya bükülmüş halda baltaya oxşar əşyanı nümayiş etdirərək insanları hədələdiyini əks etdirən görüntü paylaşılıb.

Bununla əlaqədar mətbuatın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, qeyd olunan videonu paylaşan şəxsin 39 yaşlı Roman Məmmədov olması müəyyən edilmiş və saxlanılmışdır.

İlkin dindirilmə zamanı R.Məmmədov törətdiyi xuliqanlıq əməlini etiraf edərək bu tip videoları sosial şəbəkələrdə məşhurlaşmaq məqsədilə çəkdiyini, fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olduğunu və uzun müddətdir ki, o da digər ustalar kimi təmir alətləri ilə metrodan istifadə etdiyini bildirib.

Bu gün insanlar ictimai nəqliyyatdan-avtobuslardan, eləcə də metrodan istifadə edərkən üzərilərində olan belə təsərrüfat alətləri ilə işə gedib-gəlirlər. Metrodakı müşahidə kameralarına da baxdıqda həmin şəxsin gündəlik olaraq əşyalarının polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra metroya daxil olması görünür. Odur ki, belə əşyaların metroya keçirilməsi orada xidmətdə olan polis əməkdaşlarının nəzarətinin zəif olması anlamına gəlməməlidir. Hazırda faktla bağlı cinayət işi başlanmış, istintaq tədbirləri həyata keçirilir".

“20-ci Beynəlxalq “Uşaq Avroviziyası” Mahnı Müsabiqəsinin milli seçmə mərhələsi üçün ərizələrin qəbulu ləğv edilib”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyada seçimin təşkilatçısı olan İqor Krutoy deyib.

Bildirilib ki, buna Avropa Yayım İttifaqının Rusiyanı “Avroviziya – 2022” mahnı müsabiqəsindən kənarlaşdırmağından sonra cavab olaraq Rusiyanın “Birinci kanalı”nın, Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Kompaniyasının və “Ostankino” Radio evinin qurumdan çıxması səbəb olub.

Qeyd edək ki, "Uşaq Avroviziyası" mahnı müsabiqəsi bu il İrəvanda keçiriləcək.

Avstriyanın sabiq xarici işlər naziri Karin Knaysl ölkəni tərk edib.

“Qafqazinfo” “The Washington Post”a istinadən xəbər verir ki, o, ölümlə hədələndiyi üçün Avstriyanı tərk etdiyini söyləyib, lakin təfərrüatları açıqlamaqdan imtina edib.

Əvvəllər Knaysl “Rosneft”in Direktorlar Şurasının üzvü idi, lakin 2022-ci ilin mayında həmin vəzifəni də tərk edib.

Eks nazir ictimaiyyətin yaddaşında daha çox Rusiya Prezidenti Vladimir Putinlə rəqsi ilə qalıb.

Qazaxda 16 yaşlı yeniyetmə Kür çayında batıb.

“Qafqazinfo” xəbər verir ki, 2006-cı il təvəllüdlü Quliyev Eldar Cəmaləddin oğlu Kürün Qazax rayonu Yuxarı Salahlı kəndindən keçən hissəsində boğulub.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəlib, yeniyetmənin cəsədinin axtarışları aparılır.

Finlandiya hökuməti Avropa İttifaqının (Aİ) sanksiyalarına uyğun olaraq Rusiya sahibkarlarının təxminən 856 vaqonuna həbs qoyub.

“Qafqazinfo” “Rzd-partner.ru”ya istinadən xəbər verir ki, bu barədə Finlandiyanın dəmir yolu operatoru “VR Group”un şərhində qeyd olunub.

Qeyd edək ki, Moskva Ukraynada xüsusi hərbi əməliyyata başladıqdan sonra sonra Qərb Rusiya iqtisadiyyatını daha da təcrid edən genişmiqyaslı sanksiyalarla cavab verib.

Aİ-nin sanksiyalarına Rusiya ilə yük daşımalarına qadağa daxil deyil, lakin aprelin əvvəlində “VR Group” bu prosesin bir neçə ay çəkə biləcəyi barədə xəbərdarlıq edərək, yük daşımalarını dayandırmaq qərarına gəlib.

Finlandiya Məhkəmə İcraçıları Xidməti Aİ sanksiyaları əsasında Rusiya və Belarusun ən azı 82 milyon avro dəyərində olan bəzi aktivlərini, o cümlədən nəqliyyat vasitələrini dondurub.

"Rusiya nümayəndə heyəti ATƏT-in Parlament Assambleyasından çıxmağı planlaşdırmır".

"Qafqazinfo" xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq komitə rəhbərinin birinci müavini, Rusiya nümayəndə heyətinin rəhbərinin müavini Vladimir Cabarov deyib.

"Əgər kimsə xəyal edirsə ki, ATƏT PA-dan çıxacağıq, dərin yanılır. Çünki Rusiya ATƏT-i yaradan ölkələr sırasında olub", - siyasətçi bildirib.

Cabarovun sözlərinə görə, ATƏT və AŞPA arasında fərq budur ki, Rusiya Avropa Şurasına üzv olanda assambleya artıq mövcud idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, iyulun 5-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət heyətin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri baş tutub.

"Qafqazinfo" xəbər verir ki, Baş nazir və Prezident Administrasiyasının rəhbərinin başçılıq etdiyi heyət əvvəlcə Tərtər rayonunun Suqovuşan qəsəbəsində Vətən müharibəsi şəhidlərinin şərəfinə ucaldılmış abidəni ziyarət edib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Suqovuşan-1” Su Elektrik Stansiyası və Suqovuşan su anbarına baxış keçirilib, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov tərəfindən Azərbaycan Respublikası Prezidentinin tapşırıqları ilə bağlı görülən işlər barədə məlumatlar verilib. Daha sonra Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova Turizm İnkişaf Konsepsiyası ilə bağlı görülən işlər barədə məruzə edib.

Heyət Suqovuşan qəsəbəsində turizm təyinatlı fərdi evlərdə aparılan təmir-bərpa işləri ilə də tanış olub. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görülən işlər barədə məlumat verib.

Heyətin üzvləri, həmçinin Tərtər rayonunun işğaldan azad edilən Talış kəndində olublar. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev kəndin hazırlanan layihəsi barədə, Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova kəndin dövlət başçısının son tapşırıqlarına uyğun olaraq tərtib olunan Turizm İnkişaf Konsepsiyası barədə məlumat veriblər.

Daha sonra Ağdam istiqamətində yola düşən heyət üzvləri Bərdə-Ağdam dəmir yolunun, eləcə də Bərdə-Ağdam, Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yollarının tikintisi işləri ilə tanış olublar, görülən işlər barədə “Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Hicran Valehov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məruzələr ediblər.

Şahbulaq qalasında görülən işlərlə tanışlıq zamanı Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova tərəfindən Şahbulaq Turizm Kompleksinin layihəsi barədə məlumat verilib. Daha sonra ANAMA-nın Ağdam mobil sahə düşərgəsinə yola düşən iştirakçılar düşərgə və minatəmizləmə işləri ilə tanış olublar.

Ağdam şəhəri ərazisində heyət üzvləri "Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinə baxış keçirib, daha sonra iqtisadiyyat naziri Mikayıl Cabbarov Ağdam Sənaye Parkında görülmüş işlər barədə həyətə ətraflı məlumat verib.

Heyət üzvləri, həmçinin Ağdamda inşa olunan yaşayış kompleksinin tikinti işləri ilə də tanış olublar.

Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Ağdam Cümə məscidində görülən işlər barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Fondun icraçı direktoru Anar Ələkbərov ətraflı məlumat verib. Daha sonra təhsil naziri Emin Əmrullayev heyəti Ağdamda 1 saylı tam orta məktəbdə aparılan tikinti işlərinin gedişatı ilə tanış edib.

Səfərin sonunda Baş nazir və Prezident Administrasiyasının rəhbərinin başçılıq etdiyi heyət Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar.

Səfər müddətində baxış keçirilən bütün yenidənqurma və bərpa işlərinin, habelə infrastruktur layihələrinin Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun yerinə yetirilməsi istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər və tövsiyələr verilib.

Diasporla İş üzrə Dövlət Komitəsində şair-publisist, “Ahıska” qəzetinin və “Türk Birliyi” jurnalının baş redaktoru Rövşən Məmmədoğlunun (İsmayılov) “Qarabağ Azərbaycandır!” şeirlər kitabının təqdimat mərasimi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Milli Məclisin, Dünya Ahıska Türkləri Birliyinin (DATÜB), Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan müəllif öncə yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyini və əməkdaşlarını təbrik edib.

Qonaqları salamlayan DİDK sədri Fuad Muradov ötən 20 ildə keçilən yola qısaca ekskurs edərək, Azərbaycan diaspor quruculuğu prosesinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, Vətən müharibəsi dövründə özünün kulminasiya nöqtəsinə çatdığını, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin diaspor təşkilatları qarşısında yeni vəzifələr müəyyənləşdirdiyini söyləyib: “Özümüzə borc bildik ki, bu əlamətdar tarixi Qarabağdakı N saylı hərbi hissədə əsgər və zabitlərlə də birlikdə qeyd edək. Çünki məhz onların sayəsində “Qarabağ Azərbaycandır!” deyə bilirik”.

Milli Məclis sədrinin müavini Adil Əliyev Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə təltif olunmuş DİDK sədrini və əməkdaşlarını təbrik edib.

Dünyada diasporun gücündən söz açan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Türk Dövlətləri Təşkilatı çərçivəsində diaspor qurumları arasında əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyini nəzərə çatdırıb.

DATÜB-ün baş direktoru Ziyəddin Kassanov bildirib ki, soydaşları Azərbaycan Prezidenti İlham Əliyevin bütün əmrlərini yerinə yetirməyə hazırdır. “Onun qətiyyəti və uzaqgörən siyasəti nəticəsində Azərbaycan işğal altında olan torpaqlarını azad etdi və bu həqiqəti bütün dünyaya qəbul etdirdi. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Diaspor Komitəsinin və diaspor təşkilatlarının da mühüm rolu oldu”, - deyə baş direktor əlavə edib.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, soydaşımız Rövşən Məmmədoğlu Qazaxıstanda yaşayır. İndiyədək 10 kitabı nəşr edilib.