Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Qobustan həbsxanasında əfv sərəncamının icrası həyata keçirilib.
Publika.az xəbər verir ki, sərəncam bu həbsxanada saxlanılan məhkumlardan 2 nəfərə şamil olunub.
Onlardan biri 23 il həbsxana həyatı yaşayan ömürlük məhkum, iş adamı Şəmsi Səmədzadədir.
Şəmsi Səmədzadə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2000-ci il 29 dekabr tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi. O, müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış sahibkar olub.
Şəmsi Səmədzadə 1966-ci ildə Göyçə mahalında doğulub.
Həbsxanada daha bir məhkuma əfv olunduğu üçün sənəd verilib. Müddətli cəza almış məhkum Nurəddin Mustafayev də həbsxanadan azadlığa buraxılıb.
Pentensiar xidmətin rəis müavini Oqtay Məmmədov bildirib ki, əfv sərəncamına əsasən 168 nəfər həbsdən dərhal azad edilib, 30 nəfərin cəzası aşağı salınıb.
Ombudsman Səbinə Əliyeva deyib ki, prezidentin sayca 68-ci əfv sərəncamında bir nəfər ömürlük cəza çəkən şəxs var: "İlk dəfədir ömürlük cəza çəkən şəxs azad edilir. Bundan əvvəl də ömürlük cəzaçəkənlər əfv olunub, sadəcə onların cəzası yarıbayarıya aşağı salınıb. Amma ilk dəfə məhkum dərhal həbsdən azadlığa buraxılır. Məhkumu və ailəsini təbrik edirəm".
Daha sonra tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri, hüquq müdafiəçiləri əfv sərəncamının icrasını alqışlayıblar. Əfv olunan Şəmsi Səmədzadə və digır məhkumu, onların ailə üzvlərini təbrik ediblər.
Foto: Ceyhun Rəhimov
Mayın 28-də Bakıda təşkil olunan güllə və stend atıcılığı üzrə Dünya Kuboku yarışına start verilib.
Publika.az xəbər verir ki, Dünya Kubokunun birinci günündə 10 metr məsafəyə tüfəng, pnevmatik tapançadan atəş açma yarışlarında kişilər və qadınlar arasında seçmə mərhələsi keçiriləcək.
İyunun 7-dək davam edən turnirdə 66 ölkədən 703 idmançı, 231 nümayəndə iştirak edir. Atıcılar 30-u qızıl olmaqla, ümumilikdə 188 medal uğrunda mübarizə aparırlar.
Qeyd edək ki, yarışlar “İdman TV" və "CBC Sport" kanalları vasitəsi ilə canlı yayımlanacaq.
Azərbaycanda yenə duyğulu anlar yaşayıram. Hər iki dövlətlə fəxr edirəm.
Publika.az xəbər verir ki, bu sözləri "TEKNOFEST Azərbaycan" festivalı çərçivəsində Bakıda səfərdə olan Nobel mükafatçısı Əziz Səncər deyib.
O, festivalda istedadlı gənclərlə tanış olduğunu bildirib: "Yenidən Bakıdayam, festivalda istedadlı gənclər gördüm, çox sevindim".
Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib.
Bu barədə Publika.az-a XİN-dən bildirilib.
Xarici işlər nazirinin müavini Xələf Xələfov Fransa səfirinə mayın 27-də Paris şəhərinin meri Ann İdalqonun Azərbaycan ərazisindəki qanunsuz qurumun qondarma nümayəndəsi ilə görüşməsi ilə bağlı etirazını bildirib.
Fransa rəsmisi tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan bu addımın Fransa qanunvericiliyi və ölkənin beynəlxalq öhdəlikləri ilə açıq ziddiyyət təşkil etdiyi, eyni zamanda Fransa və Azərbaycan münasibətlərə xələl gətirdiyi səfirin diqqətinə çatdırılıb.
Paris şəhərinin merinin bu qanuna zidd və məsuliyyətsiz davranışının, həmçinin bölgədə müharibə sonrası sülh və etimad quruculuğu tədbirlərinə uyğun olmadığı vurğulanıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra olunub.
Publika.az xəbər verir ki,buarada cəza çəkən 3 məhkuma əfv sərəncamı şamil edilib. Onların hər üçünə əfv olunmaları ilə bağlı sənəd təqdim edilib.
Onlardan biri Türkiyə vətəndaşı Rəsul Kondaçıdır. O, narkotik qaçaqmalçılığında ittiham edilib. Rəsul Kondaç əfv olunması üçün Prezidentə təşəkkür edib, bir daha cinayət törətməyəcəyini deyib: "23 ildir Azərbaycana gəlib burada işləmişəm. Bir daha belə cinayət törətməyəcəm, narkotikdən uzaq duracam. Belə işlə məşğul olan deyiləm".
Digər məhkum Möhüb Rüstəmov da azadlığa buraxılmasını sevinc hissi ilə qarşıladığını deyib. Bildirib ki, oğurluq və hədə-qorxu yolu ilə tələb etmə ittihamı ilə həbs olunub: "Həbsxanada olduğum dövrdə çox düşündüm. Azadlığa çıxandan sonra özümə yeni həyat quracam. Köhnə vərdişlərimdən əl çəkəcəm, köhnə tanışlarımdan uzaq duracam".
Məhkum deyib ki, onun bir anasından başqa heç kimi yoxdur: "Anam yolumu gözləyir. Mən də onu sevindirəcəm. Bir daha bura qayıdan deyiləm. Anamın qulluğunda dayanacaq".
12 saylı cəzaçəkmə müəssisəsində iki məhkuma əfv sərəncamı şamil edilib. Onlarda bir nəfəri cəzasının çəkilməmiş hissəsindən azad edilib. Digər məhkumun isə cəzası azaldılıb.
16 saylı cəzaçəkmə müəssisəsində isə əfvə 3 məhkum düşüb. Həmin şəxslər cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıblar. Əfv edilən şəxslərdən biri İran, ikisi isə Azərbaycan vətəndaşıdır.
Müstəqillik günü ərəfəsində Prezdient İlham Əliyev tərəfindən 68-ci əfv sərəncamı imzalanıb.
Publika.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili - Ombusdman Səbinə Əliyeva deyib.
O bildirib ki, sərəncam 213 nəfərə şamil olunub, 1 nəfər ömürlük məhkum cəzadan azad olunub:
"Burada məhkumların ailə vəziyyəti, səhhəti və sair məsələr nəzərə alınıb. Mən də İnsan Hüquqları üzrə nüvəkkil olaraq Prezident İlham Əliyevə 31 nəfərlə bağlı müraciət eləmişdim. Müraciətlər müsbət olub, 31 nəfərə əfv sərəncamı şamil olunub. Bu səbəbdən İlham Əliyevə və Mehriban xanıma təşəkkür edirəm".
Müsəlman Şərqində ilk parlamentli respublikanın –Azərbaycan Xalq Cümhuriyyətinin yaranması böyük bir hadisə kimi tarixə düşdü. AXC-nin yaranması olduqca mürəkkəb tarixi şəraitdə, daxili və beynəlxalq vəziyyətin gərgin bir dövründə baş verdi. Belə ki, mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclası keçirildi, nəticədə gürcü nümayəndələri Seymdən çıxıb Gürcüstanın müstəqilliyini elan etdilər. Gürcü fraksiyası Zaqafqaziya Respublikasının dağılmasının bütün günahını müsəlman fraksiyasının üzərinə yıxdı. Guya müsəlman fraksiyası türkpərəst mövqe tutduğu üçün gürcülər onlarla bir Seymdə fəaliyyət göstərə bilməzlər.
Publika.az xəbər verir ki, bunu Teleqraf.com-a ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov deyib.
Tarixçiyə görə, Zaqafqaziya Seyminin üzvü Şəfi bəy Rüstəmbəyli gürcü fraksiyasının gətirdiyi bu arqumentləri qətiyyətlə rədd edərək qeyd edirdi: “Hesab edirik ki, Zaqafqaziyanın birgə siyasi mövcudluğunun indiki mürəkkəb və məsuliyyətli anında ayrılmaq üçün tutarlı və obyektiv əsaslar yoxdur və burada gürcü nümayəndələri tərəfindən irəli sürülən amillər az inandırıcıdır”.
Mayın 27-də isə Seymin müsəlman fraksiyası yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq fövqəladə iclas çağırdı. Uzun müzakirələrdən sonra Müvəqqqəti Milli Şura yaratmaq qərara alındı. “Müsavat” partiyasının təklifi ilə M.Ə.Rəsulzadə qiyabi olaraq (bu vaxt o, Batum konfransında iştirak edirdi) Milli Şuranın sədri, H.Ağayev və M.Seyidov isə sədrin müavinləri seçildilər. Müxtəlif sahələrdə işlərə rəhbərlik etmək üçün Milli Şuranın 9 nəfərdən ibarət icraiyyə orqanı yaradıldı. Fətəli Xan Xoyski İcraiyyə Komitəsinin sədri seçildi.
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycan Dövlət Müstəqilliyi haqqında “İstiqlal Bəyannaməsi” qəbul etdi. Milli Şuranın 24 səslə (iki nəfər –Sultan Məcid Qənizadə və Cəfər bəy Axundov bitərəf qaldı) qəbul etdiyi qərar və altı bənddən ibarət “İstiqlal bəyannaməsi” yaxud “Misaği-milli” (əqdnamə) Azərbaycan millətinin varlığını bütün dünyaya bəyan etdi”.
Tarixçi alimin sözlərinə görə, beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya aktı –“İstiqlal Bəyannaməsi”nin qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu: “Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan edilmiş, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirilmişdi. Həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdı.
“İstiqlaliyyət Bəyannaməsi”ndə demokratik dövlətə məxsus atributların hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmsil edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması qeyd edilirdi. Ən nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi.
Bununla Azərbaycan Cümhuriyyətini yaradan şəxslər, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla Azərbaycan türklərinin şərəfini xilas etdilər. M.Ə.Rəsulzadə 1925-ci ildə İstanbulda oxuduğu mühazirələr zamanı qeyd etmişdi: “Rusiya idarəsindəki müsəlmanlara “türk” dedirtmək indi artıq qazanılmış bir davadır. Yalnız “türk” kəlməsi deyil, “Azərbaycan” adı da qazanılmışdır”. O zaman azərbaycanlılara qarşı rus çarizminin ədalətsiz siyasətini açıqlayan Rəsulzadə qeyd edirdi ki, Qafqazda bir müsəlmanın Türkistanda mülk almasına yasaq qoyulmuşdu. Halbuki Rusiyanın ən hüquqsuz və zavallı bir məxluqunu təşkil edən yəhudi belə bir haqdan məhrum deyildi. Bütün bu tədbirlərlə Rusiya hökumətinin bir məqsədi var idi ki, özünün inanmadığı Türk məmləkətinin inkişafına tərəqqi verməmək”.
Taleh Cəfərov vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bir çox səciyyəvi cəhətlərinə, xarakterik əlamətlərinə və mahiyyətinə görə milli tariximiz üçün olduqca əhəmiyyətlidir:
“Əvvəla, müstəqillik elan edilməklə Azərbaycan xalqı böyük bir bəladan qurtardı; ikincisi, itirilmiş milli dövlətçiliyimiz bərpa edilidi; üçüncüsü, bu dövrdə yaranmış milli respublikalar içərisində AXC ən demokratik respublika idi, Şərqdə, islam və türk dünyasında ilk demokratik respublika üsul-idarəsi idi; dördüncüsü, AXC tarixi və milli Azərbaycanın hüdudlarında olan milli ərazimizə sahib dura bildi; beşincisi, AXC Azərbaycan hüdudlarında olan milli sərvətlərə sahib oldu; altıncısı, Azərbaycan müstəqilliyini elan etməklə AXC beynəlxalq münasibətlərin iştirakçısına və beynəlxalq hüququn subyektinə çevrildi; yeddincisi, AXC böyük əhəmiyyətə malik olan milli dövlət quruculuğu tədbirləri həyata keçirdi, dövlət atributları və dövlət strukturları yaratdı və formalaşdırdı; səkkizincisi, ölkə ərazisində yaşayan bütün xalqlara və vətəndaşlara hüquq bərabərliyi verdi; doqquzuncusu, bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlərə və dövlətlərlə mehriban münasibətlər yaratmaq, sülh və dostluq şəraitində yaşamaq əzmində olduğunu bildirdi”.
Bu gün yaradılmasının 104-cü ildönümünü qeyd etdiyimiz müstəqil Azərbaycan dövlətinin adı nə “Azərbaydan Demokratik Respublikası”, nə də “Azərbaycan Xalq Cümhuriyyəti” olub.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə dosent Zaur Əliyev məlumat və foto-faktlar paylaşıb.
O bildirib ki, dövrün sənədlərində dövlətimizin adı “Azərbaycan Cümhuriyyəti” (fotoda ərəb əlifbası ilə) və ya tərcümədə “Azərbaycan Respublikası” olaraq göstərilib.
<span style="background-color:;" initial;">Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Publika.az-a müsahibəsi:
- Hafiz müəllim, hazırda həbsdə olan qohumunuz, keçmiş icra başçısı Vilyam Hacıyev sərvətinin mediada yayılan siyahısı ilə bağlı son məhkəmə prosesində bildirib ki, həyat yoldaşının adına olan əmlaklar onlara qayınatasının mirasıdır. Hər halda, qohumunuzdur, doğruları ən yaxşı siz bilərsiniz, Vilyam Hacıyevin qaynatası həqiqətən imkanlı adam idi? O, bu qədər sərvəti necə əldə edib?
- Vilyam Hacıyevin qaynatasını tanımıram. Bilirsiniz ki, mənim ermənilərlə heç vaxt elə bir əlaqəm olmayıb. Bu barədə Ramiz Mehdiyevdən soruşmaq lazımdır. Yanılmıramsa, Vilyam Hacıyevin arvadı ilə Ramiz Mehdiyevin arvadı arasında qohumluq əlaqələri var. Məndə Vilyam Hacıyevin arvadının anasının, dədəsinin kim olması ilə bağlı elə bir məlumat yoxdur. Amma əminliklə deyə bilərəm ki, o boyda var-dövlətin onun qaynatasından qalması ilə bağlı iddialar əsassızdır. Mən düşünmürəm ki, qaynatasından ona bu qədər pul qalsın. Vilyam Hacıyev böyük səhvlərə yol verib. Özü də bu səhvlərin sayı çoxdur. Çox təəssüf... Biz belə kadr yetişdirməmişdik. Onun haqqında bu cür düşünməmişdik. Cənab prezident ona böyük etimad göstərmişdi. Vilyam Hacıyev həmin etimadı təəssüf ki, doğrulda bilmədi.
- Yəni siz demək istəyirsiniz ki, Vilyam Hacıyevin həyat yoldaşı erməni əsillidir?
- Tanıyanların hamısı elə deyir. Sözün düzü, Vilyam Hacıyev mənə uzaqdan qohum düşür. Atamgilin əmisinin nəvəsidir. Amma bu yaxın qohumluq sayılmır. Düzdü, ilk dəfə o vaxtkı Xanlar rayonuna onun icra başçısı təyin olunmasında mənim də rolum olmuşdu. Xahiş elədim, sözümü yerə salmadılar, icra başçısı təyin etdilər. Daha sonra Samuxda icra başçısı oldu. Sonra özünü düzgün aparmadı, cənab prezident də haqlı olaraq onu cəzalandırdı. Hər halda, cəzasını almalıdır. İndi deyir ki, 6 milyon vəsait qaynatasından qalıb. O vaxt heç 6 milyon avro, dollar yox idi ölkədə. Bunun qaynatası iş adamı idi, yoxsa yüksək vəzifəli məmur? Haradan almışdı o pulları?..
- Adətən valideynlər var-dövlətlərini qızlarına yox, oğullarına miras qoyurlar. Vilyam Hacıyevin qaynatasının oğlu yox idi? Bir qızına 6 milyon pul qoyub gedən atanın yəqin ki, varidatı daha böyük olub...
- Əlbəttə, hamısı boş söhbətlərdir. Keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov da deyirdi ki, bu pullar mənə qayınatamdan qalıb. Yoxladılar, gördülər ki, nə atasının, nə də qaynatasının heç nəyi olmayıb. Bu insanlar belədilər, qolları qandallanandan sonra bu cür danışırlar.
- Hafiz bəy, hər halda, onu siz icra başçısı təyin etdirmisinizsə, deməli, Vilyam Hacıyevlə çox yaxın təmaslarınız olub...
- Xeyr, olmayıb. Açığını deyim ki, o icra başçısı olandan sonra şox dəyişdi. Heç kəsi saymadı. Bundan sonra heç vaxt onu danışdırmamışam. Bu barədə də xeyli mübahisələrimiz oldu. Xanlar rayonundan onun kənarlaşdırılması məsələsini biz qoyduq. Bilirsiniz necədir, insanlar çox tez çaşırlar. Mən buna görə onunla bütün əlaqələri kəsmişəm. O vaxt Prezident Aparatından bəzi yoldaşlar mənə deyirdilər ki, sən onun haqqında pis fikir söyləməklə düz eləmirsən. İndi hamısı görür ki, vaxtilə onun haqqında söylədiyim fikirlərin hamısı öz təsdiqini tapır. Mən o vaxt dedim ki, bunu icra başçısı postuna təqdim eləməklə səhv iş görmüşük, özünü doğrultmadı. Ondan sonra mənə dedilər ki, ehtiyac yoxdur, gərək belə danışmayaydın. Nəhayət, sonda gördülər ki, Vilyam Hacıyev haqqında söylədiklərim fikirlərin hamısı Quran ayəsi kimi gəlib öz yerini tutur.
- Bəs Vilyam Hacıyevin övladları nə ilə məşğuldurlar?
- Açığını deyim ki, onlarla elə bir əlaqəm yoxdur. Ona görə də onlar haqqında elə bir söz, fikir deyəbilmərəm. Heç neçə övladının olduğundan da xəbərim yoxdur. 
AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının Publika.az-a müsahibəsini təqdim edirik: 
- Milli dövlətçilik tariximizdə Cümhuriyyət xadimlərinin misilsiz xidmətlərini, onların zəngin irsini və təbliğini tarix necə öyrənir? Bununla bağlı bu gün aparılan dövlət siyasətini necə təhlil edərdiniz? 
- Biz xalq olaraq tarixdə həmişə dövlətlər, imperiyalar qurmuşuq. Dövlətçilik bizim üçün müqəddəs amaldır. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət səviyyəsində qeyd olunması çox mühüm hüquqi, siyasi, ideoloji və dövlətçilik baxımdan son dərəcədə vacib və əhəmiyyətlidir. Eyni zamanda AXC-nin xadimlərinin misilsiz xidmətlərinin yüksək dəyərləndirilməsi, onların zəngin irsinin öyrənilməsi və təbliğinin dövlət səviyyəsində qeyd olunması Cümhuriyyətimizin qurucularına, xüsusilə də bugünkü müstəqil Azərbaycan Respublikasının siyasi, strateji, ideoloji, maddi-mənəvi, dövlət atributlarına hörmət və dəyərdir. 
Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti zaman etibarilə böyük bir dövrü əhatə etməsə də, XX əsr Azərbaycan tarixində xüsusi rol oynayıb. Dövrün tələbi və milli mənafeyimiz naminə bərqərar olan respublika, milli sərvətlərimiz üzərində ali hakimiyyət hüququ əldə etməklə xalqımızın beynəlxalq aləmdə tanınması yolunda da mühüm addımlar atdı. XIX əsrin ilk illərindən çarizmin zülm yükünü öz üzərində daşımağa məcbur olmuş bir xalq 1918-ci ilin 28 mayında milli istiqlaliyyətini elan etdi, müstəqil daxili və xarici siyasət yeritmək imkanı əldə etmiş oldu. Məmməd Əmin Rəsulzadə və onun məsləkdaşları qısa bir vaxtda yurdumuzun müstəqil bir ölkə kimi beynəlxalq aləmdə tanınmasına heç də asan yolla nail olmadılar, qarşıya son dərəcə ciddi maneələr çıxırdı. Bu maneələrin yaranmasında müstəmləkəçi dövlətlərlə, eləcə də regional güclərlə yanaşı, xalqımıza düşmən kəsilmiş erməni daşnakları da az rol oynamırdılar. AXC-nin süqutu ilə biz əsrlərdir arzuladığımız, mili dövlətçiliyimizi, milli ordumuzu, milli burjuaziyamızı, milli məfkurəmizi, ziyalarımızı, ərazimizin 30 min kvadrat kilometrini, dövlət müstəqiliyimiz bütün atributlarını, milli istiqlaliyyətimizi itirdik. Buna baxmayaraq AXC qurucuları özlərinin mühacirət həyatında Azərbaycan və müstəqillik ideyalarını öz yazılarında və həyat tərzlərində öz qanları və canları hesabına yaşadaraq bizlərə əmanət etdilər. Bu gün bizlər həmin müqəddəs amala sahib çıxmalı, Azərbaycan dövlət müstəqiliyini öz qanımız, canımız və milli mübarizəmiz sahəsində yaşatmalıyıq. Bu baxımdan da 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Ermənistan, Gürcüstan, Türkiyə, Dağlılar Respublikası və Türküstanda diplomatik nümayəndəliyi, İranda səfirliyi, Kuban və Don hökumətləri yanında səlahiyyətli nümayəndəsi, Paris Sülh Konfransında səlahiyyətli nümayəndə heyəti fəaliyyət göstərdiyi yerlərin önlərində xatirə lövhələrinin vurulması milli tariximiz və dövlətçiliyimiz baxımdan əhəmiyyətli, faydalı olardı. Müasir Azərbaycan gəncliyi təbii dövlətçilik ruhunda, bir sözlə, dövlət tərbiyəsində böyüməlidir. Bunun üçün KİV-in, orta və ali təhsil olacaqlarının, elm mərkəzlərinin, səfirliklərimizin, diasporamızın üzərinə böyük məsuliyyət düşür. Bu məsələdə xalq-dövlət birliyi son dərəcə vacibdir. Bununla bağlı hər bir Azərbaycan vətəndaşı öz milli maraqları və dövlətçiliyi üçün əlindən gələni etməlidir. Bu baxımdan Allah bizə verdiyi müstəqilliyi qorumalı və ona sahib çıxmalıyıq. Buna görə də AXC hər bir quruculuğunda, onun təşkilində əməyi keçən hər bir şəxsi hörmətlə anmalıyıq”.
- Ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin irsinin qorunmasında xidmətləri barədə nə deyə bilərsiniz?
- Ümummilli lider Heydər Əliyevin 1990-cı ilin iyulunda Naxçıvana qayıdışı və Naxçıxanda milli dövlətçiliyimizin bərpası istiqamətində atdığı tarixi addımlar Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edib. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində bir çox məsələlər müzakirə olunub, “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilməsi son dərəcə vacib məsələlər idi. Xüsusi qeyd etmək lazımdır ki, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Bununla əlaqədar ümummilli lider Heydər Əliyevin öz əli ilə yazdığı Ali Məclisin Qərarında deyilirdi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi qərara alır: 1. İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin. 2. Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi – Dövlət Himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin. 3. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının, bütövlükdə, Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin.
Təbii ki, Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın üçrəngli bayrağının Naxçıvanda dalğalanması, dövlət atributlarımızla bağlı çox mühüm qərarlar qəbul edilməsi, kommunist partiyasının hökm sürdüyü bir dövrdə böyük cəsarətlə qəbul edilmiş həmin qərarlar qəbulu Azərbaycanın müstəqillik yolunda önəmli hadisə idi. Həmin tarixi hadisə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda Dövlət Bayrağı kimi təsdiq edildi... Bizim müstəqilliyə gedən yolumuz o gündən başlayıb. Məhz Xalq Cümhuriyyətinin bayrağının Dövlət Bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan verib”.
Cümhuriyyət qurucularının həyat və fəaliyyətləri yetərincə araşdırıldırılıb. Xalqımız 1991-ci ildə yenidən öz dövlət müstəqilliyini əldə etdikdən sonra bu sahədə bir çox araşdırmalar aparılıb. Təbii ki, yenə də xaricdə sənədlər və materiallar var. Onlar da araşdırılmalıdır. Yeni dissertasiyalar yazılmalı, əsər və kitablar çap edilməlidir. Çünki həmin dövrlə bağlı istər Türkiyə, Gürcüstan, İran, və s. ölkələrində mətbuatında da yazılar çap edilib.
Fikrimcə, yaxşı olardı ki, araşdırma apararkən həmin dövrdəki ictimai-siyasi və tarixi vəziyyət nəzərə alınsın. AXC qurucularına, eləcə də tariximizə milli və dövlətçiliyimiz baxımından yanaşılsın. Cümhuriyyət qurucularının həyat və fəaliyyəti ana dilimizlə yanaşı, xarici dillərdə nəşr olunsun. Xüsusilə də həmin əsərlər xarici ölkə müəllifləri ilə birgə, xarici ölkələrdə çap olunsun. Çünki Azərbaycan təbliğatı üçün son dərəcə vacibdir. Tariximizə, dövlətçiliyimizə, ordumuza, bir sözlə Azərbaycanımıza hər sahədə xidmət edən hər bir kəsin həyatını və fəaliyyətini öyrənmək bizlər üçün son dərəcə vacib olmalıdır və vacibdir də. AXC haqda ayrıca Muzeyin yaradılması, Milli Kitabxanada ayrıca bölümün yaradılması, abidələrin qoyulması, adların küçə, prospekt və mədəniyyət mərkəzlərinə verilməsi, yaşadıqları evlərin qabağına xatirə lövhəsinin vurulması, parkların salınması və s. işlərin görülməsi məqsədəuyğun olardı.
Cümhuriyyət dövrü ilə bəzi xarici ölkələrdə arxiv sənədləri araşdırılıb, bu gün də davam edir. Əsasən Türkiyə, Fransa, Rusiya, İran, İngiltərə və s. fikrimizcə arxiv sənədləri tamamilə araşdırılıb, tapılmalı, onların hamısı ölkəmizə gətirilməlidir. Həmin sənədlər Azərbaycan hər hansı Muzeydə qorunub saxlanılmalıdır. Bunun üçün yaxşı olardı ki, ayrıca bir muzey ayrılsın. Sırf Azərbaycan Xalq Cümhuriyyəti muzeyi. Mən İran və Türkiyədə olan əsər, kitab və sənədlərə baxmışam. Doğurdan AXC qurucularının əsər, fikir və fəaliyyətlərinə nəzər yetirdik də, görürsən ki, onlar nəinki Azərbaycan, eləcə də Türki-İslam aləmin üçün də çox böyük işlər görmüşlər. Həqiqət də onların fikir və elm adamları olduğunun şahidi olursan. Bu baxımdan da Cümhuriyyət dövrümüzlə bağlı xarici ölkələrdəki bütün arxiv sənədləri araşdırmalı, üzə çıxarılmalı və təbli edilməlidir.
Xüsusilə də AXC-nin xarici siyasəti, xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, erməni terrorizminə qarşı mübarizə, xüsusi xidmət qurumlarının, milli ordumuzun fəaliyyəti və s. məsələlər haqda məlumatların tam araşdırılıb üzə çıxarılması Azərbaycan tarixşünaslığı üçün çox faydalı olardı. Bundan başqa qeyd olunan məsələlərlə bağlı xarici tarixşünaslıqda, elmi ədəbiyyatda, mətbuatda yazılan məsələlərin Azərbaycan ictimaiyyətinə çatdırılması mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. 
- Ümummilli lider Heydər Əliyevin 1 fevral 2003-cü il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” Sərəncamı, 2007-ci il 25 mayda İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin Prezident İlham Əliyev tərəfindən açılışını necə qiymətləndirisiniz?
- AXC dövrünü yüksək qiymətlədirən ümummilli lider Heydər Əliyev deyirdi: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yayıb və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarıb”. "1997-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 79-cu ildönümünə həsr olunmuş təntənəli yığıncaqda Azərbaycan Prezidenti Heydər Əliyev 1918-ci ilin mayına qədər Cənubi Qafqazda, о cümlədən Azərbaycanda baş verən siyasi hadisələrə qiymət verərək qeyd edir: "Azərbaycan Xalq Cümhuriyyəti elan olunana qədər bu bölgədə mövcud vəziyyət son dərəcə mürəkkəb olub. Birinci Dünya Müharibəsi və onun nəticələri bu bölgəyə ağır təsir göstərib". Azərbaycanın dövlət müstəqilliyinin 11-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə AXC-nin fəaliyyətinə xüsusi qiymət verən Azərbaycan Prezidenti Heydər Əliyev öz çıxışında deyib: "Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda çox işlər gördü. İlk dəfə olaraq müsəlman Şərqində demokratik bir respublika yaratdı. İlk dəfə olaraq Azərbaycan xalqı müstəqil yaşamaq şəraitinin nə olduğunu hiss etdi və gördü". Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümü ilə bağlı tədbirdə Heydər Əliyev AXC rəhbərlərinin siyasi fəaliyyətini xüsusi vurğulayaraq bildirib: "Onlar öz cəsarətli fəaliyyətləri ilə Azərbaycanda ilk müstəqil dövlətin qurulması üçün güclü addımlar atdılar. Xalqımıza müstəqillik ənənələri qoyub getdilər".
AXC-nin siyasi və hüquqi varisi olan müstəqil Azərbaycan Respublikası AXC dövrünün bütün dövlət atributlarını özündə tam ehtiva edir. Bu baxımdan Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 30 yanvar 1998-ci il tarixli, 731 saylı Sərəncamı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi ilə bağlı Dövlət Komissiyası yaradılmış, 22 fevral 1998-ci il tarixli, 750 saylı Sərəncamı ilə həmin komissiyanın tədbirlər planı, 16 may 2017-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı, eləcə də 16 may 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı haqda imzalanmış sərəncamlar son dərəcə siyasi, hüquqi və tarixi əhəmiyyət kəsb edir.
Cənab Prezidentin imzaladığı sərəncamda qeyd edilir ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü”.
Xüsusilə də bəzi hallarda bayraqla, himnlə, dövrlə, ayrı-ayrı AXC qurucularla, ictimai-siyasi və məsələlərlə bağlı öz fikrini bildirənlərə cənab Prezident Sərəncamda hüquqi, tarixi və əsaslı şəkildə cavab vermişdir: 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.
Belə ki, sərəncamın sonunda qeyd olunduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin”. Cənab Prezident İlham Əliyevin dediyi kimi, “necə ki bu gün biz AXC ilə fəxr edirsə, Cümhuriyyət qurucuları da bugünkü Azərbaycanı görsəydilər fəxr edərdilər”.
Cənab Prezident İlham Əliyev vurğulayıb ki, bizim gənc nəslimiz, əlbəttə ki, tarixi olduğu kimi bilməlidi:“Mən oxuduğum dövrdə biz təhrif edilmiş tarixi öyrənirdik. Azərbaycan xalqının qanını axıdan daşnak-bolşevik bandalarının rəhbərləri qəhrəman kimi təqdim edilirdi. Mən məktəbdə və ali məktəbdə oxuyarkən bu kitablar, bu saxta tarix kitabları əsasında oxumuşam. Biz müstəqilliyə qovuşandan sonra real tarixi bildik. Qəhrəmanlar düşmən kimi göstərilirdi, düşmənlər qəhrəman kimi. Ona görə, biz - sovetlər birliyində yaşamış insanlar, - sovetlər birliyi dağılanda mənim 30 yaşım var idi, bütün təhsilimi bitirmişdim, - ondan sonra öyrəndim ki, bizə nə qədər ziyanlı və saxta tarix təqdim edilib. Ona görə indiki şəraitdə biz həm qədim tariximizi, eyni zamanda, müasir tariximizi olduğu kimi təqdim etməliyik və bu sahədə bərabər çalışacağıq.
Ədliyyə Nazirliyinin 9 saylı cəzaçəkmə müəssisəsində 7 məhkuma əfv sərəncamı şamil edilib.
Publika.az xəbər verir ki, onların 7-si də azadlığa buraxılıb.
Azadlığa buraxılanlar arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, general-mayor Teymur Quliyev və MTN-in digər vəzifəli şəxsləri var.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 28 May - Müstəqillik Günü münasibətilə paylaşım edib.
Publika.az xəbər verir ki, paylaşımda deyilir:
"Bütün Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!".
130 illik yubileyi ərəfəsində Ankarada abidəsi qoyulan milli-istiqlal şairimiz Əhməd Cavadın adına yeni prospekt verilib.
Publika.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya Əhməd Cavadın ailə üzvləri məlumat verib.
Məlumata görə, Ankaranın Etimusgut bələdiyyəsinin sədri Ənvər Dəmirəlin təqdimatıyla Ankara Şəhər Bələdiyyəsi Məclisi yekdilliklə qərar qəbul edib.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində əf sərəncamının icrası davam edib. 
Publika.az xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə 27 nəfər məhkuma şamil olunub. 
Həmin şəxslərdən 22-si azadlığa buraxılıb, 5 nəfərin cəzası yarıya endirilib. 
Azadlığa buraxılanlar arasında Gəncə məhbusları və jurnalist də var. Jurnalist Zöhrab Əliyev də azadlığa buraxılıb.
<span style='font-size:21px;font-family:"Times' new roman",serif;'>“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında Türkiyə Səhiyyə Nazirliyinin stendi də nümayiş olunur. Burada Türkiyə Səhiyyə Xidmətlərində Keyfiyyət və Akkreditasiya İnstitutu (TÜSKA) xidmətlərini festival iştirakçılarına təqdim edir. Stenddə “TURKOVAC” peyvəndi də göstərilir və sınaq üçün maraqlanan şəxslərə təqdim olunur.
<span style='font-size:21px;font-family:"Times' new roman",serif;'>Türkiyə Səhiyyə Nazirliyinin nəznində Sağlamlıq İnstitutları Təşkilatının layihələr şöbəsinin müdiri, molekulyar genetika üzrə mütəxəssis Batuhan Yeşilyurt Publika.az-a açıqlamasında peyvəndlə bağlı məlumat verib və onun Azərbaycanda tətbiq olunmasından danışıb:
<span style='font-size:21px;font-family:"Times' new roman",serif;'>“TURKOVAC” üzərində 20 aydan çox müddətdə çalışdıq. Pandemiya ağır keçdi. Nəticədə, dünyada vaksinini özü istehsal edən 9 ölkədən biri də biz olduq. Təbii ki, bu, türk dünyası üçün böyük addımdır. Bu vaksinin hazırlanması ilə pandemiya vəziyyətində türkün gücü bir daha nümayiş olundu. Məqsədimiz vaksinə ehtiyacı olan ölkələrə ümid, xəstəliklərə şəfa olmaqdır. Pandemiyanın tam sona çatdığı barədə hələ danışa bilmirik. Hazırda pandemiya Türkiyənin gündəmində deyil. Vaksin olunanların sayı kifayət qədər çoxdur. Çox qısa müddətdə yerli imkanlarla belə bir vaksinin hazırlanması böyük uğurdur. Süni tənəffüs aparatlarının az olması, maska qıtlığı dünyada ciddi çətinliklər yaratdı” - o, qeyd edib.<span style='font-size:21px;font-family:"Times' new roman",serif;'><img src="https://cdn.azerforum.com/2022/05/28/6221088.jpg" style="width:;" 445px; height: 296.667px;" class="fr-fic" fr-dib fr-fil"/>
<span style='font-size:21px;font-family:"Times' new roman",serif;'>Mütəxəssisin sözlərinə görə, elmi olaraq bir vaksinin hazırlanma müddəti 6 ildir: “Bu müddəti rekorda imza ataraq 22 ayda tamamladıq. Türkiyədəki işlər başa çatdıqdan dərhal sonra sınaqlar üçün vaksini ilk olaraq qardaş ölkə Azərbaycana təqdim etdik. Digər ölkələrlə də əməkdaşlığımız davam edir. Pakistan, Qırğızıstan, digər türk dövlətlərindən də vaksinin sınaq mərhələsində iştirak üçün müraciət edənlər oldu. Biz də bu müddətdə ikili əlaqələri təkmilləşdirdik. Türkiyədə vaksinasiya davam edir. Pandemiyanın başladığı müddətlə müqayisədə yoluxma sayı aşağı enib. Lakin bu, vaksinə ehtiyac olmadığı anlamına gəlmir. Əksinə, hazırlıqlı olmaqda fayda var. İki doza ilə yanaşı, üçüncü dozanın olması üstünlükdür. Nəzərə alaq ki, qış aylarında mövsümi xəstəliklər aktiv olur. Bu xəstəliklərin COVID-19 kimi xəstəliklərlə qarışmaması üçün vaksin olunmaq tövsiyə edilir. Dünyada pandemiya hər zaman olub, COVID-19 ilk deyil. Koronavirus bu gün ilk yayıldığı gündəki kimi güclü deyil”. 
<span style='font-size:21px;font-family:"Times' new roman",serif;'>Batuhan Yeşilyurt ölkəmizdə “TURKOVAC”-ın sınaq mərhələsindən danışıb və bildirib ki, iştirak etmək üçün könüllülərin adlarını toplamağa başlayıblar: “Burada insanların böyük qismi 3 doza vaksin olunub. Qalan insanlardan “TURKOVAC”a maraq gözləyirik. İki doza inaktiv vaksin olunan, COVID-19 xəstəliyinə yoluxmayan 18-65 yaş arasındakı şəxslər Bakı Sağlamlıq Mərkəzinə sınaqlarda iştirak etmək üçün müraciət edə bilərlər. Azərbaycandan sınaqlarda iştirak üçün 300 nəfər könüllüyə ehtiyac var. Bununla Azərbaycanda vaksinin sınaq mərhələsini başa çatacaq. Həmçinin, “TURKOVAC” daha da geniş istifadə olunacaq. Türkiyədə artıq kəndlərdə də vətəndaşlar üçüncü doza olaraq "TURKOVAC" vaksini olunub”.
<span style='font-size:21px;font-family:"Times' new roman",serif;'>“TURKOVAC”ın Azərbaycanda sınaq mərhələsinin nə zaman başlanılmasına gəlincə, mütəxəssis qeyd edib ki, könüllülərin toplanır və say 300 nəfər olduqdan sonra sınaq mərhələsinə start veriləcək: “Əgər iyun ayına qədər bu limit tamamlanarsa, işlərə başlayacağıq. Türkiyədə 4 və 5-ci doza da “TURKOVAC” istifadə olunacaq. “TEKNOFEST” çərçivəsində vaksinə də böyük maraq var. Müraciət edən şəxslərin adlarını Bakı Sağlamlıq Mərkəzinə təqdim edirik. Randevu təyin olunur və onlar vaksin üçün müayinədən keçirlər. Bütün müayinələr pulsuzdur”. 
<span style='font-size:21px;font-family:"Times' new roman",serif;'>Batuhan Yeşilyurt meymunçiçəyi virusundan və bunun üçün vaksinin hazırlanmasına ehtiyacın olub-olmamasından da danışıb: “Hazırda Türkiyədə meymunçiçəyi virusuna yoluxma qeydə alınmayıb. Təbii ki, bununla bağlı Türkiyə Səhiyyə Nazirliyi tədbirlər görməyə başlayıb. Biz də bu məqamda üzərimizə düşəni etməyə hazırıq. Elmi araşdırmalar aparmaq öhdəliyimizdir. Eynilə “TURKOVAC”da olduğu kimi, bu istiqamətdə də tədqiqatlar aparmağa hazırıq”.
1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradıldı. 
Cümhuriyyət hökumətinin fəaliyyətinə böyük dəyər verən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarının birində demişdir: 
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır.” 
Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Xalq Cümhuriyyəti böyük dövlətçilik tarixinə malik olan Azərbaycanın həyatında müstəsna əhəmiyyət kəsb edən rol oynaya bildi. AXC dövründə müstəqil dövlət quruculuğu baxımından mühüm olan bir çox qərarlar qəbul edildi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı yaradıldı, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı. Ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atıldı, xalqın maariflənməsi və milli mədəniyyətimizin inkişafı xüsusi diqqət mərkəzinə alındı. XX əsrin əvvəllərində, bütün dünyanın siyasi nizamının yenidən qurulduğu bir dövrdə istiqlaliyyətini elan etməklə Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, xalqımız müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir. 
Dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyev XX əsrin əvvəllərində 23 ay ərzində fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti ilə 1991-ci ildə müstəqillik qazanmış Azərbaycan Respublikası arasında əlaqəni yüksək qiymətləndirirdi. 2001-ci il oktyabr ayının 18-də Milli Müstəqillik Günü münasibətilə etdiyi çıxışında Ulu öndər demişdir: 
“Bu gün Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktından danışarkən mütləq qeyd etmək lazımdır ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə mövcud olmuş Xalq Cümhuriyyətinin bərpasıdır. Biz onların varisiyik, onların işinin davamçılarıyıq – ancaq yeni şəraitdə, yeni bir tarixi zamanda”. 
Cümhuriyyətin dövlətçilik tariximizdəki rolu bu gün də daim ehtiramla xatırlanır, bu tarixə böyük diqqət göstərilir. Hazırda qeyd etdiyimiz Azərbaycanın Respublika Günü, Ordu Günü, Bayraq Günü kimi bayramları məhz 1918-ci ildə yaradılmış dövlət idarəetmə strukturlarının tarixi ilə müəyyən olunub. Xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu vurğulamışlar. Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları xüsusi olaraq qeyd olunmalıdır. 
Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan edib. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması da bilavasitə ümummilli liderin adı ilə bağlıdır. 
Azərbaycan XX əsrdə iki dəfə öz müstəqilliyini elan edib. Birinci dəfə bu müstəqlliyə 1920-ci ildə Azərbaycanın sovet bolşevik qoşunları tərəfindən işğalı ilə son qoyuldu. Həmçinin oxşar sonluq Azərbaycanı 1993-cü ildə də gözləyirdi. Lakin bu dəfə Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin müdaxiləsi düşmən qüvvələrin planlarını alt-üst etdi və müstəqilliyimiz əbədi oldu. 
Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və dinamik inkişaf yoluna qədəm qoydu. 
Bu gün Heydər Əliyev siyasi kursu, əsasını qoyduğu islahatlar ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə cavab verən yeni kontekstdə uğurla davam etdirilir. Bunun nəticəsi olaraq Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Məhz dövlət başçımızın yürütdüyü praqmatik daxili və xarici siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan 2020-ci ildə özünün dövlətçilik tarixində indiyədək əldə etdiyi uğur və nailiyyətlərin ən böyüyünə, ən şərəflisinə imza atdı. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə qazanaraq Ermənistanın 30 il işğal altında saxladığı ərazilərini geri qaytardı və bununla da ölkənin ərazi bütövlüyü bərpa olundu. 
Vətən müharibəsinin nəticələri olaraq Cənubi Qafqazda yaranmış yeni reallıqlar həm Azərbaycan üçün, həm də digər region ölkələri və qonşu dövlətlər üçün daha geniş inkişaf perspektivləri açıb və məhz Azərbaycan bu reallıqların müəllifidir. Artıq Azərbaycan sadəcə Cənubi Qafqazda deyil, bütün Avrasiya məkanında həyata keçirilən ən önəmli transmilli layihələrin vacib iştirakçısı, bir çox hallarda isə təşəbbüskarı kimi tanınır və qəbul olunur. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi, hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi və digər mühüm nailiyyətlər müasir Azərbaycanın real gerçəkliklərini qabarıq şəkildə əks etdirir. 
Əfv sərəncamının icrası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində keçirilib.
Publika.az xəbər verir ki, sərəncam müəssisədəki 11 məhkuma şamil olunub.
Onlardan 7 nəfər azadlığa buraxılıb, 4 nəfərin isə cəzası yarıya endirilib.
Azadlığa buraxılanlardan üç nəfəri Gəncə hadisələrinə görə həbs edilən məhbuslardır.
Onlara müvafiq ərizələr təqdim edildikdən sonra azadlığa buraxılıblar.
Bundan başqa, 11 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən 7 məhkuma əfv sərəncamı şamil edilib. Onlarda 3 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Müəssisədə cəza çəkən 4 məhkumun isə cəzası azaldılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət agentliyi: “Hazırda ”Goranboy Gips“in ərazidə talama, zəbtetmə və ya kənarlaşma halına yol verilməsi müəyyən edilir...“
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi “Goranboy Gips” ASC-nin istifadəsində olan gips yataqlarında monitorinq aparıb və talançılıq faktlarını müəyyən edib.
Publika.az xəbər verir ki, bu haqda “Yeni Müsavat” əməkdaşının sorğusuna cavab olaraq Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Monitorinq şöbəsinin müdiri Zaur Səidi məlumat verib. Şöbə müdiri deyib ki, “Goranboy Gips”in istifadəsində olan yataqlarda monitoriq keçirilib: “Orada həm ”Goranboy Gips"ə ayrılmış ərazinin daxilində, həm də ərazinin xaricində fəaliyyət göstərilməsi müəyyən olunub. Hazırda bununla bağlı hüquqi tədbirlər görülməkdədir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış faktlar hüquq mühafizə orqanlarına və ya məhkəməyə göndərilir. Qanun pozuntuları ilə bağlı hüquq tədbirlərin görülməsi üçün proses davam edir".
Şöbə müdiri deyib ki, toplanmış materiallar Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Hüquq şöbəsinə təqdim olunub: “Bizdə bu məsələlərlə Hüquq şöbəsi baxır. Monitorinqin nəticələri şirkət rəhbərliyinə də təqdim olunub. Tərtib etdiyimiz aktın bir nüsxəsi ”Goranboy Gips" rəhbərliyində var. Bizim aktın bir nüsxəsini sahibkara təqdim etmək borcumuzdur. Hazırda “Goranboy Gips”in ərazidə talama, zəbtetmə və ya kənarlaşma halına yol verilməsi müəyyən edilir".
Şöbə müdiri deyib ki, ilkin olaraq “Goranboy Gips” ASC-nin ayrılmış ərazidən kənarlaşması müəyyən edilib: “Digər 2 halın müəyyən olunması və qiymətləndirilməsi hüquq mühafizə orqanının, məhkəmənin səlahiyyətindədir”.
Zaur Səidi “Goranboy Gips”ə ayrılan ərazidən kənarlaşması nəticəsində dövlətə dəyən ziyanın neçə milyon manat olmasını aydınlaşdırmaq səlahiyyətinin hüquq mühafizə orqanlarına aid olduğunu vurğulayıb.
“Goranboy Gips”lə bağlı toplanmış materialların hüquq-mühafizə orqanlarına göndərilib-göndərilməməsi barədə məlumatsız olduğunu deyib.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mətbuat xidmətinin rəhbəri Nigar Orucova “Yeni Müsavat” əməkdaşına bildirib ki, toplanmış materialların hüquq-mühafizə orqanlarına göndərilib-göndərilməməsi barədə məlumatın verilməsi Monitorinq şöbəsi rəisinin səlahiyyətindədir. Zaur Səidi isə israr edib ki, belə məlumatları mətbuat xidməti açıqlamalıdır.
“Yeni Müsavat”ın 29 aprel 2022-ci il tarixli sayında “Ziya Məmmədovun qohumları Goranboyda gips yataqlarını talan edir” sərlöhvəli yazıda “Goranboy Gips” ASC-yə məxsus yataqları talan etməsi iddialarının olması barədə məlumat vermişdik. Talançılığın “Goranboy Gips”ə ayrılan karxananın sərhədlərini aşdığı deyilirdi.
Qeyd olunurdu ki, ASC-nin sahiblərindən olan Aydın Qasımov əraziyə buraxılmır. Ona dividend verilməsindən də imtina olunur. Əsas gətirilir ki, guya “Goranboy Gips” mənfəətlə işləmir, ona görə də Aydın Qasımova ASC-dəki 37 faizlik payına görə dividend ödənilmir. Faktiki isə vəziyyət tam başqadır. “Goranboy Gips”in yataqlarından çıxarılan gips ölkənin bütün sement zavodlarına satılır. Hətta Gürcüstana da 100 min tonlarla gips daşınır. Aydın Qasımova dividend verilməməsi ilə yanaşı onun özünü mərhum qardaşı ilə qurduğu ASC-yə buraxmırlar.
Yada salaq ki, Ziya Məmmədov 2006-cı ildən başlayaraq Füzuli Qasımov və qardaşı Aydın Qasımova məxsus “Goranboy Gips” MMC-ni əllərindən almaq üçün hərəkətə keçmişdi. 2011-ci ildə isə MMC uğrunda savaş amansız fazaya adlamışdı. Sabiq nazir qardaşlara qarşı qanunsuz dəstələrdən tutmuş, o zaman qeyri-rəsmi kuratorluğunda olan Goranboyun icra başçısı Nizaməddin Quliyevi də başının dəstəsi ilə birgə səfərbər etmişdi. Qasımovlar məhkəmələrə çəkilir, qorxudulur, həbs ediləcəkləri ilə təhdid olunurdular. O zaman zorakı və inzibati üsullarla Aydın Qasımovu geri addım atmağa məcbur etdilər. O, Ziya Məmmədovun tələbləri ilə razılaşmaq məcburiyyəti ilə üz-üzə qoyuldu.
 Füzuli Qasımov
Onun MMC-dəki payına qanunsuz yollarla sahibləndikdən sonra qardaşı Füzuli Qasımova qarşı əsl “səlib yürüşü” başladı. 2012-ci ilin martında Füzuli Qasımov “Yeni Müsavat”a müraciət edərək üzləşdiyi haqsızlıqlarla bağlı yazı hazırlamağımızı xahiş etmiş, əməkdaşlarımızı Goranboya dəvət etmişdi. İstəyi bu idi ki, o vaxt nəqliyyat naziri olan Ziya Məmmədovun ona qarşı qanunsuzluqları ictimailəşsin, məsələ ölkə rəhbərliyinin diqqətinə çatdırılsın.
Həmin vaxt iş adamının dəvətini qəbul edib Goranboya getmişdik və “Yeni Müsavat”ın 2012-ci il aprelin 1-dəki sayında “Nəqliyyat naziri Qarabağ veteranının əmlakını əlindən alır” sərlövhəli yazı dərc etmişdik. Füzuli Qasımov Ziya Məmmədovun “Goranboy Girp”sə məxsus olan və rayonun Yuxarı Ağcakənd kəndindəki karxanalarını nəyin bahasına olursa-olsun əllərindən almağa çalışdığını açıqlamışdı. Həmin yazıdan sitat: “2000-ci ildə I Özəlləşdirmə Proqramı çərçivəsində Goranboy rayonunun Yuxarı Ağcakənd kəndində yerləşən gips karxanalarının bir çoxu özəlləşdirilib. Biz də özəlləşmədə iştirak edərək gips karxanaların birini özəlləşdirdik. Sovet vaxtı ”Goranboy Gips" ASC Yuxarı Ağcakənd Gips Kombinatı adlanırdı. Kombinatın rəhbərliyi və işçilərinin 90 faizi ermənilər idi. Qarabağ müharibəsi başlayandan sonra Goranboyda könüllü özünümüdafiə batalyonu yarandı. Ermənilər kombinatı qoyub qaçdılar. Bizlər dədə-babamızdan qalan silahlarla torpaqlarımızı ermənilərdən müdafiə etdik. Həmin karxanalar düşmən sərhədinin 1 kilometrliyində yerləşir. 1995-ci ilə kimi döyüşdük. Biz olmasaydıq, indi Ziya Məmmədovun bizdən almaq istədiyi torpaqlar erməninin tapdağı altında idi. “Goranboy Gips” ASC-nin özəlləşdirilməsi 2003-cü ildə başa çatıb. ASC-nin 58,4 faiz səhm paketi mənə, 32,5 faizi isə qardaşım Aydına məxsusdur. Hazırda müəssisədə 85 nəfər işləyir. Burada işləyənlərin böyük əksəriyyəti bu torpaqların ermənilərdən azad olunmasında iştirak edən Qarabağ veteranlarıdır. 2006-cı ildə nəqliyyat naziri Ziya Məmmədovun adamları mənə ölkə rəhbərliyinin adından təzyiqlər etdilər ki, karxananı onlara verim. Vermədim. Bundan sonra qurğu qurub məni həbs etdirdilər. Həbsdə olanda təklif etdilər ki, müəssisənin 50 faizini onlara - yəni Ziya Məmmədova verim. Dedilər ki, bu bizim yazılmamış qanunumuzdur. Məcbur olub “Goranboy Gips” ASC-nin səhmlərinin 50 faizini onlara etibarnamə ilə verdim. İndi də bütün səhmlərimi əlimdən almaq istəyirlər".
Füzuli Qasımov 2015-ci ilin martınadək MMC-dəki payını özündə saxlamaq üçün mübarizə apardı. Həmin ilin martında isə Bakıda, Yasamal rayonu ərazisində icarəyə götürdüyü ofisdə meyiti aşkarlandı. İstintaq Füzuli Qasımovun intihar etməsi qənaətinə gəldi, elə bu “əsas”la da cinayət işi bağlandı. Sahibkarın “Goranboy Gips”dəki payı uğrunda mübarizədə Ziya Məmmədov istəyinə çatdı. Füzuli Qasımovun əlində silah erməniyə vermədiyi gips yataqları onun meyiti üzərindən Ziya Məmmədovun əlinə keçdi.
Hazırda mərhum sahibkarın qardaşı Aydın Qasımov Gəncə Apelyasiya Məhkəməsinin inzibati-iqtisad kollegiyasında haqqını bərpa etməyə çalışır. Ona və mərhum qardaşı Füzuli Qasımova məxsus paylar üzrə divident ödənilməsinə nail olmağa, yataqların cinayətkarcasına istismarının önlənməsinə xidmət edən məhkəmə qərarının verilməsini istəyir.
Onu da xatırladaq ki, “Goranboy Gips” Qasımovlardan zor gücünə alınandan sonra bu gün “Fortis” adı ilə fəaliyyətdə olan, o zaman “ZQAN”a daxil olan “Azbentonit”ə ötürülüb. Hazırda mərhumun “Goranboy Gips”dəki payı Ziya Məmmədovun qardaşı qızının və digər qohumlarının sərəncamındadır. Bu gün Yuxarı Ağcakənddə yerləşən respublikanın ən böyük gips yataqları çox geniş şəkildə istismar olunur. Hətta istismar olunan yataqlarda ekoloji tələblərin çox kobud şəkildə pozulması, cinayətkarcasına talançılıq halları var. Məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması zərurəti ortadadır...
<span style='font-size:21px;font-family:"Times' new roman","serif";color:black;'>ABŞ, Avropa İttifaqı və Ukrayna arasında müharibənin necə bitəcəyinə dair fikir ayrılıqları var.
Publika.az xəbər verir ki, bu barədə “Nyu-York Times” nəşri yazır.
Nəşr qeyd edir ki, son bir neçə gündə İtaliya atəşkəs təklifi alıb, Ukrayna isə Rusiyanı 24 fevraldan əvvəlki sərhədlərə sıxışdırmağı, sonra müzakirələrə başlamağı planlaşdırır: “Müharibədən üç ay keçdikdən sonra daha nə etməli sualı önə çıxır. ABŞ Rusiyanı dünya iqtisadiyyatından tamamilə çıxarmaq istəsə də, Avropada Putini təcrid etmək və alçatmağın təhlükəli olduğu haqda düşüncələr var. ABŞ-ın ambisiyaları artır, Bayden Administrasiyası Rusiyanı cəzalandırmaq, Putini zəiflətmək, NATO-n gücləndirmək və Çinə mesaj göndərmək istəyir. Sübut etmək istəyir ki, təcavüz ərazi əldə etməklə mükafatlandırılmır”.
Nəşr real danışıqlar başlayacağı halda Zelenski və Qərb müttəfiqlərinin hansı mövqeyi tutacağını aydınlaşdırmağa çalışıb.
“Amerikalıların bəyanatı göstərir ki, Bayden Rusiyaya maksimum zərər vurmaq, Putini “strateji məğlubiyyətə” düçar etmək, beləliklə Qərb və Çin-Rusiya oxu arasında yellənən ölkələri öz çətiri altına almaq istəyir. Bunun fonunda Avropa İttifaqında fikir ayrılıqları hökm sürür. Macarıstan Rusiya neftinə embarqonu bloklayır, Mərkəzi və Şərqi Avropa liderləri Putinlə danışmaq ideyasını belə rədd edir, Fransa, İtaliya və Almaniya isə uzun sürən müharibənin iqtisadi zərərindən narahatdır və Rusiyaı əbədi olaraq təcrid etməyin mümkünsüz olduğu qonşu olaraq görürlər”, - məqalədə deyilir.
<span style='font-size:19px;font-family:"Times' new roman","serif";'>Publika.az “Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılla müsahibənin ikinci hissəsini təqdim edir:
<span style='font-size:19px;font-family:"Times' new roman","serif";'>Birinci hissəni <span style='font-size:19px;font-family:"Times' new roman","serif";'>BURADAN<span style='font-size:19px;font-family:"Times' new roman","serif";'> oxuya bilərsiniz.
<span style='font-size:19px;font-family:"Times' new roman","serif";'>- Şəhla xanım, Azərbaycanda gender bərabərliyi ilə bağlı durum necədir?
<span style='font-size:19px;font-family:"Times' new roman","serif";'>- Azərbaycanın hər yeri eyni vəziyyətə malik deyil, Bakının özü bir başqa, kəndləri isə tamam başqadır. Məsələn, Bakı bu məsələdə rayonlardan 50 il öndədir, rayonlar da Bakının kəndlərindən 50 il qabaqdadır. Bakı ilə kəndlərinin inkişafı arasında 100 il zaman lazımdır ki, onlar paytaxtın durumuna gəlib çata bilsin. Bakı kəndlərinin hansında görmək mümkündür ki, qızlar kafe səviyyəsində toplaşıb adicə ad günlərini qeyd etsinlər. Ancaq ildən-ilə müsbətə doğru gedir. Cəmiyyət inkişaf edir, ölkə getdikcə müasirləşir. İnsanların xarici ölkələrə, o cümlədən də Qərbə çatımlılığı artır. Hazırda patriarxal yanaşmalara sahib olsa da, Azərbaycan cəmiyyətinin qayəsi müasirliyə, inkişafa yönəlikdir. Bu addımlarla bizim gender bərabərliyinə çatmağımız uzun illər çəkəcək. Çünki 3 səviyyədə problem var. Birinci səviyyə qanunlarla bağlıdır. Bəzi cəmiyyətlərdə dəyişiklik yuxarıdan aşağı, bəzilərində isə aşağıdan yuxarı gedir. Azərbaycan cəmiyyətində isə sürətlə inkişaf etmək üçün yuxarıdan aşağı model daha yaxşı işləyir. Hökumət tərəfindən müəyyən qayda və qanunlar tətbiq olunarsa, cəmiyyətimiz o mərhələyə daha erkən çatacaq. Buna görə də dövlətdən gözləntilərimiz də çoxdur. 
<span style='font-size:19px;font-family:"Times' new roman","serif";'>- Hazırda mövcud olan gender bərabərliyi ilə bağlı qanunlar qeyd etdiyiniz mərhələyə çatmaq üçün kifayət etmirmi? 
<span style='font-size:19px;font-family:"Times' new roman","serif";'>- Gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması haqqında qanunlar var, amma reproduktiv sağlamlıq və ailə planlaşdırılmasını tənzimləyən qanunumuz 12 ildən çoxdur qəbul olunmaqdadır, ancaq qəbul olunmur. Gender bərabərliyi üzrə milli fəaliyyət planımız da yoxdur. Qadınlar, sülh və təhlükəsizlik haqqında BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsi bu mövzuda olan 10 qətnamədən biridir. Azərbaycanın 30 illik dönəmdə müharibə şəraitində olan bir ölkə kimi bu milli fəaliyyətə malik olmaması bağışlanmazdır. Bəzi qanunlarda isə işlənməyən məqamlar var. Məsələn, “Məişət zorakılığı haqqında” qanununda mühafizə orderlərinin verilməsi halları çox çətinliklə olur. Bunun üçün müvafiq qurumlara müraciət edəndə inandırmağa çalışırlar ki, bu işdən vazkeç. Ailənin dağılması alqışlanan bir məsələ deyil. Ancaq qadın daim zorakılığa məruz qalırsa, ildən-ilə şiddət daha da artırsa, özümüzü aldatmağın yeri yoxdur. Mühafizə orderi verilən zaman hər iki tərəflə iş aparmaq lazımdır. Burada ciddi problemlərin olması qanunda olan boşluqla əlaqədardır.
<span style='font-size:19px;font-family:"Times' new roman","serif";'>Vətəndaş cəmiyyəti burada çox böyük rol oynaya bilər, ancaq ölkəmizdə 2014-cü ildən faktiki olaraq dondurulmuş vəziyyətdədir. Çünki vətəndaş cəmiyyətinin qeydiyyatını, fəaliyyətini, maliyyəsini nizamlayan qanunvericilik tam blokdadır. Elə bir şərtlər qoyulur ki, onlar istədikləri fəaliyyəti qura bilmirlər. 2014-cü ilə qədər 4200 vətəndaş cəmiyyəti var idisə, bu gün bu rəqəm 10 dəfə azalıb. funksional olaraq 500 təşkilat ortaya çıxa bilirsə, böyük şeydir. Ancaq bu, 10 milyon əhalisi olan ölkə üçün çox azdır. Heç onların hamısı inkişaf edə bilmir, dəfələrlə işinin miqyasını azaltmaq məcburiyyətindədir. Vətəndaş cəmiyyətinin durumunu düzəltmək üçün böyük və sərt addımlar atılmalıdır. Ən azından 2014-cü ildəki vəziyyətə qayıdılmalıdır ki, dövlətin maddi, fiziki çatdırmadığı işlərin bir hissəsini vətəndaş cəmiyyəti onun çiynindən götürsün. 
<span style='font-size:19px;font-family:"Times' new roman","serif";'>Digər məsələ cəmiyyətdir. Cəmiyyət bu gün maarifləndirmə proqramlarından məhrumdur. Televiziyalarda insanların bilik və bacarığına hesablanan maarifləndirici verilişlər demək olar ki, yox səviyyəsindədir. Bilavasitə gender bərabərliyi və qadın hüquqları məzmunlu proqramlar yoxdur. Bəziləri xanımlara aid ola bilər, ancaq mətbəx, dəb səviyyəsindədir ki, bu da əks mesajlar verir. Bunun olmağındansa, olmaması yaxşıdır, çünki onlar streotipləri bir qədər də dərinləşdirir. Onlara görə qadına ancaq moda, makiyaj maraqlı ola bilər, iqtisadiyyat, siyasət kimi ağır mövzularda danışanda isə kişiləri ön plana çıxarırlar. Aralıq mövzular, mətbəx işləri isə qadınlara aid edilir. Bayağı, zövqsüz, əksər hallarda səviyyəsiz əyləncə tipli verilişlər hazırlanır. Cəmiyyətin onsuzda patriarxal yanaşma kökləri var, onları bu çuxurdan çıxarmaq lazımdır. Biz isə onu bir az da uçuruma çəkirik. Vətəndaş cəmiyyəti faktiki olaraq sıfırdır, TV verilişlərinin səviyyəsi aşağıdır. Sosial şəbəkələr ucqar yerlərə çatmır, şəbəkələrin bəlli auditoriyası var ki, əksəriyyəti onsuz da müasirdir. Dövlət proqramları da ya yoxdur, ya çatımlı deyil, ya da yaxşı idarə edilmir. Cəmiyyəti qaldırmaq üçün göstərilən səylər təəssüf ki, yetərli deyil. 
<span style='font-size:19px;font-family:"Times' new roman","serif";'>- Bəs inkişaf üşün nə edilməlidir, cəmiyyət necə irəli getsin? 
<span style='font-size:19px;font-family:"Times' new roman","serif";'>- İlk növbədə paralel gedilməlidir, yuxarıdan aşağı olan proqramlara diqqət yetirilməli və vətəndaş cəmiyyətinin üzərindən blok götürülməlidir. Vətəndaş cəmiyyətinin hesabına 2014-cü ilə qədər bir çox işlər görülüb. Ancaq indi onun yeri boş qalıb, təcrübə göstərir ki, boş yer boş qalmır. Ekstremist, dini radikallar o yeri tutur. Əslində, Azərbaycanı daha təhlükəli ideyalar, qruplar doldura bilər. Bu gün həmin yeri dolduracaq ən kübar, sivil, dünyəvi kateqoriya məhz vətəndaş cəmiyyətidir.
<span style='font-size:19px;font-family:"Times' new roman","serif";'>- Təmsil etdiyiniz təşkilat bu sahədə hansı işləri görür?
<span style='font-size:19px;font-family:"Times' new roman","serif";'>- “Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyəti 20 ildir fəaliyyət göstərir və 5 istiqamət - gender bərabərliyi, iqtisadi inkişaf, səhiyyə, sülh quruculuğu və hüquq maarifçiliyi üzrə çalışırıq. Əsas hədəfimiz qadınların iştirakçılığını artırmaq, onları gücləndirməklə Azərbaycanın güclənməsinə dəstək verməkdir. Təşkilatımızın nailiyyətləri çoxdur. 200-ə yaxın müxtəlif növdə materiallar, 30-a yaxın videomaterialları, 4 mindən çox böyük tədbirləri mövcuddur. 1-i Azərbaycan, 5-i beynəlxalq olmaqla, 6 şəbəkənin üzvüdür. ABŞ-da yerləşən Qadın sülh qurucularının qlobal şəbəkəsinin Azərbaycanda yeganə üzvüdür. Qadın benefisiarlarımızın sayı yarım milyondan çoxdur. Onlar bizim bilik-bacarığımızdan, resurslarımızdan bəhrələnib. Bir çox sahələrdə xidmətlərimiz var. Azərbaycanda 1325 saylı qətnamənin ilk milli fəaliyyət planının mətnini biz hazırlamışıq, ikinci mətni də biz hazırlayırıq və bu prosesə töhfə veririk. 
<span style='font-size:19px;font-family:"Times' new roman","serif";'>- Uğurlarınıza görə Fransa hökuməti sizə “Xidmətlərə görə verilən Milli Cangavər Ordeni” mükafatı verdi. Bildirdiniz ki, “Azərbaycanda bircə qızımız belə məktəbə getmək əvəzinə ərə getməyə məcbur olunursa, bircə qadınımız belə gündəlik təhqir olunur, əzilir, öldürülürsə xidmətlərimiz hələ yetərli deyil”. 
<span style='font-size:19px;font-family:"Times' new roman","serif";'>- Fransa hökumətindən mükafat almağım çox xoş sürpriz oldu. Bu, dünya praktikasında mövcuddur və 25 il ərzində gender bərabərliyi sahəsindəki əməyimə görə verilən mükafatdır. Mükafatın adındakı xidmətlərə görə sözü mənə toxundu. Şübhəsiz ki, mənim də, təşkilatın da bu mövzuda Azərbaycanda böyük əməyi var, bir sıra ilk layihələrə imza atmışıq. Ancaq bu gün 20 il əvvəllə müqayisədə Azərbaycan qadının durumu çoxmu fərqlidir, bəzilərində irəliləyiş var, amma bəzilərində də biz geridəyik. Demək olar hər gün mediada hansısa qadının qətl edildiyi xəbərini izləyirik və bunu Azərbaycana yaraşdırmıram. Qadınlar bıçaqlanır, başı kəsilir, zorakılığa məruz qalır, bu, sadəcə qətl deyil, bu həm də amansız törədilən qətldir. Gender əsaslı zorakılıq o qədər dərində, aqressiv bir nöqtədədir ki, biz demək olar ki, gündəlik olaraq bunu eşidirik. Artıq heç kəs təəccüblənmir, əvvəllər belə bir hal olanda gündəmi tuturdu, bir neçə gün media ondan danışırdı, bu gün artıq sanki adiləşib. 
<span style='font-size:19px;font-family:"Times' new roman","serif";'>- Bu, çox yazılıb, çox danışılır deyəmi adiləşib? 
<span style='font-size:19px;font-family:"Times' new roman","serif";'>- Xeyr, bu, həqiqətən də həddindən artıq çoxdur. Bu əməli törədən şəxslərə qarşı sərt cəzaların tətbiq olunmaması bunun sayını artırır. Mənəvi tərəfdən bunu saxlaya bilmirik, ancaq hüquqi tərəfdən bunun qarşısının almaq olar. Sərt cəzalar olmalıdır, amansız qətl ilə adi qətl fərqləndirilməlidir. Qadının bədənini siqaretlə yandırıb, ona işgəncə verib, daha sonra öldürməklə sadəcə öldürməyin arasında fərq olmalıdır. Bunu biz təəssüf ki, görmürük. Cinayət Məcəlləsində bir sıra boşluqlar var. Məsələn, zorlanma məsələsində. Zorlanma ayrıca bir maddədirsə, ər tərəfindən zorlanmaya zorlanma kimi baxılmır və kriminallaşmayıb. Hansı ki, ər tərəfindən təcavüz də əslində kriminallaşmalıdır və müvafiq cəzasını çəkməlidir. Bu gün Azərbaycan selektiv abortlara gorə dünyada 2-ci yerdədir. Ana bətnində qız uşağının məhz qız olduğu üçün tələf edən, oğlan istəyən bir cəmiyyətik biz. “Bir qızım var, ikincisini də qız istəmirəm, və yaxud da heç yoxdur, heç qız da istəmirəm” fenomeni ilə üz-üzəyik. Ancaq heç bir həyəcan təbili çalmırıq. İllərdir ki, biz bunu dəyişə bilmirik. Hansı xidmətlərdən söhbət gedə bilər?! Səsimizi hər zaman yüksək ucaldırıq, zorakılıq törədilən zaman istənilən məsələdə öz sözünü deyən cəsarətli təşkilatlardan biriyik. Amma bizim etdiklərimiz vəziyyəti dəyişməyə tam şəkildə yetərli deyil. Buna görə də Fransa hökumətinə çox təşəkkür edirəm və bu mükafat mənim üçün həm stimul, həm də böyük məsuliyyətdir. Ümid edirəm ki, həqiqətən bir neçə ildən sonra əməyimizin bəhrəsini görəcəyik və bunu xidmət hesab edə bilərik.
<span style='font-size:19px;font-family:"Times' new roman","serif";'>- Gender bərabərliyi deyəndə niyə daha çox qadınlardan danışırıq? Bu yaxınlarda 200-dən çox kişinin zorakılığa məruz qalması ilə bağlı statistika yayılmışdı. Bu sahədə kişilərlə bağlı vəziyyət necədir?
<span style='font-size:19px;font-family:"Times' new roman","serif";'>- Kişilərə də şiddət göstərilir, sizin qeyd etdiyiniz 200-dən çox kişi fiziki zorakılığa məruz qalıb. Çoxları elə bilir ki, ya cinsi, ya da fiziki zorakılıq olur. Düşünürlər ki, fiziki döyülmürsə, söyülmürsə, zorakılıq yoxdur. Əslində, zorakılıq 4 kateqoriyaya bölünür - psixoloji, iqtisadi, fiziki və cinsi zorakılıq. Kişilər də, qadınlar da psixoloji və iqtisadi zorakılığa daha çox məruz qalırlar, nəinki cinsi və fiziki zorakılığa. Qadınlara istədiyi sahədə işləməyə, və ya ümumiyyətlə işləməyə qoymurlar, onun məvacibi ailə büdcəsinə gedir, maliyyə savadlılığı ilə bağlı problemlər var və qadın onu sərbəst idarə edə bilmir. Bunlar iqtisadi zorakılıqdır. Qadınlarla bağlı psixoloji zorakılığa gəlincə, qadını hətta bəzən valideyn evinə qoymurlar, hər şeyi icazə ilə etməlidir, nələrdənsə asılıdır, bir sıra qadağalar qoyurlar, hansısa işə gedə bilməz, geyim qadağası, təhsilini davam etdirə bilməz və s. Kişilərdə də çox ciddi zorakılıq halları var. Təəssüf ki, araşdırma nəticələrimiz yoxdur. Lakin araşdırmaya ehtiyac var ki, bu 200 zorakılıq halı hardan qaynaqlandı, hətta bunların içərisində ölüm halları da var. Qadın kişini qətlə yetirir. Bəlkə zorakılığı birinci kişi başladıb, qadını incidib o həddə çatdırıb, və yaxud da ola bilər ki, elə bir vəziyyət olub ki, qadın dözməyib və onu öldürüb. Bu, qadına bəraət qazandırmır. Təkcə qadın qətllərini və ümumi olaraq qətlləri bir kateqoriya olaraq tanımırlar. 
<span style='font-size:19px;font-family:"Times' new roman","serif";'>Eyni zamanda, qadın və kişilər arasında intihar sayı statistikasında kişilər daha çoxdur. Bu, ölkənin iqtisadi və sosial durumundan qaynaqlanır. İntiharların altında bu problemlərdən qaynaqlanan kişilərə qarşı zorakılıq var. Bunu hamıya şamil etmək olmaz. Psixoloji olaraq da kişilər daha çox qadınların ifrat istəkləri, hədsiz qısqanclıqları ilə qarşılaşırlar. Hər dəqiqə başı kişini axtarmaq, izləmək onun psixikasını korlaya bilir ki, nəticədə də kişilər həyat yoldaşları tərəfindəm psixoloji zorakılığa məruz qalır. Bu sahədə həm kişilərin, həm də qadınların bərabərliyinə yönəlik addımları dəstəkləyirəm. Kor-koranə qadındır deyə hər situasiyada ona haqlı demək doğru deyil. Buna görə də mövzuya bütöv baxmaq lazımdır.