Proqramda sevgilisinə evlilik təklifi etdi - Video

"Kim milyoner olmak ister" yarışmasının yayımlanan son bölümündə sürpriz anlar yaşanıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, proqrama qatılan sosial media fenomeni italyan əsilli türk Mişel Cedolin adlı yarışmacı uduzduqdan sonra aparıcıdan bir xahiş edib.

"Bir sual da mən verə bilərəm" deyən Cedolon aparıcı Kenan İmirzalıoğlundan razılıq aldıqdan sonra tamaşaçılar arasında olan sevgilisinə evlilik təklif edib.

"Sihirli annem" serialındakı Kərəm obrazı ilə tamaşaçılara tanış olan Mişel sevgilisindən "hə" cavabı alıb.

0
104
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar