Partiyalar Tarif Şurasına ÇAĞIRIŞ ETDİLƏR

Bu gün AMİP, AXP, BAP və Ağ Partiya rəhbərliyi arasında görüş keçirilib. Təşkilatçılar Modern.az-a bildirblər ki, artıq ənənəvi olaraq keçirilən görüşdə ölkədə və regionda baş verən hadisələr müzakirə olunub. Görüşdə Tarif Şurasının 30 iyun tarixli qərarına əsasən qaz və işıq qiymətinin artırılması məsələsi də geniş şəkildə müzakirə olunub.

Məlum qərarın guya ki, sosial yönümlü siyasət əsas götürülərək əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilməsi şəklində qəbul olunduğu ilə razılaşmayan partiya rəhbərləri əksinə, tariflərin artmasının birbaşa məsul və xidmətlərin bahalaşmasına səbəb olacağını, eləcə də 1 kub metr üçün 10 qəpik dəyərində olan 2200 m3-dək olan limitin 1200  m3 endirilməsinin həm də aztəminatlı əhalinin büdcəsinə mənfi təsir edəcəyini bildiriblər.

Müzakirələr zamanı həmçinin Tarif Şurasının qiymət artımını özünün qaz tələbatını xaricdən ödəyən və təbii qaz sərvətləri olmayan  Türkiyə, Ukrayna, Gürcüstan, Belarus kimi ölkələrlə müqayisəsi də qüsurlu hesab edilib. Partiyalar qaz və elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı qərarının sosial problemlərin daha da ağırlaşmasına səbəb olacağını vurğulayaraq Tarif Şurasını qərara yenidən baxmağa və ləğv etməyə çağırıblar.

 

Mənbə:
0
2685
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar