• Şikayət et

Pandemiya ilə mübarizə tədbirləri - Azərbaycan ən az itki verən ölkələr sırasındadır

Ölkəmizdə pandemiya başlayan ilk vaxtdan koronavirusla mübarizə sahəsində bir sıra işlər görüldü. Dövlət tərəfindən görülən tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan ən az itki vərən ölkələrdən biridir.

Pandemiya dövründə də dövlət vətəndaşının yanında oldu. Hər şey insanların sağlamlığının qorunmasına hesablandı. Qabaqcıl ölkələrin xəstəxanaları çarpayı çatışmazlığı yaşadığı bir vaxtda Azərbaycanda yeni modul tipli xəstəxanalar istifadəyə verildi. tibbi maska çatışmazlığının operativ həlli məqsədi ilə istehsal müəssisəsi yaradıldı, yeni labaratoriyalar istifadəyə verildi. Üstəlik, bir neçə xarici ölkədən təcrübəli həkimlər ölkəyə dəvət edildi

Məhdudlaşdırma tədbirləri çərçivəsində sahibkarlara kreditlər verildi, özəl sektorda çalışan 300 mindən artıq muzdlu işçinin əmək haqları dövlət tərəfindən ödənildi. Bir sıra sosial paketlər təsdiqləndi. 40 min ictimai əsaslı iş yerlərinin yaradılması nıəzərdə tutulsa da bu rəqəm Prezident İlham Əliyevin göstərişi ilə 90 minə çatdırıldı.

Vüqar Bayramov – millət vəkili

Sosial paket həm işləməyən həm də pandemiyadan öncə qeyri leqal sektorda çalışan vətəndaşlarımızın sosial müdafiəsinin təmin olunmasına xidmət etdir. Belə ki, aprel may aylarında 600 min vətəndaşımıza birdəfəlik yardımlar verildi. Bütövlükdə iqtisadi sosial paketlər çərçivəsində 5 milyona yaxın vətəndaşımız dövlət dəstəyindən faydalana bildi.

Azərbaycan dövləti pandemiyaya mübarizə tədbirlərinə MDB ölkələri arasında ən çox vəsait ayıran ölkədir.

Vüqar Bayramov – millət vəkili

Pan təsirlri minlaşdırmaqla bağlı ölkəmizdə 3,5 milyard manat vəsaitin bu istiqaməıtdə ayrılması həyata keçirildi. Bu ümumi daxili məhsulun 4.4 % deməkdir. Azərbaycan ümumi daxili məhsuldakı payına görə pan təsirlri minlaşdırmaqla bağlı MDB ölkələri arasında ən çox vəsait ayıran ölkədir və praktik olaraq MDB ölkələri arasında UDMdəki həcmə görə praktik olaraq buiribcisdir.

Elə bu tədbirlərin nəticəsidir ki, ölkəmiz koronavirusla uğurlu mübarizə aparır. Geriyə qalan əsas iş yenə biz vətandaşların üzərinə düşür. Qaydalara əməl edərək dövlətə dəstək olaq ki, bu bəladan da tez azad olaq.

atv.az

Mənbə:
0
8485
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar