• Şikayət et

Yaponiyada bağçada körpələrə işgəncə veriblər

Yaponiyanın Susono şəhərində uşaq bağçasının müəllimləri azyaşlılara qarşı zorakılıq ediblər.

Onlar cəza olaraq uşaqları başıaşağı saxlayıb, döyüb, qaranlıq otaqlara salıb, qorxudublar.

“Sakura” adlanan bu özəl uşaq bağçasında heç bir müşahidə kamerası olmayıb.

Polis işgəncə faktlarını digər tərbiyəçilərin ifadələri əsasında müəyyən edib.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno Tokioda keçirdiyi mətbuat konfransında insidentlə bağlı dərin narahatlığını ifadə edib. O söz verib ki, dövlət qurumları uşaq müəssisələrində belə halların qarşısını almaq üçün bütün tədbirləri görəcək.

Mənbə: Kyodo

Mənbə:
0
20
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar