• Şikayət et

Şəmkirdə təcili tibbi yardım avtomobili qəzaya düşüb

0:00
0:00

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Könüllü kəndində keçən hissəsində qeydə alınıb.

“UAZ” markalı təcili tibbi yardım avtomobili hərəkətdə olan zaman ona "VAZ 2107" markalı avtomobil çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

İlkin ehtimala görə qəzaya səbəb avtomobillərdən biri ötmə əməliyyatını düzgün yerinə yetirməyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Mənbə:
0
131
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar