Onlayn nəzarət-kassa aparatları ilə 2 dəfə çox dövriyyə üzə çıxdı - 10 MİLYARD MANATA YAXIN

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikasında yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Xidmətdən Marja-ya verilən məlumata görə, indiyədək ölkə ərazisində 45 min 589 ədəd yeni nəsil NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2021-ci ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 9,7 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çoxdur.

onlayn nəzarət-kassa
Mənbə:
0
774
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar