• Şikayət et

"Ukraynaya atom bombası atılsa bu, Azərbaycan üçün..."— AÇIQLAMA

Vladimir Putin Rusiya ərazisini qorumaq üçün nüvə silahından istifadə etməyə hazır olduğunu bildirməsi müzakirələrə səbəb olub. Bu, Rusiya Prezidentinin Ukraynada kiçik "taktiki" nüvə silahının mümkün istifadəsi ilə bağlı dünya boyunca ciddi narahatlığa səbəb olub.

Bəs görəsən, Putinin bu silahdan istifadə etməsi Azərbaycana nə kimi təsirlər göstərə bilər? 

Mövzu ilə bağlı  danışan tanınmış  ekoloq, “Biosfer” İctimai Birlyinin sədri Qorxmaz İbrahimli bildirib ki, əgər Putin geniş miqyaslı nüvə silahından istifadə edərsə, bu Azərbaycana da təsirsiz ötüşməyəcək:

“Bilirsiniz, Putinin nüvə silahını işlətməsi ehtimalı çoxdur, çünki o adam artıq manyaklaşıb. O insanlıqdan çıxsa, hər şeyə gedə bilər. Hətta insanlığı məhv etmək üçün kütləvi qırğın silahlarından da istifadə edə bilər. O bunu dəfələrlə göstərib və Stalin, Hitler metodu ilə yaşadığı, o düşüncədə olduğu üçün hər şey edə bilər. Ümid edək ki, Ukraynada bu olmaz. 
Nüvə silahları taktiki silahlar olduğuna görə başlıqların radiasiyası çox yayılmır. Amma Putin daha geniş miqyaslı nüvə silahından istifadə edərsə, təbii ki, bu Güney Qafqazın Azərbaycan da daxil olmaqla bütün ölkələrinə təsir edəcək.

Müharibə özü-özlüyündə ekologiyaya böyük zərbədir və atıldığı ərazidə də radiasiya yayır və o arealda olan bütün canlıları qıra bilər”.  

Ekoloq Telman Zeynalovun sözlərinə görə isə Rusiyanın Ukraynaya atacağı nüvə silahı Azərbaycana ciddi təsir göstərə bilməz:

“Əgər Putin nüvə silahından istifadə edərsə, bu ətraf mühiti ciddi şəkildə çirkləndirəcək, insanlarda xərçəng xəstəliyi yaradacaq, təbiətin böyük hissəsi məhv olacaq. 
Nüvə silahının vurduğu zərərlər qısa müddətdə aradan qalxmır, bunun üçün 60-70 il vaxt tələb olunur. Amma Ukraynaya atılan nüvə silahı Azərbaycana təsir etməyəcək. Ukrayna ilə Azərbaycan arasındakı məsafə 1000 kilometrdən çoxdur, ona görə bizə ciddi təsir etməyəcək. 

İkincisi, Putinin bugünkü çıxışı mənə elə gəlir ki, Amerikaya xəbərdarlıq idi. Çünki onların sifarişi ilə Ukrayna körpünü partlatdı, terror aktı törətdi”

Mənbə:
0
1495
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar