Şimali Koreya yeni tip uzaq mənzilli raketi sınaqdan keçirdi

Şimali Koreyada hazırlanan yeni uzaq mənzilli raket sınaqdan keçirilib.
Yeniavaz.com “Cumhuriyet”ə istinadla xəbər verir ki, sınaqlar şənbə və bazar günləri həyata keçirilib. Hər iki sınaqda raketlərin 1500 kilometrdən çox məsafə qət etdiyi bildirilib.
Xatırladaq ki, Şimali Koreya sonuncu dəfə raket sınağını keçən ilin yanvarında, ABŞ-ın yeni prezidenti Co Baydenin andiçmə mərasimindən bir neçə saat sonra həyata keçirmişdi.

Mənbə:
0
292
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar