• Şikayət et

Sənət adamları bahalaşmadan danışdı: “50 manat 5 manat dəyərində olub“

Xəbər verdiyimiz kimi, ötən ay Azərbaycanda ərzaq məhsulları 16% bahalaşıb.

Statistika Komitəsinin məlumatına görə, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, çörəyin, unun, makaron məmulatlarının, düyünün, toyuq, mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli və pasterizə olunmamış üzlü südün, pendirin, kəsmiyin, yoqurtun, xamanın, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, narın, heyvanın, bananın, almanın, armudun, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, limonadın, ucuzlaşma isə əsasən portağalın, limonun, xurmanın, kivinin, kələmin və yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Cia.az xəbər verir ki, Bakupost.az bahalaşma ilə bağlı bu dəfə sənət adamlarının fikirlərini öyrənib.

Bu bahalaşma onların büdcəsinə necə təsir edir?

Xalq artisti Firəngiz Mütəllimova bildirib ki, bahalaşma yalnız ərzaq məhsullarında deyil, kommunal xərclərdə də hiss olunur:

“Təkcə çörək deyil, qaz, işıq, su demək olar ki, hər şey qalxıb. Əlbəttə ki, bütün ailələrdə olduğu kimi bizə də çətindir. Belə bir vəziyyətdə işsiz olanlar da var. Düzdür, maaşlar artırılıb. Məvacibimin çoxu ərzaqa, sosial təminata gedir. İstirahətə və yaxud harasa gedib dincəlmək üçün məvacib çatdırmaq olmur”.

Əməkdar artist Naibə Allahverdiyeva isə düşünür ki, qiymətlər enəcək:

“Bahalaşmanın təsiri bütün ailələrdə olduğu kimi bizdə də hiss olunur. İndi marketə girib ancaq lazım olanları ala bilirsən. Hər şey bahalaşıb. Təsəvvür edin, indi 50 manat 5 manat dəyərində olub. Amma unutmayaq ki, yenicə müharibədən çıxmışıq. Təbii ki, xərclər çox olur. Qarabağda sürətli bərpa işləri gedir. Bunlar da böyük xərclər tələb edir. Səbr edək, iki ilə bütün bunlar düzələcək. Amma mənə elə gəlir ki, Qarabağda işlər tamamlanandan sonra inşallah, çox yaxşı olacaq. Orada da əkinlər aparılacaq, müəyyən işlər görüləcək və qiymətlər də aşağı düşəcək”.

Əməkdar artist Azad Şükürov bunları deyib:

“Ailə başçısı kimi mən də məvacibə qulluq edən adamam. Təbii ki, bahalaşma bizə də təsir edir.

Düşünürəm ki, istər Nazirlər Kabinetində, istərsə də Prezident Aparatında kifayət qədər iqtisadiyyatı bilən adamlar var. Bu məsələyə görə onlar da məndən az narahat deyillər. Görünür bu da vacib bir addım kimi atılıb. Mən də bu dövlətin insanı kimi, onun çətinliklərini başa düşən biri kimi bunu anlaşıqlı qəbul edirəm. Hökumət əhalinin əleyhinə bilə-bilə belə addım atmaz. Görünür məcburiyyət qarşısında bu addımlar atılır. Əlbəttə, bahalaşma olmasaydı daha yaxşı olardı. Cəmiyyətin kifayət qədər imkansız üzvləri var. Onlar üçün adi bir çörək almaq belə çətindir”.

Mənbə:
0
163
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar