Şəhid oğluna vəzifə verildi

Ölkənin hər yerində Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına diqqət göstərilir. Bu günlərdə daha bir şəhid oğlu Füzuli Rayon İcra Hakimiyyətində işə qəbul olunub. Modern.az-ın məlumatına görə, Vətən müharibəsinin şəhidi Üzeyir Qəhrəmanovun oğlu Xəlil Qəhrəmanlı Füzuli rayon İcra Hakimiyyətinin başçısının Aparatında dövlət qulluğuna işə qəbul olunub.
Xəlil Qəhrəmanlı 1998-ci ildə Füzuli rayonu Bala Bəhmənli kəndində anadan olub, 2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “iqtisadiyyat” ixtisası üzrə bitirib. 2021-ci ildə Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu vəzifəsi üzrə test imtahanında iştirak edərək, müvəffəqiyyət qazanıb və müvafiq sertifikat əldə edib.

Mənbə:
0
132
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar