• Şikayət et

Rusiya Qarabağda konsulluq açmaq istəyir

Xəbər verdiyimiz kimi, ötən gün Zəngəzur vilayətinin Qafan şəhərində İranın Baş Konsulluğunun açılış mərasimi keçirilib. Konsulluq binasının açılışında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullohian və ermənistanlı həmkarı Ararat Mirzoyan iştirak ediblər.

Konsulluğun inzibati binası istifadəyə verilsə də, orada təmir işləri hələ tam başa çatmayıb. Səliqəsiz, eyni zamanda təmirsiz binanın açılışına nazirlərin gəlməsi sosial şəbəkələrdə gülüş obyektivinə çevrilib.

Bununla bağlı tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix İranın son günlər Ermənistanla isti münasibətlər qurmasının səbəbsiz olmadığını deyib.

Onun sözlərinə görə, indiki durumda İran üçün Ermənistanı müttəfiq dövlətlər dairəsində saxlamaq vacibdir:

“Nikol Paşinyanın (Ermənistanın baş naziri -red) aktiv şəkildə Qərbin qarşısında quyruğunu yelləməsi, ATƏT-in missiyasını və faktiki olaraq Qərb müşahidəçilərini regiona dəvət etməsi fonunda İran potensial təhlükə kimi onlardan ehtiyat edir. Buna görə də İrəvanla münasibətləri yaxşılaşdırmaq üçün addımlar atır".

Bundan əlavə, politoloq Rusiyanın Qarabağda diplomatik nümayəndəlik açmaq niyyətində olduğunu söyləyib:

"Rusiya Qarabağda diplomatik nümayəndəlik aça bilər, buna konsulluq da daxildir. Üstəlik, bölgədə Rusiyanın sülhməramlı kontingenti var. Məhz buna görə də Qərb ölkələrinin Cənubi Qafqazda güclənməsi fonunda təsir nöqtələrinin axtarışına çıxıblar. Bundan sonra ABŞ və Avropa İttifaqının Cənubi Qafqazdakı proseslərdə iştirakının azaldılmasına ehtiyac var”.

Xatırladaq ki, İran hökuməti hələ 2021-ci ilin dekabrında Zəngəzurda baş konsulluğun açılması barədə qərar qəbul etmiş, bundan sonra Abedin Varamini İranın Qafana baş konsulu təyin etmişdi. Rusiyanın Qarabağda konsulluq açmaq istəyinə gəlincə, hələlik bununla bağlı rəsmi qurumlar tərəfindən hər hansı açıqlama verilməyib.

Mənbə:
0
1368
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar