Rusiya ilə ABŞ arasında kosmik dostluq çat verdi - Belə görünür, ayrı yollarla gedəcəklər

“Əvvəllər, hətta ən çətin vaxtlarda belə, Beynəlxalq Kosmik Stansiya (BKS) ABŞ və Rusiya arasında qarşılıqlı anlaşmanın qarantı idi. Lakin 20 il ərzində Yerin orbitində çox köhnəlmiş və paslanmağa başlamışdır. BKS-nin örtüyü kimi, iki böyük güc arasındakı kosmik dostluq da çat verdi və indi alternativlər haqqında düşünürlər. Belə görünür, gələcəkdə ayrı yollarla gedəcəklər”.

EDNews.net Moderator.az-a istinadən xəbər verir ki, bu barədə aıman nəşri “Bild” yazır.

“Beynəlxalq Kosmik Stansiya 20 ildir Yer ətrafında fırlanır. Bütün bu müddət ərzində nəhəng dövlətlər, Rusiya və ABŞ bu layihəni bütün məsuliyyətlə dəstəklədi, ancaq “indi Qərbin astronavtlarının və Şərqin kosmonavtlarının kosmos dostluğu çat verdi” və havasız məkanda yeni soyuq müharibənin başlaması təhlükəsi var”, - deyə alman nəşri bildirir.

Məqalənin müəllifi izah edir ki, stansiya çox köhnəlmiş və paslanmağa başlamışdır. Son vaxtlar, xüsusən də Rusiya seqmentində daha çox qəza baş verir. Oradakı insanların həyatına təhlükə yaradan gəminin örtüyükdəki çatlar, enerji təminatında problemlər... Eyni zamanda tərəflər baş verənlərə görə bir-birini günahlandırır. Bu yaxınlarda ruslar amerikalı astronavtı gəminin örtüyündə bilərəkdən dəlik açmaqda qınadılar. Nəşr hesab edir ki, bu, absurddur, çünki BKS-də olan hər kəs bundan əziyyət çəkəcək.

“Bild” xatırladır ki, stansiya ən yaxşı illərində insanlar arasında qarşılıqlı anlaşmanın qarantı idi. Moskva ilə Vaşinqton arasındakı münasibətlər yer üzündə çətin günlər yaşadıqda belə, təhlükəli kosmik mühitdə BKS ekipajı hər birinin digərinə güvənə biləcəyi sıx bir qrup olaraq qaldı. İndi supergüclər alternativlər düşünür və belə görünür ki, gələcəkdə ayrı-ayrı yollarla gedəcəklər.

“Amerikalılar Ayın orbitində yeni stansiya qurmağı planlaşdırırlar” yazan nəşr daha sonra davam edir: “Avropa Kosmik Agentliyi artıq “Artemis” adlı layihədə iştirak etməyə razılıq verib. Onun çərçivəsində Aya enişlə yanaşı elmi araşdırmalar da aparılacaq. Eyni zamanda, ruslar və çinlilər Yer peykinin yaxınlığında öz stansiyalarını yaratmaq niyyətindədirlər. Bundan əlavə, Pekin BKS-nin analoqu olan Yerin orbitində yalnız daha kiçik ölçülərdə “Göy sarayı” qurmaq niyyətindədir”.

Ancaq indiki stansiyanın nə qədər davam edəcəyi bilinmir. Avropa Kosmik Agentliyinin keçmiş icraçı direktoru Yan Verner onun onilliyin sonuna, yəni 2030-cu ilə qədər fəaliyyət göstərəcəyini düşünür: “Axı bu qədər tez bir vaxtda ona əvəzedici tapmaq mümkün olmayacaq. Həmçinin kosmik stansiya elmi araşdırmalar üçün vacibdir. Üstəlik, beynəlxalq əməkdaşlıq üçün əla vasitədir. Bütün bunlar bitsə, çox heyf”.

Mənbə:
0
163
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar