• Şikayət et

Roma Papası Ukraynada sülh üçün dua etməyə çağırdı

Roma Papası Fransisk Ukraynada sülh üçün dua etməyə çağırıb.

Pravda.az-ın "Vatican News"a istinadən verdiyi xəbərə görə, bu barədə Papa Fransisk auditoriya ilə həftəlik görüşündə deyib.

“Ukraynada sülh üçün dua etməyinizi və xüsusilə də bu gün ərzində tez-tez dua etməyinizi xahiş edirəm”, - Roma Papası bildirib.

O qeyd edib ki, ukraynalılar əzab görmüş, aclıqdan əziyyət çəkmiş, qəddarlıqlara məruz qalan və sülhə layiq insanlardır: “Bu gün səmaya qalxan dualar və çağırışlar yer üzündə məsul olanların qəlbinə və zehninə çatsın ki, onlar dialoqa üstünlük versinlər və hər kəsin xeyri maraqlardan üstün olsun. Xahiş edirəm, heç vaxt müharibə etməyin!”

Qeyd edək ki, Roma Papası Fransisk Rusiyanın Ukraynaya potensial müdaxilə təhlükəsi fonunda ötən bazar günü Angelus çıxışı zamanı 26 yanvarı Ukraynada sülh üçün dua günü elan edib.
 

Mənbə:
0
122
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar