Qorxunc addım: Sərhədi keçib İrana daxil oldular – “Qətliam ola bilər”

İki həftə əvvəl İranın Xuzistan əyalətində su çatışmazlığı səbəbindən başlayan nümayişlər davam edir. İran rejimi etirazları yatırmaq üçün gizli şəkildə İraq və Suriyadan 4000 nəfərlik radikal qruplaşmaları ölkəyə gətirib.

Turkustan.info xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

İddiaya görə, İran Xuzistanda başlayan və müxtəlif bölgələrə yayılan nümayişləri yatırmaq üçün kənardan gətirdiyi yaraqlılardan istifadə etmək qərarı verib. İraqın təhlükəsizlik mənbələrindən alınan məlumata görə, 4000 nəfərlik radikal “Həşd əş-Şaabi” qruplaşması etirazların başlanğıc nöqtəsi olan Əhvaza yerləşdirilib.

İranlı mütəxəssis Rza Talıb bu yaraqlıların İraqın Mosul, Tiqrit, Diyalə və Ambar bölgələrində olduğu kimi, Əhvaz və ətrafında da mülki qırğınlar törədə biləcəyini söyləyib.

Etirazlar böyüyür

Təxminən iki həftə əvvəl Xuzistanda susuzluğa etiraz olaraq başlayan nümayişlər davam edir. İsfahan, Təbriz (Güney Azərbaycan) və Loristan kimi mərkəzlərdən dəstək alan etirazlara paytaxt Tehran da qatılıb. Türk nəşrinin iddiasına görə, rejimə qarşı nümayişlər davam etdiyi vaxt Bağdadda gizli görüş keçirilib.

Məlumata görə, iyulun 22-də İraqın paytaxtında keçirilən görüşün əsas mövzusu İranda davam edən etirazlar və “Həşd əş-Şaabi” olub. Qeyd edilib ki, İranın Bağdaddakı səfiri İrəç Məcidi, “Həşd əş-Şaabi”nin lideri Faleh əl-Fayəd və İraq Hizbullahının lideri Əbu Əli əl-Əsgərinin iştirak etdiyi gizli görüş 4 saat davam edib.

Türk nəşrinin bildirdiyinə görə, görüşdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandanı general İsmayıl Qəninin məktubu oxunub. Yaraqlıların silahsız və pərakəndə şəkildə mülki nəqliyyat vasitələri ilə Meysan sərhəd bölgəsinə göndərilməsini istəyən Qəni məktubunda ​​onların yerləşdiriləcəyi yaşayış yerlərinin müəyyənləşdirildiyini və dörd ayrı qruplaşma şəklində İrana keçidlərinin təmin olunacağını deyib.

Eyni zamanda, iranlı general silahların və lazımi texnikaların SEPAH tərəfindən yaraqlılara veriləcəyini və daha sonra Əhvaza göndəriləcəyini söyləyib. “Həşd əş-Şaabi” yaraqlılarının İrana göndərilməsi işi İraq Hizbullahının liderinə tapşırılıb.

Məlumata görə, hərbi təlimatlardan 72 saat sonra 4 min nəfərlik ilk qruplaşmanın İrana keçidi təmin olunub.

“Qətliam briqadaları”

“Türkiyə” qəzetinə danışan iraqlı mənbə bu silahlılar arasında Suriyadan gətirilən, əsasən pakistanlı və əfqan mənşəli olan “Fatimiyyun” briqadasının üzvləri olduğunu söyləyib. İraqlı mənbə Deyr əz-Zordan keçərək Maysana çatan şiə yaraqlılarının sayının 700 nəfər olduğunu iddia edib.

İranlı mütəxəssis Rza Talıb qəzetə bu yaraqlıların qətliam törədən briqada olduğunu, İraq və Suriyadan gətirilən bu silahlıların ərəblərin sıx yerləşdiyi bölgədə vəhşiliklər törədəcəyini söyləyib:

“İranın Əhvazda yürütdüyü yanlış siyasət və xalqın niyə susuz qalmasını sağlam düşüncə ilə həll etmək əvəzinə, hərbi seçimlərə üstünlük verir. Onları şiddət və zülmlə susdurmağa çalışır. Olaylar İranın bir çox bölgəsinə yayılıb və ən azı İndiyədək 10 nəfər həyatını itirib. Tutulanların sayı 350 nəfəri keçib. İnsanlara qarşı şiddət günbəgün artır. Suriyanın Hələb, Hums, Həma və İdlib, İraqın Əmbar, Tiqrit, Diyalə və Mosul kimi şəhərlərində törədilən vəhşilikləri bu dəfə Xuzistanda təkrarlayacaqlar. İran rejimi bu metodun həll yolu olmayacağını mütləq görəcək və anlayacaq”.

İran tərəfindən dəstəklənən “Həşd əş-Şaabi”nin İraqda 130 min, Suriyada isə 65 mindən çox yaraqlısının olduğu bildirilib. Nəşrin məlumatına görə, İrana göndərilən yaraqlıların “Əsayib əl-Haqq”, “Ən-Nücəba”, “Hizbullah”, “Seyid əl-Şühəda”, “Bədr” və “Fatimuyyun” briqadaları arasından seçilib. Ehtiyac olarsa, “Mehdi Ordusu”ndan da yaraqlıların göndəriləcəyi iddia olunub. 

Mənbə:
0
569
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar