• Şikayət et

Olimpiya mükafatçısından dopinq tapıldı - 4 il cəza gözləyir

Böyük britaniyalı atlet Çicindu Ucanın dopinq testi pozitiv çıxıb.

Fanat.Az xəbər verir ki, Tokio 2020-nin 4x100 metr estafet yarışında gümüş medal qazanan 27 yaşlı idmançının qadağan olunmuş ostarin və S-23 maddələrindən istifadə etdiyi üzə çıxıb.

Atlet müvəqqəti olaraq yarışlardan uzaqlaşdırılıb. Sprinterin təqsiri tam sübuta yetirilərsə, onu 4 il sanksiya gözləyir.

Qeyd edək ki, Tokio 2020-yə qatılan atletlərdən mərakeşli Sadik Miku, gürcüstanlı Benik Abrahamyan və keniyalı Mark Odiambonun da dopinq testinin cavabı pozitiv olub.

Sahib Əsədbəyli

Mənbə:
0
7057
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar