Niderlanddan Türkiyəyə DƏSTƏK

Niderlandın Xarici İşlər naziri Siqrid Kaaq türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında Türkiyənin Əfqanıstan məsələsindəki siyasətini ölkəsinin dəstəklədiyini ifadə edib.

ONN media xəbər verir ki, Əfqanıstan məsələsində müsbət irəliləyişlər Türkiyə və Qətərin güclü iradəsi sayəsində gerçəkləşəcək. Niderlandın əfqan xalqını taleyin ümidinə buraxmayacaqlarını qeyd edən xanım nazir vurğulayıb ki, ölkəsi İŞİD kimi terror qruplaşmasına qucaq açmayacaq:

“Pakistan da Əfqanıstan məsələsində öz iradəsini ortaya qoyub. Biz Niderland olaraq əfqan xalqına insani yardımlarımızı davam etdirəcəyik. Biz NATO-dan müttəfiqimiz olan Türkiyənin rolunu çox yüksək qiymətləndiririk. Texniki və təhlükəsizlik kimi məsələlərdə Türkiyəyə hər cür dəstək verməyə hazırıq”.

Mənbə:
0
210
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar