• Şikayət et

Neftin qiyməti gələn il 105 dollara çata bilər - PROQNOZ

ABŞ-ın "Goldman Sachs" transmilli investisiya bankının yenilənmiş proqnozuna görə, bu il "Brent" markalı neftin bir barelinin qiyməti 96 ABŞ dolları civarında olacaq.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, 2023-cü ildə "Brent"in qiymətinin 105 dollara qədər çatacağı proqnozlaşdırılır. Bankın bundan əvvəlki proqnozu 100 dollara bərabər idi.

Qeyd edilir ki, "Omicron" ştamının yayılması neftə tələbatı azaltsa da, qiymət göstəriciləri stabil olaraq qalır. Bundan əlavə, ölkələrin "yaşıl enerji"yə keçidi mərhələsində, neft sektoruna investisiyaların azaltması və şist neftinin tədricən tükənməsi "Brent"in qiymətinin yüksək səviyyədə qalacağını şərtləndirir.

Qeyd edək, ilin əvvəlindən "Brent" 12%-dən çox bahalaşıb və bununla 2014-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. Hazırda "Brent"in bir bareli 87,4 dollar səviyyəsində ticarət olunur.

Xatırladaq ki, "JPMorgan" və "Bank of America"ın "Brent"in qiyməti üzrə proqnozu isə 120 və 125 dollara bərabərdir.

Mənbə:
0
147
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar