• Şikayət et

Laqard: Avrozonanın bank sektoru dayanıqlıdır

Avropa Mərkəzi Bankının (AMB, ECB) sədri Kristin Laqard qlobal bank sektorundakı son hadisələrə toxunaraq, Avro Zonasında bank sektorunun dayanıqlı olduğunu bildirib.

Marja xəbər verir ki, Laqard Brüsseldə Avropa Parlamentindəki çıxışında bank sektorunda baş verən son hadisələri şərh edib.

ECB-nin hadisələri yaxından izlədiyini qeyd edən Laqard, İsveçrə səlahiyyətlilərinin atdığı son addımları alqışladıqlarını bildirib.

"Biz bazarda baş verənləri yaxından izləyirik. Qiymət sabitliyini və maliyyə sabitliyini qorumaq üçün lazım olanı etməyə hazırıq. Bizim bank sektorumuz güclü kapital və likvidlik mövqeyi ilə dayanıqlıdır. ECB-nin siyasət alətləri zəruri hallarda maliyyə sistemini dəstəkləmək üçün likvidlik təmin etmək üçün hazırdır" ifadələrdən istifadə edib.

İnflyasiyanın uzun müddət daha yüksək qalacağını proqnozlaşdıran Laqard, bankın faiz addımlarının məlumatlardan asılı olacağını ifadə edib.

Mənbə:
0
50
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar